Şok: qadını diri-diri basdırırlar (Video)

Şok: qadını diri-diri basdırırlar (Video)Türkiyənin Rize vilayətinin Pazar rayonunda insan alveri, qadınları fahişəliyə vadar etmək, quldurluq və mütəşəkkil cinayətkar dəstə yaratmaqda suçlanan şəxslərin məhkəməsi başa çatıb.Ərzurum 2-ci Ağır Cəza Məhkəməsində ifadə verən zərərçəkən, Gürcüstan vətəndaşı İnqa G. -nın dediyinə görə, həmin dəstənin üzvləri postsovet və Şərqi Avropa ölkələrindən aldadaraq Türkiyəyə gətirdikləri qadınları döyərək, qorxudaraq, zorlayaraq fahişəliyə vadar ediblər.

Məhkəmə iclasında dəstə üzvlərinin qəddarlığına dəlalət edən video da nümayiş olunub.

Həmin videoda hansı ölkənin vətəndaşı olduğu bilinməyən, amma rus dilində danışan qadın "Abdul" adlı şəxsə yalvarır, bağışlanmasını istəyir.

Abdul isə qadını diri-diri məzara basdırır. Qadın yalvarır, Abdul isə onun başına, çiyinlərinə təpiklə, əlindəki bellə vurur.
Qadın qorxudan ölmək səviyyəsinə çatanda isə onu məzardan çıxarırlar.

Abdul deyilən Abdulla A. da daxil olmaqla 7 müttəhim 3-24 il arasında həbs cəzası alıblar.
Abdulun cəzası 24 il həbs olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 5427   Tarix: 05 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390