Azərbaycan musiqisi Londonun böyük layihəsində

Azərbaycan musiqisi Londonun böyük layihəsindəTanınmış xanəndə Qoçaq Əsgərov Londonda daha bir uğurlu layihəyə imza atıb. Lent.az-ın məlumatına görə, xanəndəmiz "BBC radio 3"-ün Londonda yaşayan etnik xalqlar üçün həyata keçirdiyi layihə çərçivəsində böyük konsert proqramı ilə çıxış edib. "BBC radio 3" konsert salonunda keçirilən tədbirə Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının nümayəndələri, Britaniya ictimaiyyətinin təmsilçiləri və bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər. Konsertdə ilk olaraq, Qoçaq Əsgərov tamaşaçılara təqdim edilib, onun yaradıcılığı və qeyri-adi səs imkanlarından danışılıb. Xanəndə Lent.az-a açıqlamasında bildirib ki, bu layihə Londonda yaşayan etnik xalqlar arasında keçirilən bir tanıtım yarışmasıdır. Qoçaq Əsgərov bu layihə üçün Londondakı həmyerlimiz 16 yaşlı Fidan Hacıyevanı hazırlayıb: "Bu təklifi mənə edəndə bildirdilər ki, Londonda yaşayan azərbaycanlı ilə çıxış etməliyəm. Məqsəd Londonda doğulan azərbaycanlının öz ölkəsinin mədəniyyətini necə təbliğ etdiyini göstərməkdir. Mən də Fidan Hacıyevanı hazırladım və o, sentyabr ayında keçirilən yarışmada bir neçə ölkə arasında Azərbaycanı qalib etdi. Bundan sonra isə biz konsert üçün hazırlaşmağa başladıq. Məşqlərimizi əsasən "skype" vasitəsi ilə edirdik. Ötən gün isə həmin layihənin bu il üçün açılışı oldu. Konsertdə ilk keçən ilki qalib ölkə Kolumbiya iştirak etdi. Daha sonra Fidanla mən öz ifalarımızı təqdim etdik".

Qoçaq Əsgərov bildirib ki, onların ifalarının səs yazıları iyul ayına kimi BBC-3 radiosunda səslənəcək. Bundan başqa yaxın günlərdə çəkiliş qrupu Azərbaycana gələcək: "Fidanı da özləri ilə Bakıya gətirəcəklər və burada çəkilişləri davam etdirəcəklər. musiqiçilərimiz həmçinin, geniş müsahibə ilə çıxış edərək, ifa etdikləri hər bir musiqi aləti haqqında geniş məlumatla çıxış etdilər".

Qeyd edək ki, xanəndəni tarda Mircavad Cəfərov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov, balabanda Şirzad Fətəliyev müşahidə edib. Layihə sənətşünaslıq namizədi, YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə eksperti Sənubər Bağırovanın təşkilatçılığı ilə həyata keçirilib.
menbe:lent.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1692   Tarix: 29 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888