Azərbaycanın milli klaviaturası yaradılıb (Video)
Az enerji itirməklə maksimum sürət əldə etmək yeni klaviaturanın başlıca prinsiplərindən biridir
Azərbaycanın öz milli klaviaturası hazırlanıb. Yeni klaviatura viziual görünüşcə hazırda istifadə etdiyimiz klaviaturalardan fərqlənməyəcək. Sadəcə hərflər Azərbaycan əlifbasındakı kimi düzüləcək. Millət vəkili Asəf Hacıyev deyir ki, müstəqil dövlətin müstəqil klaviaturası da olmalıdır.
Millət vəkili bildirmişdir ki, tarixdə yaradılan ilk klaviatura ingilis dilinə uyğunlaşdırılıb və bu klaviatura mexaniki çap maşınlarının əsasında yaradılıb. Çap maşınlarında isə tez-tez rast gəlinən hərflər arasında məsafə qoyulub ki, çap maşınlarında problem yaşanmasın.
Amma bunu kompüter klaviaturalarına tətbiq etmək düzgün deyil, çünki tez-tez rast gəlinən hərflər yanaşı yerləşməlidir ki, yazının sürəti artsın və əl yorulmasın. Elə yeni yaradılan klaviatura da buna hesablanıb. Az enerji itirməklə maksimum sürət əldə etmək yeni klaviaturanın başlıca prinsiplərindən biridir.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş