Qızardılmış toyuq və qrilin dəhşətli fəsadı

Qızardılmış toyuq və qrilin dəhşətli fəsadıTürkiyə və Amerika alimlərinin araşdırmasına görə, süni şəkildə böyüdülmüş toyuqlar və qrillər insanlarda xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Belə ki, bu toyuqlar yumurtadan çıxan gündən etibarən müəyyən dərmanlarla şişirdilərək 17 gün müddətinə böyüdülürlər. Hətta türk alimlər iddia edirlər ki, süni şəkildə böyüdülmüş toyuqların ömrü 45 gündür . Onlar 45 gündən sonra tələf olurlar. Buna görə də bu müddətə qədər onları kəsmək lazımdır. Bu toyuqlardan hazırlanan yeməkləri yeyərkən də toyuğun dadında və qoxusunda fərqlilik olduğu ciddi şəkildə hiss olunur.

Məlumdur ki, qırmızı ət yeməklərinə nisbətən belə toyuqlar daha ucuz başa gəldikləri üçün insanlar onlara daha çox üstünlük verirlər.
Onkoloq Azər Quliyev bizimlə söhbətində süni şəkildə böyüdülmüş toyuqların və onlardan bişirilən qrillərin xərçəng xəstəliyini yaratması fikrini təsdiqlədi. Belə ərzaqların tərkibində insan orqanizmində şiş yaradan maddələrin olduğunu vurğulayan onkoloq insanlara təbii yolla hazırlanmış qidalardan istifadə etməyi məsləhət gördü: " Süni şişirdilmiş toyuqlara verilən qidaların tərkibindən asılı olaraq onlarda tez böyüməni təmin etmək üçün müəyyən maddələrdən istifadə olunur və uzunmüddətli araşdırmaların nəticəsi göstərir ki, bu maddələr kanserogen effektə malikdir. Toyuğa verilən maddələr onun bədənində qaldığı üçün insanlar bununla qidalanan zaman bu maddələr onun orqanizminə daxil olaraq orada şiş əmələ gətirir".

A.Quliyev genləri dəyişdirilmiş meyvələrin də xərçəng xəstəliyi yaratdığını vurğuladı: "Xaricdə təbii yolla hazırlanmamış qidaları insanlara birmənalı olaraq vermirlər və yaxud da bunun zərərli olduğunu bildirərək çox ucuz qiymətə satırlar. Bizim insanlar da qidalandığı məhsulun onların orqanizminə nə dərəcədə ziyanlı olduğunu bilməlidir". Onkoloqun sözlərinə görə qrillər və digər yağda qızardılan ət məhsulları yağda yandığı üçün yağın tərkibində şiş yaradan maddələr əmələ gəlir və insan orqanizmində bütün növ xərçənglərin yaranmasına zəmin yaradırlar.

Sonsuzluq təhlükəsi

Terapevt Məlahət Abbasova da bildirdi ki, süni şəkildə böyüdülmüş toyuqlar xərçənglə yanaşı, cavan qızlarda müəyyən xəstəliklərin yaranmasına da gətirib çıxarır: "Süni şəkildə böyüdülmüş toyuqlar hormonlarla hazırlandığı üçün insan onu qəbul edərkən orqanizmin hormonlar sferasına təsir edir. Əgər cavan qızlar uzun müddət belə toyuq məhsullarından istifadə edirsə, onlarda ginekoloji pozğunluqlar yaranır, hətta bu sonsuzluğa qədər də gətirib çıxarır". Belə toyuqlardan hazırlanan qrillər isə təhlükəni daha da artırır. Qril fast food kimi bir çox insanın ləzzətlə yediyi yeməklər arasında yer alır. Lakin alimlərin son araşdırması göstərir ki, tavada qızardılan və qrildə bişən toyuqlarda zərərli maddələr daha çoxdur.

M.Abbasovanın sözlərinə görə, təkcə qril yox, ümumiyyətlə tez bişən yeməklərin tərkibində mikroblar daha çox olur: "Toyuq tam bişməyəndə onun tərkibində bəzi mikroblar var ki, onlar ətin tərkibində ölmürlər. Həmin mikroblar da mədə, bağırsaqda bir sıra xəstəliklər yaradırlar. Tam bişməyən qida məhsullarında elə maddələr olur ki, onlar insan orqanizmində müəyyən fəsadlar yaradır və həmin maddələr qaraciyər toxumasında zərərsizləşdirilir. Tam zərərləşdirilə bilməyəndə isə həmin ziyanlı maddələr orqanizm tərəfindən qanla dövran edir və insanın bədənin zəif hissəsində müəyyən xərçəng önü xəstəliklər yaradır. Bu da sonradan inkişaf edərək xərçəngə çevrilir".

Həkim xüsusilə qeyd etdi ki, qrili və yaxud yağda qızardılmış toyuğu ikinci dəfə qızdırmaq olmaz: "Ət məhsulları qızardılarkən yağda bu məhsulların qalıq maddələri qalır. Çünki qızardılarkən yağ yanır, bu zaman orada ziyanlı maddələr yaranır, ikinci dəfə istifadə edəndə isə həmin ziyanlı maddələr daha təhlükəli maddələrə çevrilərək insan orqanizmini zəhərləyir. Bu səbəbdən toyuğu və yaxud digər xörəkləri boyatlaşanda ikinci dəfə qızardıb yemək olmaz".

M.Abbasova bunun qarşısını almaq üçün ət məhsullarını, xüsusilə də toyuğun aşağı temperaturda və mikrobların ölməsi üçün uzun müddət qaynadılmasını məsləhət görür: "Fast food yeməklərindən istifadə edən insanların orqanizmində müəyyən xəstəliklər yaranır. Xüsusilə də ayaqüstü yeməklər kökəlməyə meyilliliyi artırır. Fikir versək, belə yeməklərdən insanların ən çox qidalandığı ölkələrdə piylənmə xəstəliyi inkişaf edir. Məsələn, Amerikada əhalinin yarı faizini kök insanlar təşkil edir. Bunun üçün sağlamlığımızı qorumaq naminə fast fooddan kifayət qədər az istifadə etmək lazımdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 10751   Tarix: 08 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 417
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 176
.

Paşinyan Almaniyanın KfW Bankının nümayəndə heyətini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya İnkişaf Bankının (KfW) nümayəndə heyətini qəbul edib. xəbər verir ki, müzakirələr bankın iştirakı ilə Ermənistanda yeni enerji sektoru layihələrinin potensial reallaşdırılması ətrafında gedib. Paşinyan Ermənistan və Almaniya arasında əməkdaşlığın davaml

19.04.2024 128
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 216
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 623
.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

19.04.2024 216
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

19.04.2024 896
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 740
.

Rusiya: "Qərb Zelenskini aradan götürmək qərarına gəlib"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini yox etməyə qərar verdiyini iddia edib. xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağ

19.04.2024 174