Müğənni Səidə Dadaşova ilə bağlı ŞOK İDDİA

Müğənni Səidə Dadaşova ilə bağlı ŞOK İDDİA'O mənimlə yalnız uşaq sahibi olmaq və türk vətəndaşlığı almaq üçün evlənmişdi'

Xalq artisti Rafael Dadaşovun qızı, müğənni Səidə Dadaşova Publika.Az-a keçmiş həyat yoldaşı, türkiyəli Səlcuq Gökgözdən ayrılmasından danışmışdı.

Müğənni həyat yoldaşı ilə xasiyyətləri uyğun gəlmədiyindən ayrıldığını demişdi:

"Ailə qurduğum şəxsdən hansı səbəbdən boşanmağımı bütünlüklə deyə bilmərəm. Sadəcə, onu bildirirəm ki, xasiyyətimiz uyğun gəlmədi. O isə mətbuatda haqqımda fikirlər səsləndirdi. Hər zaman demişəm ki, kişi xeylağı gərək ailəsi barəsində mətbuatda, orda-burda danışmasın. Həyatda elə dəyərlər var ki, onlar müzakirə olunmamalıdı. Bu adam ailəsini müzakirə etməklə, haqqımda fikir söyləməklə nə demək istəyir? Onunla evli olduğum müddətdə sayəmdə reklam olunmağını hiss etməmişdim. Amma xalqın gözü tərəzidir. İnsanlar baxsınlar, özləri bir qərar versinlər. O, özünü mənim adımla reklam etmək istəyir".

Müğənni onu da bildirmişdi ki, valideynləri onun Səlcuq Gökgözlə evlilik həyatına son vermək qərarını dəstəkləyiblər:

"Boşanmaq istəyəndə atam, o cümlədən ailəmizin digər üzvləri seçimimə hörmətlə yanaşdılar. Dedilər ki, seçim sənindir. Sənə necə rahatdırsa, onu da et. Mən də öz seçimimi etdim. Peşman deyiləm".

Səlcuq Gökgöz azxəbər.com-a məsələ ilə bağlı açıqlama verib:

"Əvvəla Səidə xanımın ailəsinə hörmətlərimi çatdırıram. Atası Rafael Dadaşova, bacısı və qardaşına böyük hörmətim var. Bəli, biz ailə qurduq, lakin Səidə xanım mənlə heç vaxt yola getmədi. Sonda mən başa düşdüm ki, Səidə xanım mənimlə sadəcə uşaq "yapmaq" və türk vətəndaşı olmaq üçün evlənibmiş. Lakin elə Səidə xanımın özündən asılı olan səbəblərdən uşağımız olmadı. O, başı işləməyən, ancaq qəlbi gözəl olan insandır. Buna baxmayaraq, mən onun hər gecə evə saat 3-də, 4-də gəlməsinə, mənə qarşı təhqirlərinə dözə bilmədim. Artıq İzmirdəyəm və rahat yaşayıram. Səidə xanım öz seçimini etdi, bunu hamı çox yaxşı bilir. Ona uğurlar arzulayıram və başqa bir şey demirəm. Biz mədəni şəkildə ayrılmışıq. Allah hamıya xeyirli övlad və əxlaq versin."

Qeyd edək ki, S.Gökgöz Səidə ilə ailə qurmazdan əvvəl ABŞ-ın Denver ştatında yaşayıb və orada NATO-da 26 il müfəttiş işləyib. O, bir dəfə ailə qurub və ayrılıb. Bir qız övladı var.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 14313   Tarix: 03 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Müğənni Manaf Ağayev ona ev hədiyyə edilməsi ilə bağlı məlumata aydınlıq gətirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən məsələ 15 il bundan əvvəl baş verib:. "Mənə ev bağışlanmayıb. Qonşumdan ev alıb, mən də kömək etmişəm. O da borcunu qaytarıb. Bu gün kim-kimə 100 manat verir

17.04.2024 709
.

Nigar Anar Ələkbərovla foto paylaşdı

"Avroviziya 2011" qalibi Nigar Camal Prezidentin köməkçisi Anar Ələkbərovla foto paylaşıb. Axşam.az xəbər verir ki, müğənni A.Ələkbərovu ad günü münasibətiylə təbrik edib. Nigar "Heç bir gözəllik yaxşı ürəkdən daha parlaq ola bilməz! Ad gününüz mübarək olsun, Anar müəllim! Özəl gününüzd

14.04.2024 713
.

"Xanbabayeva" soyadından heç xoşum gəlmirdi"

"Atamgil ailədə 10 uşaq olublar. Uşaqlardan səkkizinin soyadı Hacıyev, ikisi isə, yəni əmim Akif və atam Güloğlanın soyadı Xanbabayevdir. Amma bu niyə belədir, xəbərim yoxdur. Öyrənib deyərəm". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva "Söhbət var" verilişind

17.04.2024 552
.

"Kızıl goncalar"la bağlı yeni qərar

"Kızıl goncalar" serialının mövsüm finalı ilə bağlı dəyişiklik edilib. Axşam.az xəbər verir ki, layihə 20-ci yox, 19-cu bölümündə izləyiciləri ilə vidalaşacaq. Qeyd edək ki, serialın baş rollarını Özgü Namalla Özcan Dəniz canlandırır

16.04.2024 560
.

"Elnarə, səsin üçün ölərəm" - VİDEO

Türkiyəli pop ulduz Sərdar Ortaç yenidən Elnarə Abdullayeva ilə bağlı paylaşım edib. O, xanəndənin ifasını paylaşaraq ona təriflər yağdırıb. Gecə saatlarında muğamımıza qulaq asan sənətçinin dərin kədər içində olduğu nəzərdən qaçmayıb.( )

14.04.2024 1072
.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17.04.2024 875
.

Rusiya Dövlət Duması Alla Puqaçovaya üzr istəməyi tövsiyə edib

Dövlət Dumasının deputatı Sergey Solovyov bildirib ki, müğənni Alla Puqaçovanın bundan sonrakı əməlləri sənətçinin yenidən Rusiyada çıxış edə biləcəyini müəyyən edəcək. "Məncə, o öz səhvlərini etiraf etməli və anti-Rusiya mövqeyinə, Hərbi Dairəni və Rusiya Federasiyasının Silahlı Qüvvələrini tənqi

14.04.2024 308
.

Dilarə Əliyeva toylara aparıcı kimi getməməsinin səbəbini açıqladı

"Mən söz adamıyam. Mənim üçün söz tapılmış bir nemət, dür, zər cəvahiratdır". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva "Göstərir radio" proqramlıda qonaq olarkən deyib. Aktrisa ilk dəfə niyə toy aparıcılığı etməməsinə aydınlıq gətirib: . "Mənim qarşımd

14.04.2024 585
.

Dünya gözəli ikinci dəfə ana oldu- FOTO

2002-ci il dünya gözəli seçilən türkiyəli model Azra Akın ikinci dəfə ana olib. xəbər verir ki, bu barədə Azra Akın sosial şəbəkədə paylaşım edib. "14 aprel bazar günü Demirə bir bacı gəldi. Bizə də çox gözəl surpriz oldu. Adı Aryadır " ,- deyə o bildirib

12:13 153