Yumruqla tərbiyə olarmı? (Araşdırma)

Yumruqla tərbiyə olarmı? (Araşdırma)Fiziki zorakılıq körpədə valideynə qarşı nifrət yaradır
Son zamanlar mətbuatda azyaşlı, hətta bir neçə aylıq uşaqların dayələri tərəfindən vəhşicəsinə döyüldüyünə dair məlumatların şahidi oluruq. Belə dayələrin işgəncəsindən uşağı valideynlər xilas edərək körpəsinə şiddət tətbiq edən dayəni cəzalandırırlar. Bəs öz övladını döyməklə tərbiyə edən valideyndən körpəni kim xilas etsin?

"Tərbiyə etmək" adı altında balacaların döyülməsi, fiziki cəzalara məruz qalması, söz demək hüquqlarının pozulması uşaqların normal inkişafını zərbə altına qoyur. Körpə ikən uşağa gülərək söyüş söyməyi öyrədən valideyn, böyüdükdə nalayiq söz işlətdiyi üçün onu döyməklə cəzalandırır...

Döymək - tərbiyə üsuludurmu?

Psixoloq Hüseyn Xəlilov bizimlə söhbətində bildirdi ki, ailədə uşaqların şiddətə məruz qalması, ailədaxili zorakılıq, uşağa qarşı edilən aqressiv hərəkətlər gələcəkdə onun tərbiyəsində ciddi çatışmazlıqlar yaradır: "Valideyn övladını kəşf edib öyrənmək əvəzinə uşağın hər hansı adi hərəkətlərinə, davranışlarına dözə bilməyib onu təhqir edərək döyür, bu da nəticədə körpənin aqressiv şəkildə böyüməsinə və onda psixi xəstəliklərin yaranmasına təkan verir". Psixoloqun sözlərinə görə, valideyn tərəfindən tez-tez döyülən uşaqlar natamam böyüyür: "Şiddətə məruz qalan uşaqların cəmiyyətə inteqrasiyasında müəyyən problemlər yaranır. Yəni uşaqlar sağlam ruhda olmurlar, gələcəkdə özünü bir şəxs kimi görməkdə çətinlik çəkirlər. Nəticədə ünsiyyət qurmaqda da ciddi problemlər yaranır. Onlar cəmiyyət içində, ailədə, məktəbdə rahat ünsiyyətə girə bilmirlər. Belə uşaqlar sağlam düşünə bilmədiyi üçün həmyaşıdlarına qarşı aqressiv, kobud hərəkətlər nümayiş etdirirlər".

Ana bətnində tərbiyə

Uşağı düzgün tərbiyə etmək üsulları haqqında məlumat verən psixoloq ilk öncə valideynlərin bu sahədə maariflənməsinin önəmli olduğunu bildirdi: "Uşağın tərbiyəsi ilk olaraq ana bətnindən başlayır. Xüsusilə hamiləliyin 5-ci ayından sonra ana öz körpəsinə xoş sözlər deməklə onu nazlamalıdır. Uşaq dünyaya gəldikdən sonra isə təməl prinsip onu sosial mühitə hazırlamaqdır. Bunun üçün də ata və ana əvvəlcə öz münasibətlərini tənzimləməli, daha sonra övladları ilə düzgün münasibət qurmağı bacarmalıdır. Obrazlı desək, uşaqlar 5 yaşına qədər ömrünün 50-60 faizə qədərini yaşamış olur. Yəni bu yaşa qədər onlar ailədə nə görürlərsə, hər şeyi götürərək şüuraltına yığırlar. Buna görə də bu yaşa qədər valideyn uşağa verdiyi tərbiyənin əhəmiyyətini bilməlidir".

Bəzən valideynlərin uşağa təzə dil açan zaman söyüş öyrətməsinə də münasibət bildirən psixoloq belə halların uşağın tərbiyəsində ciddi fəsadlar yaratdığını vurğuladı: "Uşaqlara söyüşün öyrədilməsi, valideynin uşağı söyüşlə danışdırması, öz ailədaxili münasibətlərində söyüşdən istifadə etməsi və qohum-əqrəba yanında xüsusilə də oğlan uşağını söyüş söyməklə əzizləmələri uşağın iffətində, ismətində, tərbiyəsində ciddi fəsadlar yaradır. Bu da onun əxlaqlı və abırlı fərd kimi yetişməsinə mane olur. Ona görə də valideyn uşağa tərbiyə verərkən bunları nəzərə almalıdır".

H.Xəlilovun sözlərinə görə, uşağı cəzalandırmağın ən gözəl üsulu valideynin sifət mimikaları ilə fikrini ifadə edə bilməsidir. Yəni uşaq valideyninin narazı qaldığını onun mimikalarından anlamalıdır: "İkinci üsul isə uşağın valideynlərinin səs tonlarını tanımasıdır. Ona qışqırmaqla yox, səs tonunu bir az yüksəltməklə hərəkətinin səhv olduğunu bildirmək lazımdır".

Zorakılıq qurbanı sonradan özü də zorakılıq törədir

Məsələyə münasibət bildirən psixoloq Azad İsazadə, fərqi yoxdur azyaşlı körpə və yaxud yaşa dolmuş insan - hər bir döyülmə halının insana istər psixoloji, istərsə də fiziki cəhətdən mənfi təsir etdiyini bildirdi: "Böyüyün psixologiyası daha güclü olduğu üçün o, stressin altından daha tez çıxa bilir, körpədə isə bu hal ciddi fəsadlar yaradır. Azərbaycanın cinayət məcəlləsində konkret olaraq döyülmə bir arqument kimi qadağandır. Buna görə də məişətdə nə ər arvadı, nə də valideyn uşağı döyərək tərbiyə edə bilməz".

Psixoloqun sözlərinə görə, psixologiyada belə bir anlayış var ki, hansısa təcavüzün qurbanı sonra həmin aqressiyanı özündən zəif insanın üzərinə tökür: "Zorakılıq qurbanı sonradan özü də zorakılıq törədən insana çevrilə bilər. Sözsüz ki, uşağın tərbiyəsində müəyyən qadağalar da olmalıdır. Fiziki təzyiqlə döyməyin arasında fərq var, bunu hər bir valideyn başa düşməlidir. Məsələn, uşaq barmağını işığa, qaza salırsa, buna əvvəlcə icazə vermək lazımdır ki, onun təhlükəli və ağrılı olduğunun özü fərqinə varsın. Uşağı döyərək tərbiyə etmək mümkün deyil. Döyülmək uşaqda ana–ataya qarşı nifrət yaradır. Yəni o, döyüldüyü üçün özünü günahkar saymır, əksinə, onu döyənə qarşı içində kin bəsləyir".

Döyülərək böyüyən diktatorlar

Uşaqlıq dönəmində baş verənlərin insan həyatında fundamental rol oynadığını düşünən təkcə psixoloqlar deyil. Tarixdə öz qəddarlıqları ilə iz qoymuş məşhur diktatorların travmatik uşaqlıq illəri keçirdikləri tarixçilər tərəfindən araşdırılıb. Onların sözlərinə görə, diktator Səddam Hüseyn ögey atası tərəfindən hər gün döyülüb və evdəki zülmə dözə bilməyərək 10 yaşında Bağdada qaçmağa məcbur olub. Adolf Hitler də Səddam Hüseyn kimi ailəiçi şiddətə məruz qalan uşaqlardan olub. Araşdırmalara görə, sovet diktatoru İosif Stalin də evdə tez-tez döyülərmiş. Onu isə ögey yox, doğma anası Ketevan Geladze döyərdi. Sonradan Stalin anasından soruşanda ki, "Ana, məni niyə belə sərt döyürdün?" ananın cavabı belə olub: "Bax, ona görə də sən belə yaxşı çıxdın".

Qeyd edək ki, Kanadada 653 gəncin üzərində aparılan araşdırmaların nəticəsi göstərir ki, uşaq vaxtı şiddətə məruz qalan insanların gənc yaşlarında davranışlarında müəyyən qüsurlar, içki və narkotik aludəçisi olmaq kimi problemlərlə qarşılaşmaq faizi digərlərinə nisbətən çox yüksəkdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4384   Tarix: 14 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222