Big.Azda QonaQ
Özünüzü Təqdim Edin?
Yaradılan )
Niyə məhz bu nik?
Ayparanın qadın forması deməkdir və Netdə ilk nikim olub bu ona görə.
Həyata Nə Üçün Gəlmisən?!
Yaşamağa, Çəkilən DOĞRU yolla getməyə, əyri yollarda olanları düz yola çəkməyə, Sevimli qullardan olmağa, nə bilim savablara, insanları tanımağa, pis və yaxşıları ayırmağa, nə bilimee hər savabı etmək üçün,
Həyatda Ən Kədərli Günün?
Çox olmayıb, ama 1-2 dənə var.oda yaxınlardan kimlərisə itirmək.
Oglan (Qiz) Dostunuz var ?
Var.
Oğlan dostluqda etibarlıdı yoxsa Qız ?
İnsanın yanaşmasından asılıdır, elə qız və ya oğlan varki üzdə dostdur, eləsidə varki TAM SƏMİMİ VƏ DƏYİŞİLMƏYƏCƏK dostluq münasibətindədir…
Oğlana (qıza) dostluqda etibar etmirsiz ?
Etmişəm, amma yanıldanlarda olub...
Ən Yaxın Bildiyin Dosta Ürək Sözün?
Sadəcə Tanrıya arxalanmaq gərəkdir, Bir gün mən olmasamda, Səni axtarmasam da, düşünmə ki, O getdi, heç vaxt unutma ki, bir məni özü qədər sevən rəfiqəm və ya dostum var idi…Hər zaman var və ömürlü ol…Sevgi və sevinclərlə…
İlk məhəbbətinizi xatırlayırsınızmı?
Məhəbbət yaşamamışam…
Qızlarda (oğlanlarda) ən çox nəyi qiymətləndirirsiniz?
Diqqətli olmağı, və özlərini sevdirməyi bacarmalarını …(hər yalanlada olsa bacarırlar)))
Sevgilin Var?
Yox... Zamanı Gözləyirəm… (Nərgiz özün başa düşdündə)))
Sizcə sevgi əl çatmaz olmalıdır yoxsa açıq aydın??
Əl çatmaz olmalıdır sübut olunana qədər, qovuşanda isə açıq aydın və saf
Sevgidə əsas nədir sizcə?
Sevgidə əsas olan qarşılıqlı hörmət, isti münasibət, kobud olmamaq, ciddilik, əxlaq…
Küsüb qəmli qəmli gedən məhəbbət peşman paşman geri dönərmi?
Qəmli qəmli gedirsə, peşiman olduğunu hiss etmədən dönüb gələcək.
Heç böyük sevgi yaşamısan?
Yox…Sevginin ölçüsü, ölçüsüz sevməkdir ama…böyük kiçiyi olmaz məncə, Əgər Şəxsiyyət kimi biriləri sevirsə…
Həyatınızdan razısınızmı?
Min şükürlər olsun, Hər günümə şükür edib dua edirəm…
Həyatınızın kədərli anı?
Hər şey normaldır..Kədərli anım olureee ammaki belə ciddi bir şeyə görə yox…hər bir adi şeyə görə kövrəlirəm.…
Səncə insanlar niyə xəyanət edər??
Gözlədiyini qarşısındakından görməyəndə, insan sevirsə o diqqət tələb edir və məsuliyyət istəyir, bunları qarşındakında görmürsə başqasında axtarmağa meyllənir…buda bir xəyanət adlı günaha yazılır…
Xəyanət etmisən?
Etməmişəm…Mən həmişə sadiq oluram…
Bağışlayarsanmı xəyanəti?
Bağışlayaram hər bir hərəkəti, bəndə nə çarədirki bağışlamasında, Amma bağışlasamda yox bilərəm o insanı.
İnsanı ən çox hansı yaralayar: dost xəyanəti yoxsa Sevgi xəyanəti?
Sevgi…Dost çox olur Sevgi isə bir dənə, Dostlarımızında dostu var deyə xəyanəti daimidir… Sevgilimizin isə sevgilisi olmamalıdır…Çünki Xəyanət paylaşmaqdır, dostumu paylaşa bilərəm ama sevgilini yoooox))
Dostluq ya Sevgi? Hansını daha üstün tutardın dost sözünü yoxsa sevgi hissini?
Dostuma olan Sevgini üstün tutaram…
Kumiriniz?
Yoxdu
Zəif cəhətiniz?
Kövrək və ürəyi yümşaqlığım, Kimsə desə ki, Mənə sənin canın gərəkdir *bəlkə də verərəm.
Qısqancsan?
Dəhşət…Qısqanc olmayanıda qəbul edə bilmərəm.
Özünüzdə bəyəndiyiniz və bəyənmədiyiniz xüsusiyyət?
Hər şey qaydasındadır. Bəyənmədiyim xüsusiyyətim odurki, safam, kövrəyəm, bəyəndiyim, iradəliyəm, təmiz ürəyəm, kinim yoxdur buda əsasdır mənə.
Özünüzü hansı qəhrəmana bənzədirsiniz (film, roman, əsər)
Şrekin arvadı)))))ona oxşuyuramee həəə)))))))))))))))))))
Həyatda Özünə Ən Böyük Arzun?
Nəbilim…
Qızla Oğlanın Dostuna Necə Baxırsan?
Normal…Normaldan bir azda pis ola bilər…çünki görürəmki alınmır elə dostluq.
Həyatdan Bezdiyin An?
Hərdən olur…
Kimsəsizə Əl Tutmusan?
Deməyimlə qəbulundan çıxara bilərəm..ona görə onu Allahım , Kimsəsizim, mən bilim.
Allahın bağışladığı bir günahı elə olub ki,bağışlaya bilməyəsən?
Mən bağışlanacağıda, bağışlanmayacağıda bağışlayıram…Allah hər bir bəndəsini bağışlaya inşAllah…
Namaz Qılırsız?
ƏlhəmdurAllah Min Şükür…Bəli
Ən gözəl gününü bir günahının bağışlanması yolunda qurban verərsən?
Nəinki ən gözəl günümü, Hər günümü verərəmki Günahımı bağışlasın Yaradanım,
Namaz qılan zaman ürəyindən hansı hisslər keçir?
Allah namazımı qəbul edə inşALLAH, Şeytan məndən uzaq ola İnşAllah
Deyirlər ki,insan unutduqlarını namaz qılarkən xatırlayırlar.Başına belə bir şey gəlib?
Hə…Çox olub, Salavat verən zaman çox rəhmətə gedənləri xatırlayıram əsas…
Müsəlman ola-ola başqa dinləri qəbul edənlərə fikrin?
Müsəlman pisdirsə başqa dindən olanlar niyə müsəlman olur…Çox pis və Günah baxıram belə şeyə..
Əgər saytda 1 günlük admin olsaydın nə(lər) edərdin?
Nələr lazımdırsa məsləhətləşib edirikdə)) mən ya ADMİNlərimiz fərq eləmir.
Virtual dostluq ya da virtual sevgi.Hansı real həyatda gerçəkləşə bilər?
Hər 2si… Virtualdakı da insandır..
BiG.AZ saytının istifadəçilərini şoka sala biləcək etirafın(əgər varsa)?
Bu yaxınlarda artıq Lunaska OLMAYACAQ….
Həyatına maraq gətirən insan kimdir?
Hər kəsin bir yeri var…Həyatımın maraqlı olmasında hərənin bir rolu var
Bu dəqiqə hansı mahnıya qulaq asırsan?
Heçnəyə…
Bu Həyatda Kimə İnanmaq Lazımdır?
Əslində hamıya, sadəcə hər şeyə məntiq və ehtiyatla yanaşmaq gərəkdir))
Həyat Fanidir Yoxsa İnsanlar?
Nə bilimee eh…hər 2si…azğınlaşıb insanlar.
Qəlbinə dəyiblərmi? (dəyiblərsə nə vaxt? Kim?)
Hə dəyiblər, bu yaxınlarda QEYBƏTim gedib, buda çox qəlbimə deyibki olmayan bir yalanı deyib nə etməyi düşünürlər? özdə KİMLƏReee)))) ama dəyməz eləsinə görə qəlbimin qırıldığını hiss edim))
Qəlbinin dərinliyində saxladığın bir sirr varmı??
Bəlkədə var…ama xatırlamadım
Cəsarət edib hansısa sirrini bizim ilə bölüşə bilərsənmi?
Bölüşəcək qədər maraqlı sirrim yoxdur axı)
Qarşılıqsız Sevgi yaşamısanmı?
Yox….
Bəs Platonik?
Yox…
Qarşılıqsız Sevənlərə məsləhətin?
Əgər oğlan qarşılıqsız sevirsə, sevdiyini qarşşılıqdı sevgiyə gətirə bilər, Qadın qarşılıqsız sevirsə, bu gərəksizdir…Sadəcə xoşbəxtliyinə bir manedir.
Sevdiyin İnsan uğrunda nəyi qurban verə bilərsən?
Sadəcə Saf sevgimi…
Kiçik bir şer parçası söyləyə bilərsənmi?
Bunu indi yazdım BiG.AZa aid olan)))
İnanki sonacan gedir eşqimiz
Gələcək günləri xatirlayanda
Az Qalır uzaqdan gəlsin Səsimiz
Zamanla ucalır sənə sevgimiz!!!
Həyatda Elə Bil Hərəkət Etmisiz ki,hələdə peşmançılıq Çəkirsiz? ( Səmimi Ol)
Bəli, Olub elə hərəkətim hələ də peşimanam.
Həyatda Elə Bir İnsan Varki Nümunə Götürəsən ondan?
Var…
Həyatda Ən Yaxın Dostunuz?
Anam, bajım, Cuppuş, Lovely9107, Fine və s.
Bəs Saytda Ən Yaxın Dostunuz? (Oğlan Və Qız)
Ihım ıhım başdiyağ))),"lovely9107" Fine, Nergiz, Adminka, Laura_89, Ya_Zehra, Sabina_87, AysKa, Yedinka, hiwahiwa86, daha yadıma düşmüreeee((((( inciməsinlər
_LEON_, Barsa1899, VasiFQuliyeV, Maku, Pionist87, Panda55 daha ağlıma gəlmir...
Hansı useri real həyatda görmək istərdin?
Bəzi qızlar var onları…Əsasda adları burda olanlar.
BiG.AZ Saytına Necə Gəldin? Gəlməyivə Peşmansan?
Necəsə gəlmişəmsə heç getməyi də alınmır))))
BiG.AZ Saytında Ən Maraqlı Xəbəri Hansı İstifadəçi Yerləşdirir?
Çox istifadəçi maraqlı xəbərlər yollayır…elə də davam edin))
BiG.AZ da Qonaq Rublikasında Hansı Useri Görmək İstərdiz?
_LeoN_, Qaydasız_Doyuscu, Cuppuşu isə lap tezliklər istəyirəm, çünki o bu müsabiqənin açılışını edib deyə maraq yaratmamışdı, hamı xəbərə baxırdı Cuppulu yaddan çıxmışdı.
BiG.AZ Saytına Ürək Sözləriviz!
Daima öndə gedən, qabaqcıl və yek QAL.
BiG.AZ-da nəyi bəyənmirsiz ? İrad və Təklifləriniz ?
Bəyənməsəydim burda qalmazdım.Hər şey əladır, təkliflərimi də etmişəm uje)))nəticəni gözləyək)
Sonda.Bəyəndiyiniz Və Bəyənmədiyiniz Sual?
Hər şey gözəl idi, Hər sual maraqlı idi Sənin Kimi…
Sualınız varmı?
Mənə medal verəcəksiz yenə ???? )))))))))))))))))))))))))
Son sözünüz..
Orda bir sual var idi, userləri Şoka salacaq xəbər…USERLƏR!!! Deyimki CAVABında ZARAFAT etmişdim….bir anlıq şok kimi olsundaa (guyadaa)))
Qonağımız Olduğumuz Üçün Təşəkkür
Əsasda qonaq etdiyiniz üçün təşəkkürlər Canım…
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş