Gözümüz niyə sulanır?

Gözümüz niyə sulanır?Həkim oftolmoloq: "Gözdə narahatlıqların yaranmasında şüalı alətlərin rolu danılmazdır".

Qış aylarının stabil keçməməsi özlüyündə bir çox narahatlığa səbəb olur ki, bu narahatlıqdan biri də gözlərin sulanmasıdır. Yol boyu sanki ağlayırmış kimi görüntü bəxş edən insanlar bütün göz sulanmalarını soyuq hava və qış fəsli ilə əlaqələndirirlər. Kimisi də sulanmaları qripin əlamətləri kimi qəbul edir. Əslində isə göz sulanmasının tək səbəbkarı fəsil, yaxud soyuqlar deyil.

Göz yaşı insan orqanizmi üçün çox vacib mayedir. Bu mayenin tərkibində lazımi qədər komponent birləşdikdə gözün qoruyucu təbəqəsini əmələ gətirir. Bu təbəqə gözü tozlardan, infeksiyalardan qoruyur. İnsan göz yaşları 3 yerə bölünür. Birinci tip göz yaşları emosiyalardan yaranır və insan sevinəndə, yaxud kədərlənəndə ifraz olunur. İkinci tip göz yaşları reflektorlu göz yaşlarıdır ki, bu cür göz yaşları refleks zamanı yaranır. Güclü işıqdan, doğranan soğandan və s. yaranan göz yaşları refleks göz yaşlarıdır. Üçüncü tip göz yaşları isə bazal göz yaşlarıdır ki, bu da adi göz yaşlarıdır. Toz, yaxud yad cismin təması zamanı yaranır və qısa zamanda quruyur. Bu səbəblərdən olmayan və daimi narahatlıq yaradan göz yaşları isə gözlərdə olan problemin xəbərçisi ola bilər.

Həkim oftolmoloq Xəlil Özcan bildirir ki, gözlərdə bol su varsa ya gözlərin sulanması normadan artıqdır, ya da gözlərin suyunun boşalmasına səbəb olan kanallarda bir pozğunluq var. Gözlərdə normadan çox su olmasının səbəbi gözə yad cismin toxunması, iltihablanmalar ola bilir: "Göz yaşı kanalının tutulmasına da səbəb iltihabi, yaxud mexaniki ola bilər. İltihabi olduqda gözə əl dəsmalından, yaxud qış aylarında əlcəklərdən, çirkli əllərdən mikrob düşür və bu da sulanmağa səbəb olur. Mexaniki isə göz qapaqlarında olan əyrilikdən ola bilər. Göz qapaqlarının burun tərəfdən uclarına nəzər salsaq görərik ki, orda kiçik nöqtələr var. Həmin deşik nöqtələr suyun çəkilməsinə kömək edir. Göz qapaqları çölə doğru olduqda həmin noqtələr suyu deyil, havanı çəkməyə başlayar. Bu da o deməkdir ki, göz qapağının anormallığı da göz yaşlarının bol olmasına səbəb ola bilər".

Göz sulanmasının narahatlıqlarından biri gözlərin yaxşı görməməsidir. Su ilə dolan gözlər hər şeyi lupa ilə böyüdülmüş kimi göstərir. Daimi salfetlərlə gözlərin silinməsi refleks olaraq göz yaşlarının daha da artmasına səbəb olacaq. Mikrobların gözə keçmə ehtimalını da unutmamaq lazımdır. Göz yaşları çox olan adamlar soyuq və küləkli havada gəzdikləri zaman göz yaşlarında artım olacaq. Soyuq hava sadəcə göz yaşları bol olan insanlar üçün yaş artırır, normal gözlərə ağladacaq qədər təsir etmir.

X.Özcanın sözlərinə görə, bir insanda göz sulanması varsa, o, əvvəlcə həkimə müraciət etməlidir. Birinci halda gözdə zəifləmələr, göz kanallarının daralması, yaxud gözdə qlaukoma yaranır və göz sulanması ilə müşahidə olunur. İkinci halda gözdə heç bir zəifləmə və narahatlıq olmur, amma sulanırsa, bunun səbəbi kompüter, telefon və şiddətli işıqdır. Gözlərdə sulanma, quruluq, yanma, batma, qızarma, qaşınma kimi narahatlıqların yaranmasında şüalı alətlərin rolu danılmazdır: "Gözlərin sulanmasının səbəbləri araşdırıldığı zaman gözlərdə heç bir xəstəlik faktoru aşkar edilməzsə, deməli bu gözlərin ən böyük düşməni kompüter və telefonlardır. Bu gün 10 il əvvələ nəzər salsaq, eynəkli gənclərin sayı çoxdur. Optik linza istifadə edənlər də eynəyə keçsə, o zaman daha çox eynəkli insan müşahidə etmək olar. Gözlərə istirahət verilməzsə, günün 5 saatdan çoxunu kompüter arxasında və qalan saatları telefona baxaraq keçirilərsə, bu gözlərdə narahatlığın yaranması qaçılmazdır".

Xəstəliyi olmayan, amma sulanan gözləri bu problemdən qurtarmaq üçün əvvəla onlara istirahət verilməlidir. Həmsöhbətimiz qeyd edir ki, lazım olmayanda hətta televizordan da uzaq durmaq lazımdır: "Apteklərdə kompüterlərin şüasından qorunmaq üçün anti-şüa eynəklər satılır. Bu eynəklərin heç bir xeyri yoxdur. Gün ərzində gur işığa baxan, telefondan yayınmayan gözləri heç bir eynək nə sulanmadan, nə zəifləmədən qoruya bilməz. İş zamanı gözlərinizi tez-tez qırpın. Daimi bir nöqtəyə baxmayın. Ekranın işığını minimuma endirin. İş qurtaranda gözlərinizi yumun dincəlsin. Televizora baxmayın, səsləri dinləyin. Bir müddət sonra gözlərin sulanması, qıcıqlanması da dayanacaq".

Apteklərdə olan göz damcılarının da həkim nəzarəti olmadan istifadə edilməsi yolverilməzdir. Çünki gözdəki problemin nə olduğu müəyyən edilməyib və səhv göz damcıları problemin daha da artmasına səbəb ola bilər: "Göz damcıları fərqlidir. Quru gözlər üçün, zəif gözlər üçün, göz infeksiyalarının qarşısını almaq üçün və s. Yanlış tətbiq olunan göz yaşı damlası gözlərin sağlamlığını yerinə gətirməz əksinə problem yarada bilər. Ona görə, həkim məsləhət bilmədikcə gözə müdaxilə etmək olmaz".

Gözlərin güclü olması isə qidadan birbaşa asılıdır. Normal qidalanmaq və vitaminlər qəbul etmək gözlərin sonradan yaranan zəifliyinin qarşısını almaqla yanaşı daha sağlam olmasına da imkan yaradacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1771   Tarix: 10 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121