Qarabağda oxunan son azan (Video)

Qarabağda oxunan son azan (Video)Türkiyə mətbuatı Ağdamda işğaldan bir necə gün öncə səslənən azanın yenidən bərpası haqqında yazıb.

Azərbaycanın Ermənistanla cəbhə xəttində, Ağdamın Çəmənli kəndində "Qarabağa doğru - Haqqın və haqqımızın səsi" kampaniyası çərçivəsində Qarabağda səsləndilən azanının bərpa edilməsinə Türkiyə mətbuatı da rekasiya verib. Bununla bağlı Türkiyənin "AHaber" telekanalı xüsusi material hazırlayıb.

Türkiyə kanalına dəvət olunan İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibinin köməkçisi Elməddin Mehdiyev bu azanın "Xocalıya Ədalət" kampaniyası çərçivəsində dünyanın 30-dan çox şəhərində səsləndiriləcəyini bildirib. Onun sözlərinə görə, Azərbaycan torpaqları, Dağlıq Qarabağ erməni işğalından azad olunan günə qədər Azərbaycanın cəbhəboyu ərazilərində bu azan hər gün səsləndiriləcək.

"Bu azan hər gün səsləndiriləcək. Biz onun vasitəsilə Dağlıq Qarabağla bağlı xatirələri yenidən canlandırmaq istəyirik. İnsanların içində olan Qarabağ sevgisi, Qarabağa qayıdışı bu azan vasitəsilə yenidən dirçəltmək istəyirik. Qarabağ bizim, Azərbaycanın torpağıdır. Orada bizim maddi-mənəvi irsimiz var. Onları yenidən geri qaytarmaq yolunda bu azanın da payı olacaq".

Düz 20 il bundan qabaq səslənən azanın yenidən Azərbaycan torpaqlarında səslənməsindən danışan Elməddin Mehdiyev onu necə əldə etdilərini də açıqlayıb: "Bu azan təsadüf nəticəsində ortaya çıxdı. Bunu 1993-cü ildə işğaldan öncə Ağdamda "Cümə" məscidində müəzzin (azan oxuyan) oxuyarkən sakinlərdən biri onu lentə yazıb.
"Qarabağa doğru - Haqqın və haqqımızın səsi" kampaniyası demək istəyirik ki, Qarabağ haqqımızdır, azan da haqqımızın səsidir. Azərbaycanın 1 milyondan artıq qaçqın düşmüş əhalisi təkrar öz torpaqlarına dönməsi onların haqqıdır".

Xatırladaq ki, fevralın 22-də cəbhə xətti boyu Ağdam rayonunun Çəmənli kəndində, cəbhə xəttinin 3-4 km-liyində yerləşən "Cümşüd" məscidində 20 il bundan öncə Ağdamın "Cümə" məscidindən verilmiş azan bərpa olunub.

Buna Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası və Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi ilə birlikdə Ağdamın Quzanlı qəsəbəsində "Qarabağa doğru - Haqqın və haqqımızın səsi" kampaniyası çərçivəsində start verib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6323   Tarix: 23 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882