Rüfət Axundov yarını tapdı: "Sabinadan başqasını görmək istəmirəm"(Video)

Rüfət Axundov yarını tapdı: "Sabinadan başqasını görmək istəmirəm"(Video)Müğənni daha bir klipini üzö çıxarıb
Müğənni Rüfət Axundov həvəsə gəlib. ANS PRESS-in məlumatına görə, ötən həftə dayısı görkəmli aktyor Yaşar Nurinin xatirəsinə itfah etdiyi "Kimlər gəldi, kimlər getdi" klipinə təmtəraqlı təqdimat mərasimi düzənləyən ifaçı, daha bir yeni klipini üzə çıxarıb. Sözləri İlhama, musiqisi Arif Səlimova aid "Yar" adlı mahnısını ekranlaşdırıb. Çəkilişlər iki gün davam edib. Klip otel otağında və açıq havada müxtəlif məkanlarda çəkilib.

Klipdə ifaçınınn tərəf müqabili "Bir dənəsən" klipində çəkilən Sabina adlı fotomodeldi. Başqa qızları tərəf müqabili olaraq görmək istəməyən Rüfət, açıqlamasında belə deyib: "Əgər kliplərimdə tərəf müqabili tələb olunarsa, ancaq Sabina ilə çəkiləcəm. Sabinadan başqasını görmək istəmirəm."

Qeyd edək ki, klipin rejissori Nail Naiboğlu, operatoru Emin Hüseynov, montaj edəni Emin Muradov, produseri Pərviz Oqtayoğludu.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3604   Tarix: 30 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740