İşsizlərin NƏZƏRİNƏ!

İşsizlərin NƏZƏRİNƏ!DİM mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarında ümumilikdə 17 dövlət orqanı üzrə inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 514 vakant icraçı vəzifələrə (BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edir.

Bu haqda BiG.AZ-a DİM-dən məlumat verilib.

Məlumata əsasən bildirilib ki, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – 12 may 2018-ci il tarixinədək davam edəcək.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd "Dövlət qulluğu üzrə müraciət Forması" vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir.

Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 12 aprel 2018-ci il tarixindən 12 may 2018-ci il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" qanunun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:

struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant inzibati vəzifə Kənd Təsərrüfatı Nazirliyi (443), Maliyyə Nazirliyi (17) və Gənclər və İdman Nazirliyi (14) tərəfindən təqdim olunub.

Vakansiyalar aşağıdakı dövlət orqanları tərəfindən təqdim olunub:

Kənd Təsərrüfatı Nazirliyi (443 vakant vəzifə) BA3 altqrupu üzrə 24, BA4 altqrupu üzrə 3,BB1 altqrupu üzrə 27, BB2 altqrupu üzrə 2, BB3 altqrupu üzrə 287, BB4 altqrupu üzrə 100;

Gənclər və İdman Nazirliyi (14 vakant vəzifə) BA3 altqrupu üzrə 3, BA4 altqrupu üzrə 11;

Maliyyə Nazirliyi (17 vakant vəzifə) BA3 altqrupu üzrə 3, BA4 altqrupu üzrə 14

Təhsil Nazirliyi (6 vakant vəzifə) BA3 altqrupu üzrə 2, BA4 altqrupu üzrə 2, BB4 altqrupu üzrə 2;

ASAN (6 vakant vəzifə) BA3 altqrupu üzrə 2, BB4 altqrupu üzrə 4;

Füzuli Rayon Məhkəməsi (2 vakant vəzifə) BB4 altqrupu üzrə 2;

Biləsuvar Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1;

Hacıqabul Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1;

Mingəçevir Şəhər Məhkəməsi (2 vakant vəzifə) BB4 altqrupu üzrə 2;

Şəmkir Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1;

Şirvan Şəhər Məhkəməsi (2 vakant vəzifə) BB4 altqrupu üzrə 2;

Tovuz Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1;

Yevlax Rayon Məhkəməsi (3 vakant vəzifə) BB4 altqrupu üzrə 3;

Ağstafa Rayon Məhkəməsi (4 vakant vəzifə) BB4 altqrupu üzrə 4;

Gəncə Hərbi Məhkəməsi (2 vakant vəzifə) BB4 altqrupu üzrə 2;

Şəki Rayon Məhkəməsi (4 vakant vəzifə) BB4 altqrupu üzrə 4;

Lənkəran Rayon Məhkəməsi (5 vakant vəzifə) BB4 altqrupu üzrə 5 yer.

Müsabiqəyə çıxarılmış 514 vakant inzibati vəzifədən 64-ü BA vəzifə qrupu, 450-si isə BB vəzifə qrupuna aiddir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1084   Tarix: 12 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23.04.2024 913
.

İrem Derici sevgilisi ilə Venesiyada- FOTOLAR

Türkiyəli müğənni İrem Derici sevgilisi Gökhan Fıratla birlikdə İtaliyanın Venesiya şəhərinə səyahət edib. xəbər verir ki, müğənni fotoları sosial şəbəkədə paylaşıb. Şəkillərə minlərlə rəy və bəyənmə gəlib

23.04.2024 280
.

Ukrayna: "Rusiya PUA və raketlərlə Kiyev və 3 bölgəyə hücum edib"

Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Mikolayiv, Odessa və Çerkassı bölgələrinə pilotsuz uçuş aparatları və ballistik raketlərlə hücum edib. xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada Rusiyanın bu gecə 2 ədəd "İskəndər-M" ballistik raketi və 16 ədə

23.04.2024 141
.

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

23.04.2024 616
.

Vətəndaşlarımız bu ölkəyə də vizasız gedəcək

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır. Qaynarinfo xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslə

23.04.2024 359
.

"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA

Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budu

23.04.2024 232
.

Ukrayna: Rusiya Kiyevə və 3 vilayətə dron və raketlərlə hücum edib

Rusiya Ukraynanın paytaxtı Kiyevə, eləcə də Mykolayiv, Odessa və Çerkasya vilayətlərinə dron və ballistik raketlərlə hücum edib. BİG.AZ xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb. Məlumata görə, Rusiya Kiyevə və 3 vilayətə dron və raketlərlə Rusiya bu gecə Ukrayn

23.04.2024 114
.

"Vətəndaş nikahına girməsinlər"

"Vətəndaş nikahı Azərbaycana Avropadan keçib. Araşdırmalara görə, Avropada vətəndaş nikahı azalır. Amma Azərbaycanda getdikcə artır". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib. O bildirib ki, son 10 ildə vətəndaş nikahında

23.04.2024 392
.

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

23.04.2024 301