Dünyagörmüş bioloqların bacarmadığını 14 yaşlı yeniyetmə etdi (Video)

Dünyagörmüş bioloqların bacarmadığını 14 yaşlı yeniyetmə etdi (Video)O, kəşfi ilə dünyada bir ilkə imza atdı.

Ukraynanın Donesk şəhərinin 14 yaşlı sakini Kiril Dudko kanadalı bioloqların çəkilişində stajlı alimlərin gözdən qaçırdığını müşahidə etməklə dünyada bir ilkə imza atıb.

Belə ki, Kanadalı alimlər Vankuver adası yaxınlığında Barkli kanyonunun 894 metr dərinliyində kamera yerləşdiriblər. Videoaparatın çəkdliyi hər bir şey real vaxtda internetdə canlı yayımla verilirdi. Dənizin dibini müşahidə edən Kiril ekranın küncündə qeyri adi dəniz heyvanının balığı necə udduğunu görür. «Bütün olanlar dəhşət filmi kimi idi» - deyə 14 yaşlı yeniyetmə bildirib. O, müşahidə etdiklərini tədqiqat institutuna yazır. Bığları və sifətinin kameraya düşən bir hissəsi ilə heyvanın məməli olduğu məlum olurdu. Lakin onun balina olmadığını da aydın görürdü.

Bəs görəsən balinalardan başqa hansı məməli 800 metr dərinliyə edə bilər? Qərbli araşdırmaçılar diqqətlə Dudkonun göstərdiyi yerə baxdıqda bunun dişi suiti olduğunu araşdırırlar.

Bioloqlar etiraf ediblər ki, Donesk sakini bu heyvanların necə qidalandığını görən dünyada ilk insandır. Nə qədər qəribə olsa da bu prosesin necə getdiyi indiyə kimi alimlər üçün anlaşılmaz idi.

«Artıq bilirik ki, suitilər öz qurbanlarını nə dişləmir, nə də çeynəmir. Onlar ağız ətrafında aşağı təzyiq yaradaraq onu udurlar», - deyə bioloq Kim Cunayper bildirib.

Kiril Dudko çoxdan biologiya ilə maraqlandığını deyərək, gələcəkdə öz hobbisini sənətə çevirməyi düşündüyün bildirib.

Dünyagörmüş bioloqların bacarmadığını 14 yaşlı yeniyetmə etdi (Video)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1043   Tarix: 22 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740