Türk Dünyasına böyük mesaj… (Foto, Video)

Şimali Kiprdə 55 dövləti təmsil edən tələbələr Azərbaycanın ən böyük faciəsindən hali oldular.Türk Dünyasına böyük mesaj… Martın 7-də Şimali Kiprdəki Yaxın Doğu Universitetinin Atatürk Mədəniyyət və Konfrans Mərkəzində Azərbaycan kinemotaqrafiyasının məhsulu olan "Xoca" filminə baxmağa gələn hər bir izləyicinin ilkin təəssüratı belə idi. Erməni faşistlərinin Azərbaycan türklərinə qarşı törətdiyi Xocalı soyqırımı haqqında rejissor Vahid Mustafayevin çəkdiyi filmin təqdimatına Universitet çox ciddi hazırlaşmışdı. Filmin posterlərində faciənin tarixi, filmin yaradıcı heyəti barədə geniş məlumat verilirdi. Həmçinin Yaxın Doğu Universitetinin "Facebook" səhifəsində də bir neçə dəfə filmin anonsu verilmişdi. Anonsda "Xoca" filminin rejissoru Vahid Mustafayevin sözləri də yer almışdı: "Bütün xalqlar müharibə ilə qarşı-qarşıya gəldikləri zaman dəyərlərini itirir, böyük acılar yaşayırlar. Bu gün dünyanın bir çox yerində ya müharibə var, ya da başlamaq ərəfəsindədir. Biz bu filmlə, sadəcə, müharibənin nə olduğunu və nələri yox etdiyini izah etmək istədik".

Təqdimat mərasimindən öncə yerli telekanallara müsahibə verən rejissor Vahid Mustafayev "Xoca"nın doğuracağı reaksiya barədə danışıb: "Ümumiyyətlə, Türk Dünyasına böyük bir mesaj oldu. Bunları hər bir dövlət yaşayıb, hər bir dövlətin tarixində belə bir şey var. Ümumiyyətlə filmə baxanlar öz məmləkətindən, öz tarixindən bir parçanı görüb yaşayacaqlar".

Filmə maraq çox böyük olub və təqdimat böyük anşlaqla keçib. Təqdimatda Şimali Kiprin bütün universitetlərindən tələbələr, həmçinin Şimal Kipr Türk Cumhuriyyətinin rəsmi şəxsləri iştirak ediblər. Tələbələr dünyanın 55 ölkəsini təmsil ediblər. Filmin təqdimatında Birinci Qarabağ savaşında döyüşmüş Kipr qaziləri də iştirak ediblər.

Şimali Kiprin Azəbaycan diasporu da "Xoca" filmin təqdimatında çox təşkilatlı iştirak edirdi. Təsadüfi deyil ki, Atatürk Mədəniyyət və Konfrans Mərkəzində keçirilən təqdimat mərasimi giriş sözü ilə məhz Şimali Kipr Azərbaycan diasporunun rəhbəri, Yaxın Doğu Universitetinin prorektoru Fəxrəddin Məmmədov açıb, filmin uğurları və əhəmiyyəti barədə danışıb.

Daha sonra o, Universitetin xüsusi mükafatı və Şimali Kipr Azərbaycan diasporunun xüsusi diplomunun rejissor Vahid Mustafayevə təqdim edilməsi üçün səhnəyə Şimal Kipr Cumhuriyyət Məclisinin rəhbəri Hasan Bozeri və Yaxın Doğu Universitetinin Direktorlar Şurasının sədri İrfan Günseli dəvət edib. Filmin yaradıcı heyətinin üzvləri də diplomlarla təltif olunublar.

"Təbii ki, bu cür böyük tarixi hadisələrin - həm də tarixin qara ləkəsi olan hadisələrin yaddaşlarda qalması məqsədilə çəkilən filmləri çox dəstəkləyirəm. Bunu düşünənləri və etmək istəyənləri də təbrik edirəm. Çünki bu tarixin unudulmaması gərəkdir. Unudulmamağın yollarından biri də belə filmlərin çəkilməsi, kitabların yazılmasıdır, yəni bu hadisənin ölümsüzləşdirilməsidir",- deyə Şimali Kipr parlamentinin spikeri Hasan Bozer bildirib.

Daha sonra Vahid Mustafayev ANS Şirkətlər Qrupu ilə uzun müddətli və səmərəli əməkdaşlığa görə, Yaxın Doğu Universitetinə Çingiz Mustafayev Fondunun diplomunu təqdim edib.

Çoxmillətli auditoriya filmin təqdimatını göz yaşları ilə başa vurub. Filmin nümayişindən sonra tələbələr rejissor Vahid Mustafayevin əhatəsinə toplaşaraq onu buraxmayıb, söhbət ediblər. Ondan avtoqraf alıblar, Azərbaycandan gəlib Kiprdə oxuyan tələbələrlə Vahid Mustafayevin ayrıca görüşünün təşkilinə qərar verilib.

mənbə: anspress.com

Türk Dünyasına böyük mesaj… (Foto, Video)Türk Dünyasına böyük mesaj… (Foto, Video)Türk Dünyasına böyük mesaj… (Foto, Video)Türk Dünyasına böyük mesaj… (Foto, Video)Türk Dünyasına böyük mesaj… (Foto, Video)Türk Dünyasına böyük mesaj… (Foto, Video)Türk Dünyasına böyük mesaj… (Foto, Video)Türk Dünyasına böyük mesaj… (Foto, Video)Türk Dünyasına böyük mesaj… (Foto, Video)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2345   Tarix: 08 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660