Kamran Həsənli: "Qadınlara ən dəyərli hədiyyə..."

Kamran Həsənli: "Qadınlara ən dəyərli hədiyyə..."

Azərbaycanın tanınmış teleaparıcısı və şoumeni Kamran Həsənli 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik etdi.

Şoumen qadınlara hədiyyə edilə biləcək ən yaxşı hədiyyələrdən danışdı.

"Qadınlar üçün hədiyyə almaq çox çətindir. Əslində düşünürəm ki, bu, hər bir kişi üçün çətinlikdir. Çünki qadının nə istədiyini bilmək qeyri-mümkündür.

Lakin heç bir qadın güldən imtina etməz. Keçmiş zamanlardan bu günə qədər gül qadınların ən sevdiyi hədiyyə olub”, - K.Həsənli dedi.

Şoumen bəzi qadınların bahalı hədiyyələrə üstünlük verdiyini də bildirdi:

"Qadınların əksəriyyəti bəylərdən bahalı hədiyyə almaq istəyirlər. Bu, deməzdim ki, pis bir xüsusiyyətdir. Lakin unutmaq lazım deyil ki, həyatda ən böyük hədiyyə sevgi və xoşbəxtlikdir. Qadınlar üçün ən dəyərli hədiyyə sevgidir”, - Kamran Həsənli dedi.

Tanınmış şoumen qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etməyi də unutmadı.

"Hər bir qadına dünyada sevgi arzu edirəm. Hər zaman sevib-sevilsinlər. Çünki sevgisiz heç bir şəxs yaşaya bilməz. Qadınlarımıza bol ruzi və xoşbəxtlik arzu edirəm”, - K.Həsənli bildirdi.


mənbə: bakuinfo.az

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2307 Tarix: 08.03.2013



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər