Azərbaycan gözəli Ukrayna səhnələrində (Foto, Video)

Günay Qurbanova "Poyom vmeste" festival-müsabiqəsinə qatılacaq
Azərbaycanlı müğənni Günay Qurbanova Ukraynanın Dnepropetrovsk şəhərinin televiziyasının təşkil etdiyi gənc-ifaçıların "Poyom vmeste" (Birlikdə oxuyuruq) festival-müsabiqəsində iştirak edəcək. Ukraynanın Azərbaycan Gənclər Birliyi Dnepropetrovsk vilayətının təşkilatının sədri Elza Bəkirovanın ANS PRESS-ə verdiyi məlumata görə, istedadlı gənc Günay təşkilatın ən fəal üzvlərindəndir.

Günay Qurbanova artıq 7 ildir Azərbaycan diasporasını Ukraynanın böyük səhnələrində təmsil edir. Gözəl müğənni bu müddət ərzində səsi ilə dinləyicilərin rəğbətini qazanmağa nail olub. İstedadı ilə yanaşı vokal ustalığı onu ümumukrayna "Яскрава крайна", " Песенний сад" və "Диво грай" müsabiqələrinin laureatı edib.

İstedadlı müğənni müxtəlif dillərdə - azərbaycan, rus, ukrayna, ingilis, serb, ivrit dillərində bir çox xalqların mahnılarını ifa edir.

Azərbaycanlıların təşkil etdiyi bayram şənliklərini öz mahnıları ilə bəzəyən Günay Qurbanova Azərbaycan diasporasının və Dnepropetrovski vilayətinin Azərbaycan Gəncləri Birliyinin fəxri hesab edilir.

Azərbaycan gözəli Ukrayna səhnələrində (Foto, Video)Azərbaycan gözəli Ukrayna səhnələrində (Foto, Video)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 4372   Tarix: 15 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740