Messinin növbəti rekordu (Video)

Messinin növbəti rekordu (Video)Messi İspaniya çempionatında oynadığı 11 oyunda ardıcıl vurduğu qollarla yeni rekorda imza atıb.

Katalonların 25 yaşlı hücumçusu Leonel Messi İspaniya çempionatında yeni bir rekord vurub. "Marca"nın məlumatına görə, La Liqanın 21-ci turu çərçivəsində "Osasuna"yla qarşılaşan "Barselona" 5:1 hesabı ilə qalib gəlib. Argentinalı futbolçu komandasının 5 qolundan dördünə imza atmaqla qolsuz ayrılmadığı oyunların sayını 11-ə çatdırıb.

"Qızıl top"un dördqat sahibi 11, 28, 56 və 58-ci dəqiqələrdə rəqib komandanı meydanın mərkəzinə dəvət edib. Katalonlar isə 58 xalla turnir cədvəlinə liderlik edib.

Messinin qol seriyası 2012-ci ilin 11 noyabrında "Malyorka" ilə oyunda başlayıb və ardıcıl davam edib :

11.11.2012. «Malyorka» — «Barselona» — 2:4 (qollardan 2-si Messinin)

17.11.2012. «Barselona» — «Saraqosa» — 3:1 (2)

26.11.2012. «Levante» — «Barselona» — 0:4 (2)

01.12.2012. «Barselona» — «Atletik» — 5:1 (2);

10.12.2012. «Betis» — «Barselona» — 1:2 (2);

17.12.2012. «Barselona» — «Atletiko» — 4:1 (2);

22.12.2012. «Valyadolid» — «Barselona» — 1:3 (1);

06.01.2013. «Barselona» — «Espanyol» — 4:0 (1);

14.01.2013. «Malaqa» — «Barselona» — 1:3 (1);

19.01.2013. «Real Sosedad» — «Barselona» — 3:2 (1);

27.01.2013. «Barselona» — «Osasuna» — 5:1 (4).


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3576   Tarix: 29 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740