Həzrət Abbas haqqı bircə dəfə ərə getmişəm (Müsahibə)

Həzrət Abbas haqqı bircə dəfə ərə getmişəm (Müsahibə)Vəfa Zeynalova: "Bilirəm bu boşanma söhbəti haradan qaynaqlanır"

Vəfa Əliseyran qızı Zeynalova 4 oktyabr 1975-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. 1996-cı ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. Bir çox film, tamaşa və serialda müxtəlif obrazlar canlandırıb. Ailəlidir. Əkiz qızları var.

- Necə oldu ki, aktrisalığı seçdiniz?

- Mən təsadüfən bu sənətə gəlmişəm. İncəsənət Universitetinin birinci kursundan baş rolları oynamağa başlamışam. Uğur qazanmağımda Lütvi müəllimin böyük rolu olub.

- Ən yadda qalan obrazınız hansı olub?

- Ən yadda qalan obrazım Lamiyə olub. Deyə bilərəm ki, bu obraz mənim visit kartımdır. İndi də mənə bəzən Lamiyə deyirlər, bu obraz haqqında soruşurlar. Bu da mənə xoşdur.

- Ailə həyatınızla bağlı tez-tez xəbərlər çıxır. Gah deyirlər boşanmısınız, gah deyirlər ikinci dəfə ailə qurmusunuz. Bu xəbərlər sizə necə təsir edir?

- Bilirəm bu boşanma söhbəti haradan qaynaqlanır (gülür). Zeynalova mənim qızlıq soyadımdır. Evlənəndən sonra yoldaşım dəyişib Rzayeva etdi. Şəxsiyyət vəsiqəsində Rzayevadır.Ona görə görənlər çaşır. "Maşın şou"da da görəndə soruşdular ki, nə məsələdir? Onlara başa saldım. Qaynanam da yoldaşımı danlayır ki, niyə qızın soyadını dəyişdin? İndi problem yaşayır. Əvvəl belə xəbərlər pis təsir edirdi. İndi gülüşlə qarşılayıram. Hətta deyirlər üçüncü dəfə ərdə olub, beşinci dəfə ərə getmişəm. Həzrət Abbas haqqı bircə dəfə ərə getmişəm. Öz yoldaşımla bir yerdəyəm, belə xəbərləri də gülərək qarşılayırıq.

- Hər zaman verilişlərdə qaynananızla olan münasibətinizi dilə gətirirsiniz. Buna səbəb nədir?

- Mənim həddindən artıq gözəl qaynanam var. Hər zaman mənə dəstək olur, uşaqlarıma baxır. Bizim aramızda hər şey qarşılıqlıdır. O böyüklüyünü, mən kiçikliyimi bilirəm. İndi qaynana-gəlin problemi var. Bunu bilirəm. Amma bu mənə tam olaraq çatmır. Çünki mən bu problemlə rastlaşmamışam. Düşünürəm ki, necə bir evdə yaşayasan, amma bir-birini anlamayasan. Məsələn, mən sizi tanımıram. Siz məni televiziyadan, tamaşalardan tanıyırsınız. Biz münasibət qurduq, burada çox gözəl atmosfer yarandı. Necə ola bilər ki, bir evin işərisində hər gün qarşılaşasan, yatasan, durasan, bir qazandan xörək yeyəsən, ancaq yola getməyəsən? Yəqin mən şanslı qadınam ki, mənim qaynanam yaxşı insandır. Bu mənim xoşbəxtliyimdir. Əsas qaynanadır. Mənim qaynanamın əlində o qədər səbəb var ki, məni iynələməyə. Mən bəzən gecə gəlirəm evə. Deyə bilər gəlin niyə gecə çəkilişə gedir? Hətta uşaqlarım qırxlı olanda da onun yanında qoyub tamaşalara gedirdim. Mənə o vaxt filmlərdən təklif gəlirdi. Amma mən qəbul etmirdim. O zaman mənə deyirdi ki, get çəkil, karyeranı qur. İstəyirsiz inanın, istəyirsiniz inanmayın. Bu neçə ildə bir dəfə də aramızda inciklik olmayıb. Anamla söz-söhbətimiz olub, bir-birimizdən incimişik. Amma qaynanamla heç vaxt belə hal baş verməyib.

- Qızlarınıza kifayət qədər vaxt ayıra bilirsinizmi?

- Təbii ki, ayıra bilmirəm. Bu problemdir. Vaxt olanda da rahat gəzə bilmirik. Bir teatr qrupu var. Uşaqlarım orada fəaliyyət göstərirlər. Xocalı ilə bağlı uşaqlar bir neçə universitetlərdə tamaşalar göstərdilər. Evə gələndə mənlə təəssüratlarını bölüşürlər. Qızım deyir, Vafuş (onlar mənə belə müraciət edirlər), bildilər ki, sənin qızlarınıq. Görürəm ki, narahat olurlar. Harasa gedəndə hamı bizə baxır. Qızlarım da əkiz olduğu üçün daha tez diqqət çəkirlər, narahat olurlar. Ona görə, gəzintiyə nənələri ilə gedirlər.

- İstərsinizmi qızlarınız da aktrisa olsun?

- Vallah öz seçimləridir. Onsuz da teatr dərnəyinə gedirlər. Həvəsləri, maraqları olmasa, getməzlər. Bir qızım tarixə, əsasən də Misir tarixinə meyl edir. O biri qızım hər dəfə bir fikrə düşür. Gah kapitan olur, gah müəllimə olur (gülür). Hərdəmxəyaldır. Seçim etmək üçün hələ ki, zamanları var. Ona görə hələ gözləyirik.

- Həyatda nədən qorxursunuz?

- İtkidən çox qorxuram. İstər tələbə, istər aktyor, istər rejissor yoldaşım olsun onlardan pislik, haqsızlıq görəndə pis oluram. İllərlə düşünürəm ki, niyə belə oldu? Mən axı ona qarşı yaxşı münasibət bəsləyirdim, güvənirdim. Mən çox qürurluyam. "Yox" deyirəmsə, onu "hə" etmək çətindir. İncidiyim adam gərək elə bir hərəkət etsin ki, mən onu bağışlaya bilim. Mən hər xasiyyətli insanla yola gedirəm. Amma gərək məni qırmayalar. Mən bu itkini də nəzərə alıram. Mən atamı itirdim. Bununla barışa bilmirəm.Atam canımdır, qanımdır. Onun itkisini unuda bilmərəm. Dost itkisi də ağır gəlir mənə. Xəyanət ediləndə, o atmosferdən çıxa bilmirəm. İllərlə düşünürəm. Bəli, ən çox itkidən qorxuram.

- Deyə bilərikmi ki, siz yaxınlarınıza çox bağlanırsınız, onları özünüzkiləşdirirsiniz?

- Mən verdiyim sevgini, göstərdiyim hörməti qarşımdakından da gözləyirəm. Demirəm, çətin insanam, asan insanam. Amma xəyanətə dözə bilmirəm. Mən nəsə eşidəndə, gedib həmin insandan soruşuram, "sən niyə belə dedin". O mənə cavab verə bilsə, başa salsa, münasibəti davam etdirirəm. Əgər başa sala bilməsə, münasibəti kəsirəm.

- Səhnəmizin baxımlı xanımlarından birisiniz. Xanımlara nə məsləhət görərsiniz?

- Hər zaman baxımlı olsunlar, gözəl olsunlar. Biz üzdəyik, məcburuq hər zaman baxımlı olmağa. Elə evdar qadınlar var ki, deyirlər "əşşi, hara gedirəm ki, özümə baxım". "Əşşi" sözünü silin, belə söz yoxdur. Baxımlı, təravətli, gözəl olun.

- Bizimlə həmsöhbət olduğunuz üçün təşəkkür edirəm.

- Siz sağ olun.

mənbə: vətəninfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 9486   Tarix: 02 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ciddi münasibətlər üçün ƏN YAXŞI tanışlıq saytları - REYTİNQ

"Mashable" portalı ciddi münasibətlər qurmaq istəyənlər üçün nəzərdə tutulan ən yaxşı tanışlıq saytlarının reytinqini tərtib edib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, birinci yerdə saytıdır. 1995-ci ildə istifadəyə verilən sayt altı ay ərzində qeydiyyatdan keçən hər kəsin özünə həya

21.02.2020 23053
.

Manananın Gürcüstandakı evi, ailəsi... - VİDEO

"ATV maqazin onlarla" verilişi Əməkdar artist Manananın Gürcüstandakı evində qonaq olub. xəbər verir ki, övladları və həyat yoldaşı Georgi ilə obyektiv qarşısına keçən müğənni ailəsindən bəhs edib. Manana falçının ona dediklərindən söz açıb:. "Bir dəfə 17 yaşımda qaraçı çıxdı qarşıma

25.02.2020 9637
.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ

Çoxları qarlı zirvələri fəth etməyə səy göstərir. Bunu arzulayır. Lakin sərt küləkdə, 30 dərəcə şaxtada dağların hər saniyə uça bilən buz bağlamış çıxıntılarından, yumşaq qarla örtülü təhlükəli yamaclarından keçə bilmək hər kəsin bacara biləcəyi bir iş deyil. Bəs kimlər alpinist ola bilər?. Alpinizimi

20.02.2020 6876
.

Dəqiqənin 59 saniyəyə salınması təklif olunub

Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar. -a istinadən bildirir ki, b

11.01.2021 2922
.

Qaralmaq üçün krem çəkdi - YAŞILLAŞDI - FOTO

İnsanların çoxu, xüsusən də qadınlar bürünc dəri rəngini sevirlər. Bu səbəbdən çoxları havanın isinməsiylə hovuza, dənizə qaçıb, günəş vannası qəbul edir, bəziləri isə mövsümə baxmayaraq, solyariyə gedib arzuladığı dəri rənginə qovuşur. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, məhz bu "zaqar"

29.04.2020 4051
.

İtalyanlardan "Can Yaman" dondurması - Fotolar

Geniş tamaşaçı kütləsi və sevənləri olan aktyor Can Yamanın pərəstişkarları yenə də hər kəsi təəccübləndirməyi bacarıblar. Bu dəfə isə İtaliyanın Alessandriya şəhərində yerləşən restoranların birində aktyorun adını daşıyan ballı və fıstıqlı dondurma satışa çıxarılıb. Dondurmanı hazırlayan Barbara Buratto

13.09.2020 3628
.

Mənzurə istirahətdən foto PAYLAŞDI - "Çox köksüz, bir az arıqlayın"

Müğənni Mənzurə Musayevanın sosial şəbəkədə paylaşdığı istirahət fotosu müzakirələrə səbəb olub. "Ölkə.Az" xəbər verir ki, əksəriyyət sənətçinin görünüşü barədə xoş sözlər desə də, bəzi izləyicilər onu tənqid etməkdən çəkinməyib. Hətta izləyicilərdən biri "Çox köksünüz, biraz arıqlayın

04.08.2020 7471
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816