İlham Mirzəyevi də ağladan tapıldı (Video)

İlham Mirzəyevi də ağladan tapıldı  (Video)

Bunu xanəndə Elnarə Abdullayeva bacardı

İllərdi müəllif layihəsi olan "Etiraf" verilişinə dəvət etdiyi qonaqlarını ağladan İlham Mirzəyevi də ağladan tapıldı.

Bunu ifaları ilə hər kəsin ürəyini dağladan xanəndə Elnarə Abdullayeva bacarıb. Atasız böyüyən tanınmış teleaparıcı xanəndənin ifasında "Ata" mahnısını eşidərkən göz yaşlarına hakim ola bilməyib.

Özünü əla almağı bacarmayan aparıcı atasızlığın nə qədər böyük dərd olduğunu belə dilə gətirib: "Yetim yuxuda görür atası yoxdu, ayılandan sonra da görür ki, atası yanında yoxdur. Bəs onlar necə dözsün? Mən özüm öz toyumda, hiss etdim ki, mən doğrudan da atasızam.". Bu sözləri dedikdə göz yaşlarını saxlaya bilməyib.

İlham Mirzəyev tələm-tələsik özünü əla alaraq zarafata keçib: "Deyəsən veriliş tərsinə başladı. Mən deyirəm də, qocalıram artıq."

mənbə: xeber24.az

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 6152 Tarix: 04.03.2013
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol