Flora Kərimova qızını klipinə çəkdi (Video)
Zümrüd anasının cavanlığını canlandırıb.Səsi ilə qəlbləri fəth edən sənətkar, xalq artisti Flora Kərimova yeni klip çəkdirib. ANS PRESS-in məlumatına görə, Xanım İsmayılqızının sözlərinə, Elçin İmanovun bəstələdiyi "Yalan" mahnısına çəkilib. Klipin süjetə görə Flora Kərimova teatrın quruluşçu rejissoru işləyir. Gənc vaxtlarında ona xəyanət edən insan birdən-birə üzə çıxır. Bundan sonra o, gənclik dövründə yaşadığı ağır günlərlə bağlı tamaşanı səhnələşdirməyə qərar verir.
Mahnıya Cavid İmamverdiyev ekran həyatı verib. Klipdə Flora Kərimovanın cavanlığını qızı Zümrüd canlandırıb. Sujet xətti olan klipdə digər obrazları Rus Dram Teatrının aktyorları Əsgər Rəhimov və Oleq Əmirbəyov yaradıblar. Mahnının musiqi müəllifi Elçin İmanov isə klipdə rejissor obrazında yer görüntülənib.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş