Hər qartopu üçün 100 avro cərimə (Fotolar)

Amma hamını qartopu ilə vurmaq olmaz.

Britaniyanın Ətraf Mühit Agentliyi əhaliyə belə bir təkliflə müraciət edib. Mülahizə bundan ibarətdir ki, havalar qızdıqca, qar və buzun eyni vaxtda əriməməsi üçün qar adamları düzəltəmək lazımdır. Belə ki, qar adamları adətən yerdəki qardan daha gec əriyir. Bu yolla da ərimə prosesinin müddətini uzatmaq olar və sellər yaranmaz.

Belə bir təklif uşaqlar üçün qar kimi göydəndüşmə olub. Çünki onlar onsuz da bu işlə məşğuldurlar. Sadəcə, indi fəxr edə bilərlər ki, həm də dövlət əhəmiyyətli tapşırıq yerinə yetirirlər.

ƏŞİ, BU BİR ZARAFAT İDİ.

Lakin bu xəbərin həddən artıq böyük hay-küyə səbəb olduğunu görən Ətraf Mühit Agentliyi bildirib ki, qar adamlarından ibarət "ordu", çətin, sel təhlükəsini aradan qaldırsın.
Yanvar ayı Britaniyada və Londonda görünməmiş şaxtalarla müşayiət olunur. Qəzetlər yazır ki, bu qış Britaniyada son əlli ilin ən sərt qışıdır... London üçün mənfi 10 dərəcə görünməmiş temperaturdur. Bununla belə, sinoptiklər bildirirlər ki, bu həftəsonu Britaniya qışın son qarını yaşayacaq, ondan sonra havalar qəfildən isinəcək.

Buna bənzər xəbərləri Rusiya sinoptikləri də yayıblar. Onlar bildirirlər ki, belə getsə, ümumiyyətlə, yaz və payız olmayacaq. Qışı qəfil yay, yayı isə gözlənilməz qış əvəzləyəcək.

BUNU İSTƏMƏYƏNİ QARTOPU İLƏ VURMAQ CİNAYƏTDİR.

Britaniyanın bir çox qarlı əyalətlərində polis sosial şəbəkələrdə xəbərdarlıqla çıxış edib:

"Bundan xəbəri olmayanları və ya bunu istəməyənləri qartopu ilə vurmaq olmaz".

Belə bir xəbərdarlığa səbəb odur ki, hər il qışda, əsasən yaşlılar ölkəsi olan Britaniyada minlərlə qoca, uşaq şıltaqlığının və əyləncələrinin qurbanı olur. Hərçənd, yoldan ötənlərə qartopu atmaq kimi "əyləncə" dünyanın çox yerində var. Britaniya polisi isə xəbərdarlıq edir ki, bu "əyləncə" qanunlara ziddir. Yaxınlıqdakı dükandan süd almaq üçün sürünüə-sürünə gedən 80 yaşlı qadını ya qartopu ilə vurdun, ya da güllə ilə - eyni şeydir. Lakin söhbət yaşlılarla bitmir...

İRQÇİ QARTOPU.

Bu günlərdə Hindistan əsilli bir britaniyalı, yeniyetmələrin qartopu hücumuna məruz qalıb. O buna etirazına bildirəndə, uşaqlar Ramanjit Sohini təpiklərinin altına salıb elə əzişdiriblər ki, almacıq sümükləri sınıb. 33 yaşlı Ramanjit deyir ki, yaxınlıqda uşaqları ilə birlikdə oynayan valideynlər də onun harayına yetişməyiblər. Ramanjit Sohi BBC-yə verdiyi müsahibədə uşaqlar tərəfindən döyülməsini irqçı basqın adlandırıb. Amma belə görünür ki, qartopu təcavüzünə təkcə etnik azlıqların nümayəndələri məruz qalmırlar.

HƏR QARTOPU ÜÇÜN 100 AVRO CƏRİMƏ.

Londonda 74 yaşlı ingilis Brayan Koks 69 yaşlı həyat yoldaşı uşaqlar tərəfindən qartopu atəşinə tutulandan sonra balacalara ağıl vermək üçün onlara yaxınlaşıb və qəddarlıqla döyülüb. Polis şahidlərin köməyi ilə iki usağı həbs edib və dərhal da zaminə buraxıb. Bəli, Britaniya qanunları belədir ki, uşaqlara yaxınlaşıb nəsə demək, ümumiyyətlə, başağrısıdır. Müdafiə olunsan, adamın özünü həbs edə bilərlər ki, onlar uşaq idilər, sənə nə olmuşdu?

Son xəbərlərdən birində deyilir ki, London polisi onun motosikletinə qartopu atan 10 yaşlı uşağa sillə vurmuş şəxsi axtarır. Tapıldımı, qanı getdi. Ən yaxşısını ingilislərin bəyənmədiyi belçikalılar ediblər. Flanders əyalətində qartopu ümumiyyətlə, qadağan olunub. Qartopu atmağın cəriməsi 100 avrodur. Hər bir qartopu üçün…

Hər qartopu üçün 100 avro cərimə (Fotolar)Hər qartopu üçün 100 avro cərimə (Fotolar)Hər qartopu üçün 100 avro cərimə (Fotolar)Hər qartopu üçün 100 avro cərimə (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6334   Tarix: 28 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

96 il əvvəlki avtomobil modeli yenidən istehsal olundu

"Bentley" tarixindəki ən uğurlu yarış avtomobili olan "Speed Six"i yenidən təqdim edib. xarici mediaya istinadla bildirir ki, "Speed Six" 1928-ci ildə yaradılıb, lakin istehsal xəttindən yalnız 1930-cu ildə çıxıb. "Bentley" məhdud sayda 12 yarış avtomobili buraxacaq

23.03.2024 381
.

İçdiyimiz su təmizdir? - VİDEO

Azərbaycan içməli su mənbələri məhdud olan ölkələrdən hesab edilir. Ölkənin yerüstü su ehtiyatlarının həcmi 27 kubmetrdir, şirin su qaynaqlarının əsasını çay, göl və buzlaqlar təşkil edir. Suya olan tələbatın qarşılanması ilə yanaşı, onun təmizliyinə nəzarət də vacibdir. Son zamanlar su hövzələrind

24.03.2024 434
.

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi

Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir" beynəlxalq hava keyfiyyətinin monitorinqi xidmətindən məlumat verilib. Məlumata görə, Çianqmayda havadakı PM2.5 mikrotozunun səviyyəsi Ümumdünya Səhiyy

17.03.2024 321
.

Reabilitoloq qocalmanı ləngitməyin sadə və təsirli yollarından danışdı

Yaşlanma əlamətlərini gecikdirmək və orqanizmi uzun müddət cavan saxlamaq üçün daimi olaraq fiziki aktivliyi qoruyub saxlamaq da daxil olmaqla sağlam həyat tərzinin sadə qaydalarına riayət etmək kifayətdir. Bu barədə rusiyalı reabilitoloq Matvey Odintsev məlumat verib. "Sağlamlığın qorunmasınd

16.03.2024 313
.

Finlandiya yenə xoşbəxtdir

Finlandiya ardıcıl yeddinci ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilib. xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. "Dünya Xoşbəxtlik Hesabatı"na əsasən Skandinaviya ölkələri yenidən ən yüksək pillədə qərarlaşıb, Danimarka ikinci, İslandiya üçüncü, İsveç isə dördüncü yerdədir

20.03.2024 398
.

Hansı yeməkləri sabaha saxlamaq olmaz? - SİYAHI

İnsanlar çox vaxt ertəsi günə saxlanılan yeməklərin sağlam olub-olmadığını düşünmür. Lakin mütəxəssislər iddia edirlər ki, bəzi yeməklər bir neçə saat keçdikdən sonra xəstəlik mənbəyinə çevrilir. Belə ki, onlar soyuducuda çarpaz çirklənməyə səbəb ola bilər. Soyuducu fazada çoxlu mikrobları özünə cəl

23.03.2024 343
.

Dünyada ilk dəfə olaraq cərrahlar xəstəyə donuz böyrəyini köçürüblər

ABŞ-nin Massaçusets ştatındakı tibbi mərkəzin cərrahları dünyada ilk dəfə olaraq geni dəyişdirilmiş donuzun böyrəyini canlı insana uğurla köçürüblər. Qeyd olunub ki, böyrək xəstəliyinin terminal mərhələsində olan Massaçusets ştatının Veymut şəhərindən olan 62 yaşlı Riçard Slayman dörd saat ərzində əməliyya

23.03.2024 351
.

Rus qadınlar danışdı: "Xəşbəxtliyin sirri budur"

Beynəlxalq Qadınlar Günü ərəfəsində Rusiyanın "BIDOU" kosmetika brendi qadınlardan xoşbəxtliyin sirrini öyrənmək qərarına gəlib. xəbər verir ki, şirkət "VKontakte" sosial şəbəkəsində sorğu keçirməyə başlayıb. İştirakçılardan "Qadın xoşbəxtliyi nədədir?" sualına doqquz cava

13.03.2024 1151
.

Madaqaskar sakinləri Fransadan ulu babalarının kəllə sümüyünün qaytarılmasını tələb ediblər

Madaskarlı iki qadın Fransadan ulu babaları Sakalava etnik qrupundan olan kral Toeranın kəllə sümüyünün qaytarılması prosedurunu sürətləndirməyi tələb ediblər. Ümumilikdə, Fransa hakimiyyəti sakalavalara əcdadlarının üç kəlləsini qaytarmalıdırlar. Qalıqlar 19-cu əsrin sonlarında Fransanın müstəmlək

23.03.2024 320