Hörümçəklər qəsəbəni zəbt etdi (Video)
Sakinlər ağaclardan, elektrik dirəklərindən asılı olan hörümçəkləri görüb təşvişə düşüblər.
Braziliyanın cənubunda yerləşən Parana vilayətinin sakinləri qorxu içindədir. Buna səbəb sanki göydən yağırmış kimi bütün ətrafı hörümçəklərin bürüməsidir.
Sakinlər ağaclardan, elektrik dirəklərindən asılı olan hörümçəkləri görüb təşvişə düşüblər. Öz torlarından sallanaraq havada hərəkət edən hörümçəklər, qorxu filmlərindəki səhnəni xatırladır.
Hörümçəklərin niyə bu qədər geniş əraziyə yayıldığı və zəhərli olub-olmamaları hələ də məlum deyil.
Qeyd edək ki, dünyada ən zəhərli hörümçəyi hesab edilən "Səyyah hörümçək"in vətəni Braziliya sayılır.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş