Bakıda yollar pullu ola bilər (Video)

Bakıda yollar pullu ola bilər (Video)

Paytaxtda tıxac problemini aradan qaldırmaq üçün bu yola da əlatıla bilər
Bakının tıxac xəstəliyinin müalicəsi həmişəki kimi yenə də gündəmdədir. Hərə bir dərman təklif edir, müxtəlif variantlar səsləndirirlər. Bu variantlardan biri xarici təcrübədə olduğu kimi mərkəzi küçələrdən istifadəni pullu etməkdir.

Təqribən son 10 ildə Bakı şəhərinin tıxac probleminin getdikcə genişlənməsi müvafiq strukturları və həmçinin bu işdə ixtisaslaşan qeyri hökumət təşkilatlarını konkret tədbirlər görməyə vadar edir. Bir çox mütəxəsisslər hesab edirlər ki mərkəzi yol və prospektlərdə tıxaca səbəb tikintinin sıxlıq əmsalının həcminin artmasıdır.

Başqa sözlə yaşayış məntəqələrində insan sayı 450 nəfər norma qəbul edilirsə Bakının mərkəzində hətta bu rəqəm 3000-ə qədər artır. Bunun da əsas səbəbi hündürmərtəbəli binaların tikilməsi və burda yaşayan əhalinin avtomobillərinin sayının getdikcə çoxalmasıdır.

Ancaq paytaxtın coğrafi mövqeyinin də tıxacların yaranmasında kifayət qədər rolu var.Məsələn əksər iri şəhərlərdə nəqliyyat infarstruktru ya 4 bucaq ya da dairə formasında yaradılır ki, yollar paralel və ya az kəsişən olsun. Müstəqil ekspert Nüsrət İbrahimov deyir ki, paytaxtın coğrafi mövqeyi üçbücaq olduğundan mütləqdir ki yeni alternativ yollar çəkilsin.

Ekspert Nüsrət İbrahimov;" Dənizin altı ilə Günəşliyə Əhmədliyə yol çəkmək olar".

Bununla yanaşı ekspert, həddindən artıq yüklənmənin qarşısını almaqdan ötrü xarici ölkələrdə olduğu kimi pullu keçid təcrübəsinin tətbiq edilməsinin zəruriliyini qeyd edir.

Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin şöbə rəisi Vaqif Əsədov da bu vasitəylə yolların asfalt örtüyünün keyfiyyətli salınacağını düşünür.

BŞDYP-nin şöbə rəisi Vaqif Əsədov: "Bunun çox faydası ola bilər tıxacları aradan qaldırmaq baxımından".

Qeyd edək ki, avtomobil yollarının pullu istifadəsi təcrübəsi Londonda 2003-cü ildən tətbiq olunub və hazırda şəhərin mərkəzinə avtomobillə daxil olmaq 13 dollara,bizim pulla 10 manata başa gəlir.Nə deyək, gələcəkdə yolunuzun açıq olmasını istəyirsinizsə,əliniz cibinizdə olsun.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3614   Tarix: 07 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740