Azərbaycanda "toy karvan"ına yeni qadağa

Azərbaycanda "toy karvan"ına yeni qadağa"Azərbaycanda "toy karvanı" maksimum 3-4 avtomobildən ibarət ola bilər. Karvanda avtomobillərin sayı çox olanda həm özlərinə, həm də digər hərəkət iştirakçılarına problem yaradırlar". Bunu Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, toyların başlaması əhalinin işdən çıxma vaxtına təsadüf edir və əsasən günün pik saatlarında olur.

Əliyev qeyd edib ki, onsuz da Bakıda nəqliyyatın sayı həddən artıq çoxdur. Sürücülər nəqliyyatın sayının çoxluğu, sıxlığın daha çox olduğu bir vaxtda qaydalara xüsusilə riayət etməlidirlər. Ələlxüsus qarşı hərəkət zolağına çıxmamalı, işıqforun tələblərinə düzgün riayət etməlidirlər. Nəqliyyatın sayının çox olduğu bir vəziyyətdə tələskənliyə yol vermək sürücünün mənzil başına çatması üçün həm özünün, həm də digərlərinin daha artıq müddət sərf etməsinə gətirib çıxarır.

"Belə bir vəziyyət yaranan anda "gəlin korteji" və ya "toy karvanı"ında olan avtomobillərin sayının çoxluğu düzgün deyil. Düzdür, el adəti var, əvvəl çalışırdılar ki, avtomobillər çox olsun. İndi bəlkə də bu, rayon və kənd yerlərində mümkündür, amma şəhərdə artıq elə vəziyyət yaranıb ki, "toy karvanı" maksimum 3-4 maşından ibarət ola bilər", - Əliyev əlavə edib.

Onun fikrincə, burada ağsaqqalların diqqət göstərmələri yaxşı olardı. "Şəhərin müxtəlif yerlərində çoxlu sayda şadlıq evləri var, saraylar var. Artıq toylar da başlayıb. İndi, demək olar ki, bütün şadlıq evlərində toy olur. Fikirləşin ki, bu qədər şadlıq evlərinin olduğu yerdə bu qədər də toy karvanı olsa, şəhərdə nə vəziyyət yaranar? Ona görə də belə işə polisin müdaxiləsindənsə, ağsaqqalların bu işə düşünülmüş formada yanaşması, cavanlara məsləhət vermələri, lazım gəlsə, tələb etmələri məncə daha məqsədəmüvafiqdir", - şöbə rəisi bildirib.

O, əlavə edib ki, "toy karvanı"nın iştirakçısı olmaq sürücüləri məsuliyyətdən azad etmir.

"Bakının əksər hissələrində nəzarət kameraları var və o kameralar vasitəsilə də bir çox qayda pozuntuları qeydə alınır. Sürücülər fikirləşməsinlər ki, "toy karvanı"nda gedərkən 3-4 dəfə qaydanı pozsalar, məsuliyyət daşımayacaqlar. Hər bir qayda pozuntusuna yol verən şəxs, "toy karvanı"nda olmasından asılı olmayaraq, məsuliyyət daşıyacaq. Ola bilər ki, toy karvanında 1-2 avtomobil qaydanı pozubsa, onları saxlayarkən bütün karvanda iştirak edən nəqliyyat vasitələrini saxlamaq hərəkəti daha da gərginləşdirə bilər, yəni nəqliyyatın işi iflic olar. Bu səbəbdən bəzi hallarda daha da sıxlıq yaratmamaq naminə polis əməkdaşları yerlərdə o avtomobilləri saxlamırlar. Digər sürücülər düşünə bilərlər ki, toy karvanı işıqforun qırmızı işığında keçir, amma onu heç kəs saxlamır. Lakin bu, o demək deyil ki, oradakı sürücülər məsuliyyətdən kənarda qalır", - Əliyev deyib.

Şöbə rəisi vurğulayıb ki, sürücü qaydanı pozursa, ümumi qaydada məsuliyyət daşıyır. Yol polisi heç kimi məcbur edə bilməz ki, dabaldal 5 və ya 10 maşın getməsin, 20 maşın getsin. "Məsələ burasındadır ki, rayonlararası yollarda 5-10 avtomobil ard-arda elə gedə bilər ki, digər nəqliyyat vasitələrinə maneə yarada bilər. Yəni ara məsafəsini düzgün saxlamadığına görə, digər hərəkət iştirakçılarına müəyyən problemlər yarada bilər. Şəhər daxilində isə bəzən karvanda 6-7 avtomobil gəlib qaydanı pozub keçir, arxadan 5-6 maşın da onlara qoşularaq düşünür ki, qarşı yola çıxıb tez getsələr, məsuliyyətdən kənarda qalacaqlar. Amma bu, belə deyil", - Əliyev vurğulayıb.

O, bildirib ki, adətən Azərbaycan yollarında bir istiqamətdə sıxlıq varsa, qarşıdan gələn istiqamətdə sıxlıq yoxdursa, heç kim o yola çıxmır. Lakin bir sürücü qaydanı pozub qarşı yola çıxdısa, arxadakılar da ona qoşulur. Bununla da qaydalar kütləvi halda pozulur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7487   Tarix: 30 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264