Çinlilərdən Avropa üçün avtomobil (Fotolar)

"Qoros" şirkəti yeni iki model barədə informasiya yaydı. Onlar 2013-cü il mart ayında Cenevrə avtosalonu çərçivəsində təqdim olunacaqlar.Söhbət krossover "Cross Hybrid" və universal "Estate"-dən gedir. İstehsalçılar əvvəl də yeniliklərin ilk tizerlərini yaymışdılar.

Avtomobillər 2012-ci ilin dekabrında şəkilləri nəşr edilmiş sedan "Qoros 3" (GQ3) ilə eyni modul platformasında hazırlanıblar. Yeni universal sedandan bir qədər uzunluğu və baqaj həcminin 500 litr olması ilə fərqlənir. Bütün avtomobillərin dizaynını "Mini"-nin keçmiş şef-dizayneri Gert Hildebrantın rəhbərliyi altında çalışan Münhen və Şanxayda yerləşən studiyaların mütəxəssisləri veriblər.

Salonun təchizatında qabaq və yan təhlükəsizlik yastıqlarını, o cümlədən 8-düymlük sensorlu ekranı və müxtəlif mobil vasitələrlə simsiz qoşulma imkanı olan multimediya sistemini qeyd etmək lazımdır.

Texniki planda universa "Qoros Estate" sedandan fərqlənmir. Alıcılar 1,2-litrlik (126 a.g.) və 1,4-litrlik (158 a.g.) 3-silindirli, o cümlədən gücü bildirilməyən 1,6-litr həcmli atmosfer və turbolaşdırılmış mühərriklər arasında seçim edə bilərlər. Mühərriklər 6-pilləli mexaniki "Getrag" və ya 7-pilləli robotlaşdırılmış "DSG" sürət qutuları ilə birgə quraşdırılacaqlar. Bundan əlavə modelin avropa versiyalarına "start/stop" sistemləri quraşdırılacaqdır.

Krossover "Qoros Cross Hybrid" isə fərqli olacaq. Adından da göründüyü kimi avtomobil hibrid güc qurğusu alacaq. Onun qabaq oxuna 1,2-litrlik 3-silindirli mühərrik quraşdırılacaq, arxa təkərləri isə 68 a.g. olacaq elektrik mühərriki hərəkətə gətirəcək.

"Qoros"-da vəd edirlər ki, krossover yerindən 100 km/saata 5 saniyədən az vaxta sürətlənəcək. Maraqlıdır ki, sözügedən hibrid qurğusu əvvəlcə "American Axle" və "Saab" şirkətləri tərəfindən düzəldilmiş və "9-3" modelinin varisi üçün nəzərdə tutulmuşdu. İsveç istehsalçısı müflis olduqdan sonra texnologiyanı "Qoros" şirkəti mənimsəmişdir.

"Qoros"-un ilk modeli – sedan – Cenevrədə təqdim edildikdən dərhal sonra Çində satışa çıxarılacaqdır, avropa bazarına isə istehsalçı 2014-də çıxmağı planlaşdırır. Maraqlıdır ki, "Qoros"-da "Euro NCAP" kraş-testlərinin nəticələrinə görə beş ulduz almağa ümid edirlər. Bu isə o deməkdir ki, əgər ümidlər özünü doğrultsalar Avropa yollarında daha bir marka – bu dəfə Çin istehsalatı olan avtomobil peyda olacaqdır.

Çinlilərdən Avropa üçün avtomobil (Fotolar)Çinlilərdən Avropa üçün avtomobil (Fotolar)Çinlilərdən Avropa üçün avtomobil (Fotolar)Çinlilərdən Avropa üçün avtomobil (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4496   Tarix: 27 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459