Prezidentin videosu qalmaqal yaratdı (Video)

Prezidentin videosu qalmaqal yaratdı (Video)Çexiyada "ictimaiyyət üçün" olmayan videonu internetə yerləşdirən yerli telekanalın əməkdaşı işdən qovulub.

Kadrlarda yeni seçilmiş prezident iki dəfə büdrəyərək az qalır ki, pilləkəndən yıxılsın. Video ətrafında əsl qalmaqal yaranıb. Çexiya telekanalı hətta günahkarı tapmaq üçün xüsusi daxili istintaq da aparıb.

Prezident Miloş Zemanla bağlı insident isə 26 yanvarda baş verib. Məhz həmin gün Çexiyada prezident seçkilərinin ikinci turunun nəticələri açıqlanmışdı. Zeman seçicilərin 55 faizindən səs yığaraq qələbə qazanmışdı. Çexiya telekanalının pilləkənləri ilə qalxarkən prezidentin ayağı büdrəyir və o, güclə özünü saxlayır. İkinci dəfə isə artıq zala girərkən prezident az qala yıxılır. Bu kadrlar sonradan kəsilsə də işçilərdən biri onu internetə yerləşdirib. Artıq həmin şəxs işdən qovulub.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3067   Tarix: 26 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740