Vəfa Zeynalova: "Tamaşaçı bizə qarşı çox aqressivdir"

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Vəfa Zeynalova Axşam.az saytına müsahibə verib
Vəfa xanım niyə bu qədər yorğun görünür?

- Gecə saat ikiyə, üçə kimi çəkilişlərdə oluruq, evə gəlib yatana kimi xeyli vaxt keçir. Həm bu aralar anam xəstədir, bizdə qalır. Nə qədər desəniz çəkilişə gedərəm, təkcə ailə üzvlərimdən kimsə xəstə olmasın.

- Yeni mövsümün başlanğıcında fərqli bir serialla efirlərə qayıtdınız. "Qaynana"dan uzaqlaşmağınıza səbəb nə oldu?

- Şirkətlə müqavilənin vaxtı bitdi. Düzdür, yeni müqavilə təklif edildi, amma səhhətimlə bağlı problemlər olduğu üçün istirahətə getmək istədim. Bir müddət ara verdikdən sonra işsiz qala bilmədiyimi gördüm və geri qayıtdım. Həmin ərəfədə isə "Həkimlər" serialından təklif gəlmişdi. Mən də qəbul etdim.
Vəfa Zeynalova: "Tamaşaçı bizə qarşı çox aqressivdir"Bəs, "Qaynana" kollektivi sizdən incimədi?

- Mən onlara üç ay əvvəldən demişdim ki, serialdan ayrılacağam. Üç ildir ki, onlarla birgə çalışırdım. Ssenaridə bəsitlik var idi, bu da məni yorurdu. Ona görə də vaxtında oradan uzaqlaşdım. Teatrda da işlərim çox oldu, yeni tamaşa təhvil verdim. Amma onu deyim ki, "Qaynana" kollektivini çox sevirdim.

- "Həkimlər"lə "Qaynana" arasında hansı fərq var?

- Onları müqayisə etmək istəməzdim. Biz də istəyirik ki, çox yaxşı büdcəli filmlərdə çəkilək. Amma aktyorlar üçün hazırda keçid dövrüdür. Tamaşaçı bizə qarşı çox aqressivdir. Belə olmasını istəməzdim. Bir ara film sahəsində durğunluq yarandı. Azərbaycanda ildə iki-üç film çəkilirdi. Bu, çox gözəl başlanğıcdır. Dövlət müəyyən məbləğ ayırıb və seriallar çəkilir. Düzdür, bu məbləğ çox azdır, amma çalışırıq ki, ortaya sanballı nəsə qoyaq. Hərənin öz işi olmalıdır. Ssenarist deyir ki, mənə az məbləğ ödənilir, niyə özümü öldürməliyəm? Pərdə arxasını isə tamaşaçı görmür və aktyoru qınayır. Biz tənqidi sevirik.Amma tamaşaçı gərək serialları qınamasın, qəbul etməyə çalışsın. Mənfiliklər bilirsiz nədən başlayır? Məsələn, mən geyim, saç düzümü fikirləşirəm. Amma bunu mən yox, yaradıcı heyət düşünməlidir. Mən getməliyəm, onlar isə ssenariyə uyğun aktrisanı hazırlamalıdırlar. Prodüserlərə yazığım gəlir. Hamı gəlib onları danlayır. Xaricdə isə hər aktyorun öz prodüseri var. Biz çabalayırıq. Çox ümid edirəm ki, növbəti beş ildə hər şey stabilləşəcək.

- Bəlkə on seriala ayrılan məbləğə beş səviyyəli serial çəkilsə daha yaxşı olar?

- Biz çox şey istəyirik. Hazırda sponsorların seriallara marağı azdır. Sponsor problemləri də var.

- Sizcə, aktyor qıtlığı başlamayıb?

- Hələ seriallarımız bir o qədər çoxalmayıb, amma artıq o qıtlıq yaranıb. İncəsənət Universitetinə aktyor axtarışına getdik, təəssüf ki, bacarıqlı gənc tapmadıq. Bu dəqiqə teatrlarımızda da gənc qəhrəman yoxdur. Bir ara filmlər çəkilmədi. Gənclərin aktyorluğa olan həvəsi söndü. Çünki müğənnilik daha aktual oldu və hər kəs bu sahədə çalışmağa başladı. Amma indi yenə aktyorluğa həvəs artıb.
Vəfa Zeynalova: "Tamaşaçı bizə qarşı çox aqressivdir"- Özünüz hansı serialları izləyirsiniz?

- Rusiya seriallarına baxıram. Amma onlar məni qorxudur, çox kriminaldır. "Möhtəşəm yüzil", "Həyat davam edir" seriallarını çox sevirəm. Yerli seriallara baxmağa vaxtım olmur, amma "Üç bacı", "Qaynana"nı bəyənirəm.

- Başqa seriallardan təkliflər gəlir?

- Çox təkliflər olur. Amma ya vaxtı mənə uyğun gəlmir, ya da ssenarisi ürəyimcə olmur.Türkiyədən də "Ağa qızı" serialından təklif gəlmişdi. Bir-iki bölümdə rol aldım və onlar mənə davamlı işləməyi təklif etdilər. Baxmayaraq ki, qonorarı yaxşı idi, ailəmi atıb gedə bilmədim.

- Sizin üçün serial, yoxsa teatr doğmadır?

- Mənim fikrim, xəyalım səhnədədir. Etiraf edim ki, seriallar mənim üçün qazanc mənbəyidir. Birinci yerdə teatr, ikinci isə filmdir. Serial mənim üçün ən sonuncudur.

- Hələ də ürəyinizdə qalan obraz oldumu?

- Psixoloji bir obraz canlandırmaq istərdim. Həyatda çətinlik çəkmiş, hüznlü taleyi olan bir qadın rolunu oynayardım.

- Həm iş, həm ailə... Necə çatdırırsız?

- Həmişə dinamik həyat yaşamışam. Sağ olsun, qaynanam mənə çox kömək edir. Gecə çəkilişlərim olanda, səfərlərə gedəndə də övladlarımı ona ürək rahatlığı ilə həvalə edirəm.

- Bu yaxınlarda sizi hansı yeni layihələrdə görəcəyik?

- Türkiyədən bir film təklifi almışam. Çox böyük layihədir. Hətta burada Hollivud ulduzları da rol alacaq. Film "Trio" adlanır. Artıq razılığımı da vermişəm. Rusiya ilə Azərbaycanın birgə işi olacaq daha bir layihəyə təklif almışam. Amma bu haqda daha ətraflı danışa bilmərəm.
Vəfa Zeynalova: "Tamaşaçı bizə qarşı çox aqressivdir"Vəfa Zeynalova: "Tamaşaçı bizə qarşı çox aqressivdir"Vəfa Zeynalova: "Tamaşaçı bizə qarşı çox aqressivdir"Vəfa Zeynalova: "Tamaşaçı bizə qarşı çox aqressivdir"Vəfa Zeynalova: "Tamaşaçı bizə qarşı çox aqressivdir"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 8002   Tarix: 03 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059