Bu qadınlar üçün ölüm riski artdı

Bu qadınlar üçün ölüm riski artdıYeni tədqiqata əsasən, indi siqaret çəkən qadınların 1960-cı illərdəki vəziyyətlə müqayisədə siqaretdən ölmək riski artıb.
Milli.Az BBC-yə istinadən bildirir ki, müasir qadınların siqaretə daha gənc yaşlarından aludə olmaları və daha çox siqaret çəkmələri belələri arasında ciyər xərcəngi xəstəliyi riskinin kəskin dərəcədə artmasının əsas səbəblərindən biri sayılır.

New England Journal of Medicine dərgisinin məlumatına əsasən, siqaret çəkən qadınlar arasında ölüm əmsalı siqarət çəkən kişilər arasındakı eyni göstəriciyədək yüksəlib.

Tədqiqatın nəticələri ABŞ-da siqaret çəkən 2 milyonadək qadının müayinəsi məlumatlarına əsaslanıb.

Qadınların siqaretə ilk kütləvi aludəçiliyi 1950-60-cı illərə təsadüf edir.

Həmin illərdə siqaret çəkən qadınların çəkməyənlərə nisbətən ciyər xərçəngindən ölmək ehtimalı 3 dəfə artıq idi.

2000-2010-cu illərdə siqaret çəkənlərin tibbi müayinələrinin nəticələri onların çəkməyən qadınlara nisbətən ciyər xərçəngi xəstəliyinə tutulma riskinin 25 dəfə artıq olmasını aşkar edib.

Bu nəticə kişilər arasında aparılmış müşahidələrin nəticələrini təkrarlayır, belə ki, siqaret çəkən kişilər üçün çəkməyənlərə nisbətən ciyər xərçəngi riskinin eyni əmsalı 1980-ci illərə təsadüf etmişdi.

"Siqaret çəkən qadınların səhhəti üçün təhlükə onilliklər ərzində artmaqda davam edib, baxmayaraq ki, qadınlar əsasən yüngül və nikotinlə qır faizi aşağı olan siqaret çəkirlər", - aparılmış tədqiqatın rəhbəri doktor Michael Thun deyib.

"Beləliklə "yüngül" siqaret növləri nəinki qadınlarda ciyər xərcəngi riskinin kəskin artmasının qarşısını almır, əksinə, həmin növ siqaretlər xroniki abstruktiv ciyər xəstəliyindən ölüm hallarını artırır, çünki yüngül siqaret çəkənlər öyrəşdikləri nikotin dozasını almaq üçün siqaret tüstüsünü daha dərindən udaraq nəfəslə birgə ciyərin daha dərin qatlarına çəkilrlər".

Araşdırmalara əsasən, siqaret çəkən qadınlar çəkməyənlərə nisbətən ömürlərini orta hesabla 10 il qısadırlar.

Lakin çəkməyi 30 yaşınadək tərgidənlər siqaretlə əlaqəli xəstəliklərdən ölüm riskini, demək olar ki, tamamilə azaldırlar.

Siqareti 40 yaşınadək tərgidənlərin isə ömrü orta hesabla çəkməyənlərə nisbətən 1 il qısala bilər.

Oxford Universitetindən Professor Richard Peto bununla əlaqədar deyib ki, "əgər qadınlar kişilər kimi siqaret çəkirlərsə, onda onlar siqaretdən də kişilər kimi öləcəklər".

Mənbə: Milli.Az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2207   Tarix: 29 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877