Kişiləri ayaqlarına cəzb edən rus rəqqasəsi (Video)

Kişiləri ayaqlarına cəzb edən rus rəqqasəsi (Video)Rusiyanın tanınmış və sevilən balerinası Anastasiya Voloçkova xüsusi təqdimata ehtiyac olmayan slavyan qadınlardandı. O, 1976-cı il 20 yanvarda Leninqrad şəhərində dünyaya gəlib. Hazırda isə 37 yaşı var və olduqca cavan görünür.

Anastasiya 5 yaşından etibarən balerina olmaq eşqinə düşür. Belə ki, anası onu uşaq vaxtı balet teatrına aparır və orda gördüyü səhnədən olduqca təsirlənir və balerina olmaq qərarına gəlir. Uşaq yaşlarından rəqs və balerina məktəbinə gedir. 1994-cü ildən isə Rusiyanın balet teatr səhnəsində fəaliyyət göstərir.

Tanınmış balerina 2002-ci ildə Əməkdar artist adını, daha sonra isə Xalq artisti adını alır. Həmçinin bir çox müsabiqələrin qalibi olub. 2009-cu ildə Qızıl Şir mükafatına layiq görülür.

2003-cü ildə "Qu gölü" baleti qalmaqalından sonra teatrdan qovulur və solo fəaliyyətə başlayır. Səbəb kimi onun bədən fiziki imkanlarının teatrın tələblərinə imkan vermədiyini və ona tərəfdaş tapmağın mümkün olmadığı göstərilir. Teatrda oynayan kişi aktiyorlardan Anastasiya ilə oynmaqdan imtina etməsi üçün imza kompaniyası toplanıb. (daha doğrusu məcbur edilir) Onun yeganə partniyoru Yevgeniy İvaneçko bundan ağır travma alır və teatrından könüllü şəkildə gedir. Bundan sonra isə aktrisanın teatrda fəaliyyət göstərməsi mümkün olmur.

Aktrisanın özü isə bunu hadisəni 2 il yarımdan çox görüşdüyü yerli biznesmen və milyarder milliyətcə ləzgi olan Süleyman Kərimovun qisası kimi analiz edir. Çünki teatrda baş verən qalmaqaldan əvvəl Süleyman Kərimovla münasibətlərini bitirmişdi.

Həmin ilin noyabr ayında Anastasiya Voloçkova Kreml səhnəsində solo konsertlə çıxış edir.
Çıxışında isə bu sözləri deyir: "Mən inanıram ki, ədalət öz yerini tutacaq və mən hələdə böyük səhnədə sizin üçün oynamaq qabiliyyətinə malikəm. Sizin burda iştirakınız mənim üçün təkcə dəstək yox, həm də qabiliyyətimdir. Sizin bura gəlişiniz mənim yaradıcılığımı və balerina kimi məni məhv etmək istəyənlərin üzərində ən parlaq qələbədir!"

2005-ci ildən etibarən televiziya layihələrində, verilişlərində fəaliyyət göstərməyə başlayır.
2010-cu ildə Anastasiya regionlarda yaradıcılıq məktəblərinin müdafiəsi adlı dissertasiya yazır və Moskvada ilk yaradıcılıq mərkəzini açmağa nail olur.

2007-ci ildə o, başqa bir biznesmen və elmlər namizdədi İqor Aleksandroviça Vdovina adlı şəxslə ailə qurur. Lakin daha sonra etiraf edir ki, bu sadəcə rəsmi toy mərasimi idi və qanuni şəkildə evlənməyiblər. Toylarından bir neçə il keçdikdən sonra münasibətləri korlanmağa başlayır və ayrılmağa qərar verirlər.

2011-ci ildə o, öz bloqunda Maldiv adalarında çəkilmiş erotik şəkillərini yerləşdirir. Bu hərkətini isə belə müdafiə etmişdi: "Bunu mən paparazzelərin acığına etdim və burda utanmalı heç nə görmürəm". Bu hadisə Rusiya mətbuatında böyük rezonasa səbəb olmuşdur.

Onun həyatının hər bir mərhələsi, balerina fəaliyyəti, teatrdan getməsi, ailə qurması, boşanması, hətta Maldiv adalarında fotosessiyası ictimai müzakirə obyektinə çevrilib. Hətta Anastasiyanın xarici görünüşü çoxları tərəfindən tənqid edilir. Əsasən, parlaq və tam yığılmış saçlar, həddindən artıq makiyaj və açıq-saçıq geyimlərinə görə onu çirkin zövqsüz adlandırırlar. Bu obrazın heç cürə başa düşülmədiyini deyirlər.

Hazırda isə o, gündəmdə ancaq qalmaqalları ilə gəlir. Aşağıdakı fotolar onun gənclik illərdən bu yana çəkilib. O, gəncliyində çox sadə və gözəl bir qız olub.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 7100   Tarix: 05 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390