Hamiləlikdə düzgün qidalanma

Hamiləlikdə düzgün qidalanma Hamiləlik – qadın həyatında ən heyrətamiz və sirlərlə dolu bir dövrdür. Hamiləlik keçirən qadının daxili aləmində qadınlıq borcunu yerinə yeturməkdən irəli gələn sevinc və heyranlıq hissi, həyəcan, qorxu və yorğunluq hissi ilə qarışır. Təbiətin möhtəşəm sirlərindən biri – yeni insanın yaranması, haqlı olaraq, ən qüdrətli yaradıcılıq heab edilir. Bu təbiət hadisəsi bütün zamanlarda alımləri maraqlandırıb, şairlərin ilham mənbəyi olub, elmdən və incəsənətdən uzaq olanları isə sadəcə heyran edib.

Sonrakı 9 ay müddətində ana öz orqanizminə ziyan vurmadan uşağın inkişafı üçün optimalı şərait yartmalıdır.
Qidalanma məhsulları elə seçilməlidir ki, bunlar gün ərzində ananın və uşağın qidalı maddələrə olan təlabatını tam olaraq ödəsin.
QİDALANMANIN ƏSAS PRİNSİPLƏRİ:
iki nəfərin yediyi miqdarda deyil, iki nəfərin ehtiyacını ödəyə biləcək keyfiyyətdə yemək qəbul etmək lazımdır.
kifayətqədər heyvani zülal (mal əti, quş əti, balıq əti, süd məhsulları və s.) gəbul etməlisiniz;
infeksiyanın qarşısını almaq üçün ət, balıq, dəniz məhsulları, quş əti, yumurta, süd kifayətqədər termiki işlənməlidir;
Həm körpəyə həm də Sizə vacib lazın olan kalsiuma olan ehtiyacınızı ödəməyə çalışın. Bu məqsədlə çoxlu süd, pendir, yoqurt, kəsmik qəbul edə bilərsiniz;
Hamiləlikdə düzgün qidalanma Anemiyanın, tez yorulmanın, immunitetin zəifləməsinin qarşısını almaq üçün tərkibində dəmir olan maddələr qəbul edin;
Dölün inkişafının pozulmasına səbəb ola bilən fol turşusu çatmamazlığının yaranmasına yol verməyin. Vələmir, qreçixa, mannı, maya kimi maddələr bu turşuya olan ehtiyacınızı təmin edə bilər.
Qəbizlikdən yaxa qurtarmaq üçün çoxlu sellülöz qəbul etmək lazındır. Bunun üçün müntəzəm olaraq meyvə, çiy tərəvəz, göyərti, qara çörək qəbul etməlisiniz.
Orqanizminizin susuzlaşmasının və sidik yollarının infeksion xəstəliklərinin qarşısını almaq məqsədi ilə kifayət qədər su qəbul etməyi unutmayın;
Həkimlə məsləhətləşmədən dərman və qida əlavələrindən istifadə etməyin;
Allergiya halı yaradan maddələri az miqdarda qəbul etməyə çalışın: şokolad, kofe, qatılaşdırılmış süd, sitrus meyvələri, çiyələk;
Hamilələr üçün nəzrdə tutulmuş vitaminlər qəbul edin (preqnavit, qendevit, elevit pronatal).
Hamiləliyin ikinci yarısında qəbul etdiyiniz karbohidratların, un məmulatlarinin, tərkibində nişasta olan maddələrin, kəskin və ədavalı, hisə verilmiş məhsulların miqdarını azaldın. Bu məhsullar artıq çəkinin yaranmasına səbəb olurlar.

Hamiləlik zamanı yol verilən çəki artımı 8-10 kq-dır. Bu çəki aşağıdakı kimi bölünür:
3,5 kq – uşağın çəkisi;
500 q – ciftin çəkisi;
1 kq - uşaqlığın çəkisi;
700 q - dölyanı sular;
1 kq - döş vəzlərinin çəkisinin artması;
1,3 kq – artmış qanın miqdarı.
Bu hesabla çəkinin aylıq artımı 200-250 q olmalıdır.
Hamiləlikdə düzgün qidalanma Hamiləlik və qidalanma
Hamiləlik zamanı düzgün qidalanma dölün normal böyüməsi və inkişafı üçün əsas şərtdir. Gələcək ana qida vasitəsi iə yeni orqanizmin yaranması üçün lazım olan enerci və madələr qəbul edir. Dölün genetik proqramının düzgün getməsi üçün olan kimyəvi proseslərin dəqiq və sürətli baş verməsini təmin edən mikroelementlər və vitaminlər də orqanizmə qida vasitəsi ilə daxil olur.
Bir saniyə ərzində kvadrilionlarla çevrilmə prosesləri baş verir ki, bu yeni həyatın yaranmasına səbəb olur. Bu sürətlə gedən proseslər yeni və yeni kimyəvi maddə "eşelonlarını" tələb edir. Ona görə də Ulu Tanrı hamilə qadınlara qida intuisiyası vermişdir ki, bu da dölə vaxtında biokimyəvi maddələri çatdırmağa imkan verir. Hələ də biologiya, tibb elmi və nutrilogiya (qidalanma haqqında elm) bu qabiliyyətin mexanizmini aydınlaşdıra bilməmişdir. Lakin çoxillik təcrübə hamilə qadınların təlabatına və daxili proseslərinə uyğun bir qidalanma reciminin işlənib hazırlanmasına kömək etmişdir.
Ilk növbədə qeyd edək ki, hamiləlik dövründə qadınlarin enerciyə olan sutkalıq ehtiyacı 300 kkal qədər artır (əgər gələcək ananın bədən çəkisi azdır və ya o 18 yaşdan kiçikdirsə - 500 kkal).
Hər bir gələcək ananın gündəlik olaraq zülala, yağlara, vitaminlərə, minerallara, sellülöza, mayeyə və s. vacib qida maddələrinə ehtiyacı var. Zülallar ana bətnində amin turşularına parçalanırlar, bu parçalanma məhsullarından ana və döl onlara daha vacib olan yeni zülallar sintez edirlər. Yağlar yeni hüceyrələrin yaranmasına və yanaraq enerci yaranmasında iştirak edirlər. Vitaminlərin və mikroelementlərin rolunu biz artıq qısa da olsa müzakirə etmişdik (daha sonra bu mövzuya qayıdacağıq). Onlar hamiləliyin normal gedişi üçün lazım olan bir sıra məsələlərin həll olunmasında iştirak edirlər.
Bütün bu təlabatları ödəmək üçün düzgün tərtib olunmuş pəhriz olmalıdır.
Hamiləlikdə düzgün qidalanma 1.Yarmalar, dənli bitkilər və un məmulatlarıBu məhsullar bitki mənşəli zülallar, karbohidratlar və sellülözdan ibarətdirlər. Çörək vitamilərlə (xüsusilə B qrupu) zəngindirlər. Mikrolementlərdən sink və dəmir daxildir. Sizin gündəlik qida rasionunuzda bu məhsullardan hazırlanmış 4-5 yemək növü olmalıdır. Bir yemək belə hesablanmalıdır:
1 dilim çörək 1 ədəd mayalı xəmirdən hazırlanmış məmulat (bulka) 1 biskvit
1 tortilya ½-dən ¾ qədər hazır dənli bitki portlağı 2 orta ölçülü yağlı kökə (blinı)
1 stək.hazır popkorn 1 vafli 4-6 ədəd kreker

Sıyıqların və makaron məmulatlarnın hesabı belə aparılır – 2/1 - 3/4 stəkan yarma və ya sındırılmış spagetti, vermişel və s. bir yemək hesab olunur. Bu Sizin qida rasionunuzun əsasını təşkil edir.

Hamiləlikdə düzgün qidalanma 2. Meyvə və tərəvəz.
Bunlar vitamin, üzvi turşular, sellulöz və mikroelementlərin əsil xəzinəsidir. Bağırsaqlara zəif boşaldıcı təsir göstərə bilər. Gündəlik olaraq bu məhsulların 4 növünü qəbul etməlisiniz. Tərkibində A-C vitaminləri olan meyvələrinin hərəsindən 1 ədəd götürün, digər 2-3 isə öz zövqünüzə görə seçə bilərsiniz. Istəyinizə görə seçimi dəyişə bilərsiniz.

A vitamininin mənbəyi
C vitamininin mənbəyi
Digərləri

ərik, brokkoli, yemiş, kök, balqabağ, şirin kartof, tünd göy rəngli yarpaqlı tərəvəzlər, ağ turp, çuğundur.
brüssel və gül kələmi, qarpız, apelsin, limon, qreypfrut, çiyələk, pomidor, şirin bibər, ağ kələm, ispanaq, manqo, papaya, kivi.
badımcan, noxud, kartof patisson, alma, banan, turş gilas, üzüm, albalı, armud, gavalı, ananas, xiyar, moruq.

Hamiləlikdə düzgün qidalanma 3. Ət, balıq, ev quşlarinin əti, yumurta, qurudulmuş lobya və qoz.
Bu məhsullar zülalın əsas mənbəyidir. Gundəlik olaraq bu məhsullardan hazırlanmış 3 növ yemək qəbul etməlisiniz. Bir növ yemək kimi qəbul etmək olar:
60-90 q yağsız ət (hamburger, bir neçə dilim mal və ya dana əti, iki sosiska);
orta ölçülü bütöv balıq və ya bir dilim qızıl balıq;
iki tikə hindi əti və ya bir toyuq budu;
2 yumurta;
220-330 q tofu (soya kəsmiyi);
60-70 q günəbaxan tumu.

Yeməklərə müxtəlif əlavələr edə bilərsiniz, süd məhsulları ilə bərabər qədul edə bilərsiniz. Ət və ət məhsulları yaxşı bişirilməlidir, çünki müxtəlif bakteriya və helmintlərlə infeksiyalaşma təhlükəsi möcuddur. Yumurta ilə də ehtiyyatlı olmaq lazımdır. Çalışın ki, qayqanaq, az bişirilmiş omlet və çiy yumurta qəbul etməyəsiniz.
Hamiləlikdə düzgün qidalanma 4. Süd və süd məhsulları.
Bu məhsulların vəzifəsi orqanizmi kifayət qədər kalsiumla təmin etməkdir. Bu da öz növbəsində sümük sisteminin normal inkişafına kömək edir. Bundan başqa bu məhsulların tərkibində yağlar, zülallar və üzvi turşular da var.
Gün ərzində 4 stəkan (800 ml) süd içərsinizsə, lazım olan kalsiumu qəbul etmiş olursunuz. Aşağıdakı süd məhsulları göstərilən miqdarlarda 1 stəkan südün tərkibində olan miqdarda kalsium verə bilər:
1 stəkan yağlılığı az olan süd;
½ stəkan qatılaşdırılmış süd;
2 dilim pendir;
1/3 stəkan quru süd:
1 stəkan yoqurt və ya südlü pudinq;
1 2/1 stəkan dondurma.
40 q bərk pendir.

Südü çiy içmək məsləhət deyil.
Südü qaynadarkən kalsium parçalanmır, zülalların da tərkibi dəyişmir, orqanizm tərəfindən normal mənimsənilir. Toksinfeksiyanın yaranma imkanı isə xeyli azalır.
Əgər süd məhsullarını sevmirsinizsə, və ya orqanizminiz bu növ məhsulları qəbul etmirsə, həkimizlə söhbət edin, dölün və Sizin kalsiuma olan ehtiyacınızı təmin etmək üçün bir başqa yol tapmağa çalışın.

5.Yağlar və şirniyyat.
Bu geniş qrupa kərə yağı, bitki marqarini, konfetlər, cele, cemlər, desert, şirin içkilər, şəkər, siroplar və s. aiddir. Bu məhsulların tərkibinə karbohidratlar, doymuş və doymamış yağ turşuları, mineral duzlar daxildir. Bundan əlavə bütün bu məhsullar yüksək kaloriyə və energetik dəyərə malikdirlər. Yağlar sutkalıq təlabatın 30%-ni təmin edirlər. Yaxşı olar ki. qəbul edilən yağlar bitki mənşəli olsunlar (qoz, xolesterini az olan yağlar).
Bu məhsulları istəyinizə görə qəbul edin, amma hədsiz istifadə etməyin. Onlar Sizin iştahanızı "Küsdürəcək", və Siz əhəmiyyəti daha yüksək olan məhsulları yemək istəməyəcəksiniz. Süni şirinləşdiricilərin, xüsusilə də saxarin və siklamatların qəbulu xüsusi göstəriş olmadıqda, məsləhət deyil.
. Maye qəbuluna gəldikdə isə, sizin gündəlik təlabatınız 6-8 stəkandır. Bu miqdara həmçinin süd, şirələr, bulyonlar və yediyiniz sulu xörəklər də daxildir. Kofeinin dölə mənfi təsirini unutmayın və qəhvənin, tünd çayın və kolanın miqdarını məhdudlaşdırın.yağ və şirniyyat
vaxtaşırı

Süd və süd məhsullarıgündə 2-3 növ
ət,balıq,quş əti,paxlalar və qoz
gündə 2-3 növ

Tərəvəz
3-5 növ
Meyvələr
2-4 növ gündə

Hamiləlikdə düzgün qidalanma Yarmalar, dənli bitkilər və un məmulatlarıgündə 4-6 növ
Duz haqqında. Əvvəlllər belə fikir hökm sürürdü ki, hamilə qadınların hamısı ödemlərin yaranmasının qarşısını almaq məqsədi ilə duzdan mümkün qədər az istifadə etməlidirlər. Hazırda müəyyən olunmuşdur ki, ödemlərin baş verməsi duz qəbulu ilə deyil, gələcək ananın orqanizmində estrogenlərin balansının dəyişməsi ilə bağlıdır. Ona görə də duzun miqdarını azaltmaq bütün qadınlara deyil, ancaq müəyyən bir qrup qadınlara (böyrək problemləri, preklampsiya olan) məsləhət görülür. Bu barədə həkiminizlə məsləhətləşin. Yeməyinizdə yodlaşdırılmış duzdan istifadə etsəniz daha yaxşı olar. Suyunun tərkibində yod az olan ərazilərdə bu xüsusilə vacibdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 18702   Tarix: 02 mart 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Qızıl Moruq 2024" mükafatının qalibləri açıqlandı

ABŞ-də son bir ildə kino sahəsində ən pis nailiyyətləri tanıyan "Qızıl Moruq 2024" mükafatının qalibləri elan edilib. Mükafatların sayına görə lider "ən pis film", "ən pis rejissor", "ən pis ssenari", "ən pis ekran cütlüyü" və "ən pis remeyk, parodiy

10.03.2024 342
.

Qulaq ağrısının təbii üsulla müalicəsi

Qulaq ağrısı Ciddi bir xroniki xəstəliyin xəbərçisi olaraq can sıxır. Mütəxəssislər ağrılara qulaqla əlaqədar ya da boyun qulaq bölgəsinə yaxın linfa vəzlərinin bir problemi, çənə sümüyündə deformasiya və diş ağrısının səbəb ola biləcəyini ifadə edir. Keçməyən və uzun müddət davam edərsə qulaq agris

23.03.2024 2555
.

Xalçalardakı bu saçaqlar nə üçündür?

Evlərin bir çox aksesuarla yanaşı, xalçalar da ən vacib əşyalardan biridir. Xalçaların kənarındakı saçaqları əksər insanlar bəzək məqsədilə tikildiyini düşünürlər. Texnologiya bu qədər inkişaf etməmişdən əvvəl xalçaçılıqla tanınan Azərbaycanda saysız-hesabsız xalça modelləri var. Əksər xalça modellərini

24.03.2024 511
.

Boşanmaların sayının azalması üçün hansı yaşda evlənməliyik? - Mütəxəssisdən AÇIQLAMA

"Boşanma riskinin daha az olduğu və evlilik üçün ən uyğun yaş həddi 25-30 yaşdır". Bu fikri amerikalı psixoterapevt Lori Qotlib Stiven Bartletin "Diary of a CEO" podkastında bildirib. Qotlib iddia edib ki, çox erkən evliliklərdə ər-arvadın həyat təcrübəsi olmur, onlar özlərini axtarmağ

16.03.2024 343
.

Dünyada ilk dəfə olaraq cərrahlar xəstəyə donuz böyrəyini köçürüblər

ABŞ-nin Massaçusets ştatındakı tibbi mərkəzin cərrahları dünyada ilk dəfə olaraq geni dəyişdirilmiş donuzun böyrəyini canlı insana uğurla köçürüblər. Qeyd olunub ki, böyrək xəstəliyinin terminal mərhələsində olan Massaçusets ştatının Veymut şəhərindən olan 62 yaşlı Riçard Slayman dörd saat ərzində əməliyya

23.03.2024 359
.

"X" televizorlar üçün "YouTube"un analoqunu işə salacaq

İlon Maska məxsus "X" sosial şəbəkəsi "YouTube"la rəqabət aparmaq üçün "Smart TV"ni dəstəkləyən "Amazon" və "Samsung" televizorları üçün proqram təqdim edəcək. Məlumata görə, təqdimat gələn həftəyə planlaşdırılıb, yeni platformanın interfeysi televizorlar

10.03.2024 319
.

Finlandiya yenə xoşbəxtdir

Finlandiya ardıcıl yeddinci ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilib. xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. "Dünya Xoşbəxtlik Hesabatı"na əsasən Skandinaviya ölkələri yenidən ən yüksək pillədə qərarlaşıb, Danimarka ikinci, İslandiya üçüncü, İsveç isə dördüncü yerdədir

20.03.2024 406
.

Azyaşlı uşaqları olan anaların hansı güzəşt hüquqları var?

Əmək Məcəlləsinin 37-ci fəsli qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları müəyyən edir. Hamilə və ya üç yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliy

10.03.2024 528
.

Hər gün qulağı masaj etsəniz, nə olar? - İNANILMAZ TƏSİRİ

Stress, narahatlıq, baş ağrısı, yorğunluq və ya artıq çəki. İndiki vaxtda bu problemləri yaşamayan insan demək olar ki, yoxdur. Bioenergetiklər bu problemləri bədənin müxtəlif nahiyələrindəki nöqtələri masaj etməklə aradan qaldırmağın mümkün olduğuna inanır. Onlar iddia edir ki, qulaq masajı bədən üçü

24.03.2024 3004