Ermənilər uşaqlarından niyə imtina edirlər?

Ermənilər uşaqlarından niyə imtina edirlər?Əhali sayına nisbətlə götürdükdə uşaq evlərində və dağılmış ailələrin uşaqları üçün nəzərdə tutulmuş müəssisələrdə saxlanan uşaqların sayına görə Ermənistan bəlkə də dünya lideridir. "EurasiaNet"in yazır ki, BMT-nin uşaq fondu YUNİSEF-in araşdırmasına görə, Ermənistanda bu cür müəssisələrdə 4900 uşaq saxlanır, yəni bu ölkənin hər milyon nəfərinə 1,5 min yetimxana uşağı düşür. Müqayisə üçün deyək ki, ailə dəyərlərinə görə Ermənistanla müqayisədə daha liberal olan Rusiyada bu göstərici hər milyon sakin üçün 1,2 min ətrafında dəyişir. ANS PRESS-in araşdırmasına görə, Ermənistanla qonşu və ənənəcə yaxın olan və bu cür müəssiələrdə toplam 900 uşaq saxlanılan Gürcüstanda bu göstərici 202-yə, uşaq evlərində 970 uşaq saxlanılan Azərbaycanda isə 105-ə bərabərdir. Yəni Ermənistanda övladları uşaq evlərinə vermək meyli Azərbaycanla müqayisədə 15 dəfə, Gürcüstanla müqayisədə isə 7,5 dəfə güclüdür. YUNİSEF-in araşdırmasında diqqəti çəkən başqa bir cəhət isə Ermənistanın bu tipli müəssisələrində saxlanan uşaqların səksən faizinin ən azı bir valideynin olmasıdır. Buna görə də bu beynəlxalq təşkilat artıq neçə illərdir ki, Ermənistandan tələb edir ki, müəyyən xərc çəkməklə bu uşaqları öz bioloji ailələrinə qaytarsın. Çünki ailələri uşaqları geri qaytarmaqda heç bir problemin olmadığını, sadəcə, dolanışıq üzündən uşaqları belə müəssisələrə verdiklərini bildirirlər. Rəsmi İrəvan düz altı il qabaq bu beynəlxalq təşkilata bu barədə söz versə də, "EurasiaNet"in yazdığına görə, bu günə qədər heç nə dəyişməyib. Naşrin bir sıra ekspertlərə istinadən yazdığına görə, uşaqların öz bioloji ailələrinə qaytarılması prosesi hakim Qarabağ klanına məxsus bir sıra rəsmilər tərəfindən əngəllənir. Səbəb bir sıra rəsmilərin buradan hər il milyonlarla dollar qazanması ilə bağlıdır. Rəsmi məlumatlara görə, Ermənistanda dövlət müəssisələri bir uşağın saxlanmasına ildə 4 min dollara yaxın pul xərcləyir ki, bu, əslində, çox şişirdilmiş rəqəmdir. Bu, Ermənistandakı orta maaş göstəricisindən 105 dollar yüksəkdir. Yəni orta statistik Ermənistan vətəndaşı 295 dollara bərabər orta maaşla ən azı 3 nəfərdən ibarət olan ailəsini dolandırmaq məcburiyyətindədir. Yəni orta dolanışıqlı ailədə adambaşına 100 dollar xərclənir. Uşaq evlərində isə uşaqbaşına 400 dollar silinir. Erməni mətbuatının yazdığına görə, uşaq evlərində dolanışıq heç də ürəkaçan deyil, amma buna baxmayaraq minlərlə ailə uşağının bir tikə çörək taparaq qarnını doyurması üçün məhz bu yolu tuturlar. Çünki başçısı işləməyən ailələrdə uşaqlar mütəmadi olaraq aclıq keçirirlər. Bu yaxınlarda YUNİSEF və Ermənistanın təhsil nazirliyi tərəfindən aparılmış tədqiqatlar göstərir ki, normal ailələrdən gələn şagirdlərin 15%-i evdə lazımi ərzaqlar olmaması üzündən mütəmadi olaraq aclıq keçirirlər. Yoxsulluq artıq iki yüz ilə yaxındır ki, Qafqazda yaşayan və ailə şərəfi kimi dəyərləri qonşu xalqlar səviyyəsində mənimsəmiş erməniləri də bəzən bu kimi hər şeydən yüksək bir anlama dırnaqarası baxmağa sövq edir. Bəzi ailələr hətta dolanışıq naminə oğlan uşaqlarının əxlaqını bazara qoyur. Məsələn, bir-iki il öncə belə bir hadisənin Ermənistanın Axtala şəhərində yaşayan onlarla ailənin başına gəldiyi ortaya çıxmışdı. Hadisə 25 yaşlı Axtala sakini Vaqram Parsadanyanın şəhərdəki mis mədəninin sahibi, Ermənistan baş nazirinin sabiq müşaviri Serob Ter-Poqosyandan əlində olan video-materiallar qarşılığında 30 min dollar tələb etməsi ilə açılmışdı. Hadisə böyümüşdü və Parsadanyan həmin materialları polisə verməyə məcbur olmuşdu. Materiallar əsasında polisin apardığı dindirmə nəticəsində çoxu həddi-buluğa çatmamış 17 oğlan Serob Ter-Poqosyana qarşı ifadə vermişdi. Ter-Poqosyanın pedofil olduğu ortaya çıxmışdı. Ən dəhşətlisi isə o imiş ki, 1996-cı ildən Axtalaya yerləşmiş Ter-Poqosyanın çoxdan bu şəhərin oğlan uşaqlarını yoldan çıxardığı bu şəhərdə hər kəsə məlum imiş. Bəzi ailələr hətta körpə oğlan uşaqlarını özləri Ter-Poqosayana təhvil verirmişlər. Çünki Ter-Poqosyan yaxınlıqda olduğu uşaqlarının ailələrinə hər ay 200 dollar ətrafında dəyişən "yardım" verirmiş. Şəhərin başqa sakinləri isə bildikləri faktların qarşısında susmağa məcbur imişlər. Çünki əksəriyyəti mədəndə işləyirmişlər, yəni qazancları Ter-Poqosyanın əlindən keçirmiş. 


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2857   Tarix: 29 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Birinci ledi haqqında serial çəkilir

Fransanın birinci xanımı Bricit Makronun həyatı yeni serialın mövzusu olacaq. xarici mediaya istinadən xəbər verir ki, "Bridget, a free woman" adlı altı hissədən ibarət serial Emmanuel Makronun həyat yoldaşının həyatından bəhs edəcək. Serial cütlüyün ilk görüşü ilə başlayacaq. Bricit Makro

17.04.2024 321
.

"Fransanın Azərbaycandakı səfirini geri çağırması Qərbdə anti-azərbaycançı qüvvələrin fəallaşmasının bariz göstəricisidir" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Mövzu ilə bağlı -a danışan politoloq Elşən Manafov bildirib ki, Fransanın Azərbaycan Respublikasındakı öz səfirini geri çağırması Qərbdə anti-azərbaycançı qüvvələrin fəallaşmasının bariz göstəricisidir:. "Adətən səfirlər dövlətlərarası munasibətlərd

17.04.2024 395
.

Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB məlumat yayıb. Qurumdan -a bildirilib ki, hadisə nəticəsində xəsarət alan 2 nəfər (kişi cinsli) Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriliblər. 2003-cü il təvəllüdlü şəxsə başın digər hissələrinin səthi travması, boynun səth

17.04.2024 1277
.

Tovuzda erməni təxribatının qarşısı alındı - FOTO

Tovuz rayonunda kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter aşkarlanıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığ

17.04.2024 394
.

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq. Axşam.az "Xəzərxəbər.az"a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, bununla bağlı ilin sonuna kimi qanunvericiliyə dəyişikliklər ediləcək. Nazir qey

10:19 391
.

Azərbaycan XİN Fransaya xəbərdarlıq edib: Rəsmi Bakı bütün zəruri tədbirləri görəcək

Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur. "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanı

17.04.2024 281
.

Anar Nağılbazın övladlarının üzünə kimlər qapılarını bağladı? - VİDEO

"Xəzəraxşamı" verlişinin çəkiliş qrupu mərhum reper Anar Nağılbazın evində qonaq olub. xəbər verir ki, məşhurun oğlu Tamerlan və qızı reper atalarından danışıblar. Tamerlan qeyd edib ki, atası vəfat etdikdən sonra heç bir məşhur onları yada salmayıb. Sadəcə Ramil Nabran və Rəsul Abbasov Nağıılbazı

17.04.2024 931
.

İsrail əsgərləri 2 fələstinlinin evlərini dağıtdı

İsrail əsgərləri Xebron şəhəri yaxınlığındakı Bani Naim yaşayış məntəqəsinə basqın edib. BİG.AZ xəbər verir ki, İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebronda partlayıcı maddələrlə saxlanılan 2 fələstinlinin evlərini dağıdıb. Evləri dağıdılan şəxslərin fələstinli türkmənlər Ahmed və Mahmu

17.04.2024 157
.

"X"da daha bir yenilik

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yenilik edəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə o özü bildirib. Dəyişikliyə əsasən yeni istifadəçilər tvit göndərmək, bəyənmək və rəy bildirmək üçün ödəniş etməli olacaqlar

17.04.2024 251