Aygün Kazımova: "8 saat davam edən əməliyyat zamanı arxamı və sinəmi kiçiltdim"

Xalq artisti Aygün Kazımovanın Türkiyənin hurriyet.com.tr saytında müsahibəsi dərc olunub.

Gün.Az həmin müsahibəni oxucularına təqdim edir:

- Necə oldu ki, Azərbaycandan Türkiyəyə gəlmək, yaradıcılığınızı burada davam etdirmək fikrinə düşdünüz?

- Mən 1996-cı ildə Türkiyəyə gəlmişdim. O vaxtlar müğənnilər - Aydınla Seda Sayanın birgə təqdim etdiyi verilişin qonağı olmuşdum. Hətta o vaxt Aydın mənə dedi ki, qız, sən İstanbulda məşhurlaşa bilərsən. Amma mən həmin vaxt o anın yetişmədiyi qənaətində idim.

- Niyə belə qənaətə gəlmişdiniz ki?

- Bilirsiniz, mən hisslərlə yaşayan bir insanam. Hətta deyərdim ki, bütün həyatımı hiss və duyğularım üzərində qurmuşam. Məhz o vaxt hissiyyatım mənə hələ zamanın gəlmədiyinə işarə vurmuşdu.

- Səbəb ancaq sizin hissləriniz idi, yoxsa başqa nələrsə vardı?

- Əlbəttə vardı. Qızım hələ çox balaca idi. Onu tək qoyub, burada yaradıcılıqla məşğul olmaq istəmədim. 10 il keçəndən sonra öz-özümə dedim ki, artıq vaxtdır! Ahmet Çelenklə tanış oldum və "Dokuz Sekiz Müzik" şirkəti ilə işləməyə başladım. Ahmet Bey və Selim Akarla oturub, yaxşıca fikirləşdik. Düşündük, görəsən, mənim ilk çıxışım hansı mahnı ilə olsun?! Selim də mənə "Hande Yenerin "Eurovision" mahnısını alaq" - dedi.

- Mahnını Hande Yenerdən almaq asan oldu, yoxsa?

- Keçən il "Eurovision" yarışmasında Hande Yener və Can Bonomonun adları hallanırdı. Daha sonra Hande Yener yarışmaya qatılmayacağını açıqladı. Amma Sinan Akçıl ona çox gözəl bir "Eurovision" mahnısı hazırlamışdı. Mən Hande xanımın yerində olsaydım, inanın, o mahnını heç kimə verməzdim. Bir insan ancaq Hande xanım kimi böyük ürək sahibi ola bilər.

- Snup Doqla duet oxumaq təklif kimdən gəldi?

- Qarşı tərəfdən.

- Maraqlıdır, Snup Doq sizi necə "kəşf edib"?

- Fotios Stefos adlı bir dostumuz var, dünya səviyyəli aranjimançı və təşkilatçıdır. Bilirsiniz ki, Snup Doq İslam dinini qəbul edib, hətta Həcc ziyarətinə də gedib.

O qərar verib ki, Yaxın Şərq layihəsi hazırlasın. Bu məqamda Fotios ona Sinan Akçillə olan klipimi göstərib. Snup Doq da mənim səsimi çox bəyənib. Hətta Sinanın klipdə kiçik bir kadrda olmasına baxmayaraq, onun da kimliyi ilə maraqlanıb.

- Snup Doqla görüşmək, tanışlıq imkanınız olub?

- Xeyr. Gələn ay klipin çəkilişləri üçün Los-Ancelosa gedəcəyik. O, bizi öz evində qəbul edəcək. Bu arada, Beyons, Rihanna kimi məşhur ulduzların xareoqrafından rəqs dərsləri alacağam. Bu layihədə bir çox tanınmışlarla bir araya gələcəyəm. Onu da deyim ki, Hollivuda düşmək mənim uşaqlıq arzum olub. Bu layihəmə görə çox xoşbəxtəm.

- Birgə layihədən dolayı Snup Doqa qonorar ödədiniz?

- Xeyr. Təklif Snup Doqdan gəldiyi üçün heç bir ödəmə olmadı. Bu layihə işidir, onun qrupu bunun üzərində işləyir. Onlar hazırda ifa edəcəyimiz mahnını axtarırlar. Amma klipin çəkilişi, rəqqaslar, rəqs dərsləri, çəkilişlərin Los-Ancelesdə olmasından dolayı ödəmələrimiz olacaq.

- Nəyə görə sizə Azərbaycanın Ajda Pekkanı deyirlər?

- Ajda Pekkan da Türkiyənin divasıdır... Onunla şəxsi tanışlığım olmasa da, onu çox sevirəm. Mən də Ajda xanım kimi yeniliyi, dəyişikliyi çox xoşlayıram. Vətənimdə ifamla, göstərdiyim səhnə performansı ilə çox dəyişikliklər etdim. Mən olmasaydım, bəlkə də biz musiqi, şou və imic baxımından çox geridə qalardıq. İllərlə məni böyük səhnəyə çıxmağa qoymadılar. Buna səbəb kimi, açıq-saçıq geyimlərim, səhnədə həddən artıq "səmimi" olan hərəkətlərim göstərildi...

- Sizin estetik əməliyyatlara aşırı həvəsli olduğunuz deyilir...

- Özümə baxmağı, fərqli olmağı çox sevirəm. Bu, mənim içimdən gəlir. Hətta bir dəfə başımı keçəl qırxdırıb, ardınca mətbuat konfransı keçirdim. Bunu məndən heç kim gözləmirdi, inanın, günlərlə mətbuatda haqqımda yazdılar.

- Nə zamansa insanları təəccübləndirə bilməsəm, bundan çox kədərlənərsiz?

- Belə hal başıma gəlib. Bir dəfə bir köşə yazarı, "Aygün artıq bizi təəccübləndirmir, özünü təkrarlayır" – deyə yazmışdı. Bu, mənim çox xətrimə dəydi, 5 dəqiqə düşündüm. Prodüserimə zəng elədim, "yanıma gəl" dedim. O, gələndən sonra yeni mahnılara qulaq asmağa başladım.

"Tez gəl" adlı lirik bir mahnı tapdıq. Ardınca da estetik əməliyyat olunmağa qərar verdim. Olduqca ağır bir əməliyyat seçdim. Hətta seçdiyim mahnıya çəkdirəcəyim klipdə əməliyyat prosesindən kadrların salınmasını istədim. Prodüserimi çağırdım, dedim ki, yaradıcı qrupumu topla, Sankt-Peterburqa gedirik.

- Nə əməliyyatı keçirdiniz?

- 8 saat davam edən estetik əməliyyat zamanı arxamı və sinəmi kiçiltdim. Əməliyyatdan sonra işçilərim yeni ölçülərimə heyranlıqla baxırdılar.

- Estetik əməliyyatınızın yer aldığı klip telekanallarda nümayiş olundu?

- Əlbəttə. Hətta siz də internetdən o klipi izləyə bilərsiz. Bakıya gələndən sonra mətbuat konfransı keçirdim. Haqqımda "Aygün daha bizi təəccübləndirmir" deyə, yazan jurnalist qız da mətbuat konfransında idi. İşıqlar söndürüldü, klipin nümayişinə başlandı. Əvvəlcə heç kim nə baş verdiyini anlamadı. Klip başa çatdı, zalda əyləşənlərdən səs çıxmadı. İşıqlar yandırıldı, baxdım ki, kimi ağlayır, kiminin isə hətta ürəyi gedib... Heç kim danışmır. Bununla da hamı şok oldu.

- Aygün xanım, deyəsən, tənqid olunmaqdan qorxmursunuz?

- Yox, qorxmuram. Çünki görəcəyim işlərə o qədər ürəkdən yanaşıram ki, kimin nə deyəcəyi məni maraqlandırmır belə... Özümə inam hissim güclüdür.

- Qızınız da sizin kimidir?

- Eh, haradan?! Ona deyirəm ki, qızım, bir əsəbiləş, mən bunu edəcəyəm, söylə. Deyir: "Yox, ana, sən varsan da"... Mən Aygün kimi ananın qızı olsaydım, indi Allah bilir, haralardaydım!

Mənbə: Gün.Az

Aygün Kazımova: "8 saat davam edən əməliyyat zamanı arxamı və sinəmi kiçiltdim"Aygün Kazımova: "8 saat davam edən əməliyyat zamanı arxamı və sinəmi kiçiltdim"Aygün Kazımova: "8 saat davam edən əməliyyat zamanı arxamı və sinəmi kiçiltdim"Aygün Kazımova: "8 saat davam edən əməliyyat zamanı arxamı və sinəmi kiçiltdim"Aygün Kazımova: "8 saat davam edən əməliyyat zamanı arxamı və sinəmi kiçiltdim"Aygün Kazımova: "8 saat davam edən əməliyyat zamanı arxamı və sinəmi kiçiltdim"Aygün Kazımova: "8 saat davam edən əməliyyat zamanı arxamı və sinəmi kiçiltdim"Aygün Kazımova: "8 saat davam edən əməliyyat zamanı arxamı və sinəmi kiçiltdim"Aygün Kazımova: "8 saat davam edən əməliyyat zamanı arxamı və sinəmi kiçiltdim"Aygün Kazımova: "8 saat davam edən əməliyyat zamanı arxamı və sinəmi kiçiltdim"Aygün Kazımova: "8 saat davam edən əməliyyat zamanı arxamı və sinəmi kiçiltdim"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 10504   Tarix: 30 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Banu illər sonra...

Sosial medianın uşaq ulduzu Banu Muradovanın yeni videosu gündəm olub. OLAY yazır ki, onun indiki görüntüsünü anası Nigar Muradova (Moouradi) paylaşıb. İstifadəçilər Banunun böyüdüyünü yazıb və illər əvvəlki video-fotolarını xatırlayıb

28.03.2024 1327
.

Dəhşətli hücumda zərər çəkənlərə 1 milyon ianə etdi

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Moskvada "Crocus City Hall" ticarət mərkəzində silahlı insident zamanı əziyyət çəkənlərə maddi yardım edib. Axşam.az xəbər verir ki, sənətçi Rusiya Qırmızı Xaç Cəmiyyətinə 1 milyon rubl (18451manat) ianə edib. Bu haqda ifaçı sosia

24.03.2024 799
.

Rihannanın yeni görünüşü

Müğənni Rihanna imicini dəyişib. Axşam.az xəbər verir ki, sənətçi saçlarının rəngini dəyişib və onları qısa kəsdirib. Pərəstişkarları yeni saç düzümü və paparassilərin onu tutduğu obrazı bəyənməyiblər. Çoxları onun gülünc göründüyünü, əvvəlki obrazın isə ona daha çox yaraşdığını qeyd edib. Bundan əlavə

26.03.2024 610
.

Aparıcı "Niva" ilə Bakıdan Çinə gedir

Aparıcı Fərid Rəsul maraqlı bir addım atıb. Axşam.az xəbər verir ki, "Yenə adi günlərdən biri" adlı layihə edən Fərid "Niva" markalı maşınla Bakıdan Çinə yola düşüb. Fərid bundan əvvəl Avropadan İran vasitəsi ilə Çinə getməyi plnlaşdırıb. Amma İran sərhəddində onu buraxmadıqları üçü

25.03.2024 843
.

"O qədər səhvlər etmişəm ki..."

"Mən səhv tutmağı sevmirəm. Səhvi olmayan insan natamamdır. O qədər səhvlər etmişəm. Bu gün onlar məni Aytən Səfərova edib". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Zarafat bir yana" verilişində deyib. O bildirib ki, efirdə hər zaman qadınları müdafiə edir: . "Hə

26.03.2024 597
.

Terror zamanı məşhur aktyor da orada olub

Martın 22-si "Crocus City Hall"da baş verən terror aktı zamanı rusiyalı məşhur aktyor Sergey Svetlakov da orada olub. Axşam.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə özü məlumat yayıb. O, "Piknik" qrupunun konsertini izləmək üçün sözügedən məkanda olduğunu bildirib. Aktyo

24.03.2024 513
.

"Reytinqə görə verilişlər korlandı"

Müğənni Elnarə Xəlilova Əməkdar artist Elnarə Abdullayevanın sözlərinə dəstək olub. Axşam.az xəbər verir ki, ifaçı sğnət adamlarına səsləni:. "Reytinq adı altında verilişlərimiz korlandı. Musiqimizi bərbad hala saldılar. Artıq dur deməyin vaxtıdır. Sənəti bilənlər, Azərbaycan musiqisinin qeydin

26.03.2024 708
.

"Yalı çapkını"nda gözlənilməz ayrılıq - Foto

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə aktrisa Binnur Kaya vida edəcək. O, layihədə "Nükhet" obrazına həyat verir. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır

24.03.2024 590
.

Özündən 23 yaş böyük xanımından danışdı

Yeni çəkiləcək "Ceyms Bond" filmi ilə gündəmə gələn aktyor Aaron Teylor-Conson özündən 23 yaş böyük qadınla evlənmə səbəbini açıqlayıb. OLAY yazır ki, 33 yaşlı aktyor yaşıdlarından tez böyüdüyünü dilə gətirərək bu addımı atdığını deyib:. "Çox insanın 20 yaşlarında etdiyini mən 13 yaşınd

24.03.2024 345