Ana (İbrətamiz Hekayə)

Ana (İbrətamiz Hekayə)

"Evləndikdən 21 il sonra yeni sevgi parıltısına rast gəldim...

Bir müddət əvvəl həyat yoldaşımdan qeyri bir qadınla gəzməyə çıxmışdım. Bu, həyat yoldaşımın təşəbbüsü idi.

Onu nə qədər sevdiyini dərindən dərk et – deyə həyat yoldaşım mənə məsləhət vermişdi...

Həyat yoldaşımın, birlikdə gəzməyi və vaxt keçirməyi tövsiyə etdiyi həmin qadın Anam idi. 19 il əvvəl həyat yoldaşını – atamı itirmişdi.

Ancaq iş həyatım, gündəlik məşğuliyyət, boynuma düşən məsuliyyət, üç uşaq atası olmağım – bütün bunlar Anama tez-tez baş çəkməyimə mane olurdu.

Nəhayət, bir gün ona zəng vurdum, şam yeməyinə dəvət etdim. Həyəcanla soruşdu:

Oğlum, halın necədir, səhhətin yerindəmi? – çünki gec edilən zənglərə adət etməmişdi, narahat idi.

Hər şey yaxşıdır, ay ana – dedim, – səninlə baş-başa qalmaq istəyirəm.

Elə ikimizmi?anam soruşdu. Bir qədər sükutdan sonra əlavə etdi: – Mən də bunu çox istəyirəm.

Cümə axşamı işdən sonra yanına getdim. Bir az həyəcanlı idim. Yanına çatdıqda o da narahat görünürdü. Qapının kəndarında dayanmışdı, məni gözləyirdi. Əyninə qəşəng paltar geyinmişdi. Vəfatından qabaq atamın ona aldığı son paltarı idi, deyəsən. Anam gülümsədi:

Hamıya dedim ki, bu gün oğlumla gəzməyə çıxacağam. Sevindilər. Qayıtdıqdan sonra onlara danışacağım xəbərlərin intizarındadırlar.

Adi, ancaq dəbdəbəli və sakit yeməkxanaların birinə getdik. Anam qoluma girmişdi. Sanki ölkənin birinci xanımı idi.

Əyləşdik. Menyudakı yeməklərin adlarını oxumağa başladım. Anamın gözləri yaxşı görmürdü. Odur ki, yalnız iri yazılmış hərfləri oxuya bilirdi. Soluq dodaqları ilə gülümsəyərək üzümə baxırdı. Dilləndi:

Vaxtı ilə sən balaca olanda mən sənə bunları oxuyurdum.

Sənə olan borcumun azacıq hissəsini, belə şeylərlə ödəmək vaxtıdır, ay ana – dedim, – sən rahat ol.

Şam edə-edə xeyli danışdıq. Söhbətimizdə qeyri-adi bir şey yox idi: ötüb-keçənlərdən, yeniliklərdən danışırdıq. Başımız söhbətə o qədər qarışmışdı ki, vaxtın necə keçdiyini hiss etməmişdik. Artıq gecə yarıdan keçmişdi. Yeməkxanadan çıxdıq. Evinə çatdıqda anam dilləndi:

Növbəti dəfə birlikdə şam etməyə nə deyirsən? Ancaq bu dəfə mənim hesabıma olacaq.

Əlini öpdüm və ayrıldım...

Bir neçə gün sonra anam ürək tutmasından vəfat etdi. Vəfatı elə qəfildən oldu ki, heç nə edə bilmədim.

Bir neçə gün keçdi. Anamla şam etdiyim yeməkxanadan bir məktub aldım. Anamın yazısını tanıdım: "Qabaqcadan hesabı ödəmişəm. Bir daha səninlə şam edə bilməyəcəyimi hiss etmişdim. Nə isə... Başlıcası, iki nəfərlik hesabı ödəmişəm – sən və həyat yoldaşın üçün. Çünki sən həmin gecənin mənim üçün nə qədər əhəmiyyətli olduğunu, kaş biləydin! Bunu heç vaxt başa düşməyəcəksən... Səni çox sevirəm, əziz balam!"

Bu dəqiqələrdə "sevgi""səni sevirəm" kəlmələrinin mənasını başa düşdüm, anladım. Başqasına sevgimi yaşatmağın mənasını da dərk etmişdim...".

Valideyn, xüsusilə də Anahəyatımızın ən əhəmiyyətli cövhəri olmalıdır... Odur ki, layiq olduqları şeyləri onlara bəxş edin, layiq olduqları vaxtı onlara ayırın! Bəli, bu, Allahın və onların sizin üzərinizdəki təxirəsalınmaz haqlarıdır!

Sonda ümid edirəm ki, bu hekayə valideynlərinin qədrini bilməyənləri ayıldacaq, bizi də bu işdə vasitəçi edəcəkdir!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4435   Tarix: 16 mart 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055