"Bomj" olmaq istəyənlər üçün hotel (Fotolar)

İsveçin internet saytlarından birində çox qəribə hoteldə yer bron etmək olar. Bu hoteldə sizə nə cakkuzi, nə də mini bar təklif edilir.

Orada sizə parkın görkəmli yerində skamya və ya hansısa zirzəmidə isti yer verilir. Qısası siz bu hoteldə həyatın digər tərəfini tanımaq şansı əldə edəcəksiniz. Höteburqda evsizlər üçün parkda bir gecənin qiyməti 15 dollardır. Lazım olan məbləği ödəməmisinizsə, şirkət sizə istədiyiniz oturacaqda yata biləcəyinizə dair zəmanət vermir. Çünki həmin yer başqası tərəfində tutula bilər.

Faktum saytında sizə şəhərin müxtəlif yerlərində yerləşən 10 nömrə təqdim edilir. Siz atılmış arxiv binasını, oturacaqları, uçuq binaları seçə bilərsiniz. Höteburq İsveçin ikinci ən böyük şəhəridir. Şəhərdə təxminən 3400 evsiz yaşayır.

mənbə: publika.az

"Bomj" olmaq istəyənlər üçün hotel (Fotolar)"Bomj" olmaq istəyənlər üçün hotel (Fotolar)"Bomj" olmaq istəyənlər üçün hotel (Fotolar)"Bomj" olmaq istəyənlər üçün hotel (Fotolar)"Bomj" olmaq istəyənlər üçün hotel (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 2331   Tarix: 02 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş