Bəzən belə də olur

Bəzən belə də olurAncaq qiyməti çox baha olduğu üçün ala bilmirdim. Çünki bu maşını almaq üçün bir xeyli pul yığmalı idim. Ancaq bu cür istədiyim maşını ala bilərdim. Hətta bu maşını almaq üçün özümə bir tarix də müəyyən etmişdim. Məqsədimə çatmaq üçün altı aydan çox idi ki, pul yığırdım. Müəyyən etdiyim tarixdən düz on gün əvvəl daha 2000 dollara ehtiyacım olduğunu öyrəndim. Bu qədər qısa bir vaxtda bu pulu haradan tapa bilərdim? İndi mənə ancaq "yaxşı bir fikir" kömək edə bilərdi. Beləliklə, düşdüyüm "maddi böhrandan" da çox asanlıqla xilas ola bilərdim. Bir xeyli düşünüb, baş sındırandan sonra ağlıma maraqlı bir fikir gəldi. Tez məhəlləmizdəki dəmirçiyə getdim və fikrimi dəmirçiyə açdım. Dəmirçi fikrimi çox bəyəndi və mənə 2 dollar 85 sentdən xüsusi olaraq hazırlanmış boru şəklində alət satdı. Bir də bu alətlərin ölçüsünə uyğun burğu aldıqdan sonra tez evə qayıtdım. Köhnə bir taxtanın üzərində bir saata yaxın "məşq etdikdən" sonra küçəyə çıxıb qarşıma çıxan ilk evin qapısını döydüm. Qapını bir kişi və bir qadın açdı. Üzümü kişiyə tutub: "Mənim sizin evinizə basqın etməyəcəyimi haradan bilirsiniz?" - deyə soruşdum. Kişi yumruğunu sıxıb nifrətlə üzərimə gəldi. Ancaq mən tez özümü ələ aldım və: "Əlbəttə ki, belə bir fikrim yoxdur. Ancaq qapınızı açmazdan əvvəl qapını döyənin kim olduğunu görmək istəməzdinizmi?" - deyə soruşdum. Kişi də, qadın da başları ilə sözlərimi təsdiqlədilər. Sonra əlimdə tutduğum "kəşf"imi göstərdim və: "Bu müşahidə borularını satıram. Əgər istəsəniz, birini də sizin qapınıza taxa bilərəm. Beləliklə, qapınızı açmazdan əvvəl qapını döyənin kim olduğunu öyrənə bilərsiniz", - dedim. Kişi: "Əlbəttə ki, buyurun!" - dedikdən sonra müşahidə borularından birini də arxa qapılarına taxmağımı xahiş etdi... Beləliklə, cümə axşamı, cümə və şənbə günləri fasiləsiz işləyərək 300-dən çox müşahidə borusu satdım və 2100 dollardan çox pul qazandım, sonra da gedib istədiyim maşını aldım.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 806   Tarix: 22 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068