Telefonla danışma qaydaları

Telefonla danışma qaydaları"Danışma qaydaları" sözünü xüsusi seçdim. Bu başlıq kitabı, "fərdi inkişaf" məzmunlu kitaba bənzətdi. Kürsüdə çıxış etməyin altı qızıl qaydası, stressə qalib gəlməyin on üç brilliant yolu. Qorxunu üstələməyin on yeddi portağal qaydası... Qoyun rahat yaşayaq! Niyə üstələyim axı?... Onlarla yaşamaq, həyəcan, qorxu duymaq, insanın yemə, içmə, yatma kimi həm ehtiyacları, həm də zövqləri deyildir? Nə istəyirsiniz xalqın stressindən? Qorxusundan kürsüdə neçə insan çıxış edir axı? İbtidai məktəb müəllimindən, ya da məscid imamından yaxşı çıxış edəcəksən?

Kürsüdə mütləq danışmaq lazımdır? "Oskar" mükafat laureatlarını görmürsünüzmü ki, iki kəlmə kəsə bilmirlər, ancaq cəmiyyət onların danışıqlarına deyil, əsərlərinə qiymət verir. Onlar da saatlarla danışan insanlardan daha maraqlı məlumatlar verməyi bacarırlar..

Mənəvi-psxoljoji inkişaf sahəsi üzrə mütəxəssislərə baxın. Bu yaxınlarda biri öz yoldaşından boşandı. Necədir, yaxşıdı? Seminarlarda: "Konstruktiv olun, pozitiv olun!" – deyirlər, sonra da öz həyat yoldaşları ilə yola gedə bilmirlər.

Dədə-babalarımız həyat yoldaşları ilə normal münasibəti olmayanları müdrik hesab etməmişlər. Öyüdlərinizi müdriklərdən və sağlam dostluq qura bilən insanlardan almalısınız. "Stressi üstələyin, kürsüdən istifadə etməyi bacarın, içinizdəki adamı oyadın," – deyənlərin özləri ilə problemlərinin olduğunu, kürsüdən heç də yaxşı istifadə etmədiklərini görəcəksiniz.

Özünü problemli görənlər cəmiyyəti də o cür görür. Xüsusilə, Türkiyədə yaxşı mövqeyə yüksəlmiş, tanınmış, yaxşı təhsil almış, özünü təsdiq etmiş insanların motivasiya seminarlarını doldurması, sonra burada: "Haydı, içimizdəki aslanı oyandıraq!"–deyə qışqıran insanları dinləyib həyəcanlanması, zənnimcə, bizə xas bir şeydir.

Yenidən qayıdaq telefonla görüşmə qaydalarına.

Qaydası, filanı yoxdur.

Eqoist bir adamsınız, mən sizə: "Zəng elədiyiniz adama əvvəlcə özünüzü tanıdın," – desəm, bunu bir iki dəfə edərsiniz, sonra yenə: "Alo filankəs oradadırmı?" – deyə özünüzü təqdim etmədən sözə başlayarsınız. Mənim yanaşma üsulum "bünövrədən başlamaq" məntiqinə görədir.

Evnizə zəng edəndə övladınız götürsə, əvvəlcə özünüzü ona təqdim edin. Dəstəyi qoyarkən də "Məni səbirlə dinlədiyin üçün, mənə vaxt ayırdığın üçün təşəkkür edirəm" və s. deyib qoyun. Müştərinizə, müdirinizə qarşı göstərdiyiniz həssaslığı uşağınıza qarşı da göstərin. Bundan başqa zəng etdiyiniz adamdan:"Məni tanıdınmı?"– deyə soruşmayın. O, sizi tanımaya bilər, buna görə onu utandırmayın.

Ətrafınızdakılara həssas davranmaq örnək olmağın ən qısa yoludur. Əsas odur ki, örnək olasınız. Örnək ola bilmirsinizsə, onda onlara, Yunusları, Mövlanələri, Zübeyrləri, Mehmet Özyurdları misal çəkin, onların ədəb-ərkanlarından danışın. Ədəb-ərkanları ilə diqqəti cəlb edən şəxsləri, böyükləri örnək verməyə çalışın. Həmin insanlardan nümunə gətirdikdən sonra uşaqlarınızın məhz o insanlar kimi ola biləcəyinə inandırın.

Qayıdaq telefon məsələsinə. Əvvəlcə özümüzü təqdim etdik. Danşarkən ağzınızda heç nə olmamalıdır. Dişinizi təmizləyin. Telefonu başınızla çiyninizin arasında tutmayın. Mən bunların çoxunu 1970-ci illərdən əvvəl öyrənmişdim. Anam poçt müdiri işləyirdi. "Ağzınıza nəsə alıb danışmaq qarşı tərəfə hörmətsizlik mənasına gəlir. Birisini təhqir etmək istəyirsinizsə, belə edin," – deyərdi.

Ayaq üstə və ya gəzə-gəzə telefonla danışmayın ki, səs tonunuz dəyişdiyinə görə müsahibiniz sizin haqqınızda başqa şey düşünər. Əliniz nəmdirsə, dəstəyi tutmayın, səsinizin ritmini bu da poza bilər. Sükan arxasında olarkən həm təhlükəsizliyiniz, həm də özünüz üçün qulaqlıqla danışmalı, maşında musiqini söndürməlisiniz. Maşının şüşəsini açın. Arxanızdakı şüşə ilə yan şüşə dörd santimetr aralı olmalıdır.

Sükan arxasında telefonla danışmaq maşınınızda hər bir halda təhlükəlidir. Diqqətinizi başqa yerə yönəltdiyimiz üçün, yola olan diqqətiniz azalacağı üçün nəticədə qəza ola bilər.

Telefonda boğazınızı arıtlamamalı, yavaş danışmalı, söhbət üçün "e-mail", ya da "MSN"-dən istifadə etməlisiniz. Unutmayın ki, hazırki texnologiya sizin görüntünüzü çox dəqiq vermədiyi üçün imicinizi bu cihazlara həvalə etməlisiniz.

Telefonda danışarkən müsahibinizi diqqətlə dinlədiyinizi hiss etdirməli, qarşı tərəfin "ordasınız?" deyə soruşmasına imkan verməməlisiniz.

İstanbulda işlədiyim şirkətdə marketinq müdiri olan bir dostum vardı.

– Sabah görüşüm var, – dedi. Kiminlə olduğunu soruşdum.

– Bir firmanın müdri ilə, – dedi və sonra aramızda belə bir söhbət oldu:

– Nə görüşü?

– Bir-birimizi təhqir etdik.

– Necə yəni? Başa düşə bilmədim.

– Mənim ona lağ etdiyimi, kinayəli səs tonu ilə danışdığımı zənn edib məni təhqir etdi.

– Sonra nə oldu?

– Mübahisə gərginləşdi. "Sabah sahildə görüşüb məsləmizi həll edərik"– dedi.

– Həqiqətən, məsxərəyə qoyurdun?

– Xeyr. Danışa-danışa şəkər yeyirdim.

Məsələ aydın olmuşdu. Səslərin qarışması, həmsöhbətini narahat etmişdi; bu da ağır nəticələrə səbəb ola bilərdi. Məsələni bir təhər həll etdim, amma "Bir daha ağzında bir şey ola-ola danışma" deyə tənbeh etməkdən də çəkinmədim.

Qarşı tərəfə inam, etibar aşılamaq, gözəl danışmaq, səhvə yol verməmək üçün xoş danışmalısınız. Bank işçiləri bu işi yaxşı bilirlər, onlardan örnək götürə bilərsiniz.

Onlar sizinlə daima ehtirama xas səs tonu ilə və sizi anlamağa çalışaraq danışırlar. Bu mövzuda bank işçiləri peşəkardır.

Zəng etdiyiniz vaxt avtomatik cavaba düşərsə, məsələni danışmaq yerinə özünüzü təqdim etmək kifayətdir. Sizi axtaranlara: "Sizə məlumat verəcəyəm," – deyəndə və ya kimsə telefona mesaj qoyanda mütləq yenidən zəng etməlisiniz. Bu, qarşı tərəfə dəyər verdiyinizi göstərir.

"Laqeyid, nəzakətsiz və kobud insanlarla necə rəftar edirsiniz?" – deyə sizdən soruşsalar, siz də belə cavablar verərsiniz:

– Qeyd yazıb qoydum. "Sizə zəng edəcəyəm," – dedi, zəng etmədi. "Məlumat verəcəyəm," – dedi, vermədi.

– Qapını çırpıb çıxdı.

– Yolda ikən mənə hörmətsizlik etdi.

– Yerə tüpürdü, siqaretini maşından çölə atdı.

– İctimai yerlərdə bərkdən danışaraq güldü.

– Kinoteatrın girişində qapını tutmadı, qapı üzümə çırpıldı. Kinoteatrda ayaqqabılarını çıxardı və tum çırtladı.

Görürsünüz, zəng edən adama zəng etməməklə haralara daxil olursunuz. Seçim sizindir...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2534   Tarix: 25 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942