Yenə canlı yayım, yenə əlbəyaxa dava (Video)

Yenə canlı yayım, yenə əlbəyaxa dava (Video)FaktXəbər-in verdiyi məlumata görə, Gürcüstanda iqtidar və müxalifət partiyalarından olan millət vəkilləri canlı yayımda münasibətlərini əlbəyaxa dava ilə ayırd etmək istəyib. Ötən gün "Maestro TV" kanalında siyasi verlişdə iştirak edən hakim "Gürcü arzusu" partiyasından millət vəkili Koba Davitaşvili və müxalif "Milli Hərəkat" partiyasından Serqo Ratiani müzakirələrin sonunda dava etməyə başlayıb. Telekanal işçilərinin studiyaya daxil olması deputatların sonda sakitləşməsi ilə nəticələnib.

Qeyd edək ki, mübahisənin yaranmasına səbəb Serqo Ratianinin Milli Kitabxanada prezident Mixail Saakaşviliyə qarşı təxribatın törədilməsində hakim "Gürcü arzusu" partiyasını ittiham etməsi olub. Qarşı tərəfdən Koba Davitaşvilin isə müxalifətdən olan deputata "Siz qatilsiniz, insan deyilsiniz",-deməsi Serqo Ratianini daha da özündən çıxarıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 5141   Tarix: 15 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740