Azərbaycanlı müğənniyə görə İstanbul körpüsünü bağlatdıracaqlar (Video)

Azərbaycanlı müğənniyə görə İstanbul körpüsünü bağlatdıracaqlar (Video)Türkiyəli rejissor Efe Doğan Rövşən Civişova havayı klip çəkəcək
Xalq artisti Flora Kərimovanın duet ortağı, gənc müğənni Rövşən Civişovdan xəbər var. ANS PRESS-in məlumatına görə, ifaçı "Bəxt ulduzum" adlı mahnısını (söz: Camal, mus: Esmiralda) ekranlaşdırır. Rövşən klipi Türkiyənin məşhur rejissoruna çəkdirəcək.

Müğənni təklifin rejissorun özündən gəldiyini deyir: "Məşhur türk ifaçı Teomanın "Bayraqlar" adlı mahnısını ekranlaşdıran rejissor Efe Doğan mahnımı dinləyib və şəxsi istəyi ilə mahnıya klip çəkəcəyini söyləyib. Efe hətta deyir ki, İstanbul körpüsünü belə bağlatdırıb, çəkiliş aparacaq. Təmənnasız çəkilən klip yay aylarına qədər hazır olacaq".

Rövşən onu da açıqladı ki, yenicə hazır olan və işıq üzü görən mahnı artıq mükafata belə layiq görülüb: "Bu yaxınlarda Bolqarıstanda 21 ölkə arasında keçirilən müsabiqədə iştirak etdim, məhz bu yeni mahnımla. Müsabiqənin ən nüfuzlu mükafatına layiq görüldüm. Mahnını bəyənən münsiflər heyəti mənə ən istedadlı, uğurlu və orijinal mükafat təqdim etdilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2912   Tarix: 30 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740