Hamilə qadın maşın sürəndə...

Hamilə qadın maşın sürəndə...Hamiləlik dövrü başlayanda qadının həyatında, demək olar ki, hər şey dəyişir.İndi gələcək ana üçün əvvəllər təbii olan və heç bir narahatlıq doğurmayan şeylər haqqında kifayət qədər geniş suallar yaranır. Məsələn, mövcud vəziyyətdə avtomobil sürmək olarmı? Yolda özünün və körpəsinin təhlükəsizliyini necə təmin edə bilər? Sürücü hamilə qadınlar nəyi yadda saxlamalıdırlar? Artıq o, tək deyil. 40 həftədən sonra bətnindəki körpə müstəqil bir şəxsiyyət olacaq.

Hamilə qadın özünü sükan arxasında necə hiss edir?

Milli.Az Avtomobil.az-a istinadən bildirir ki, ginekoloq və endokrinoloq Xatirə xanım hamiləlik problemli deyilsə, qadınların avtomobil idarə etməsində heç bir yan təsirin olmadığını söylədi: "Belə vəziyyətdə hamilə qadın təhlükəsizlik qaydalarına riayət etmək şərti ilə avtomobil idarə edə bilər. Əgər siz hamilə olarkən avtomobil idarə etməyi yeni-yeni öyrənirsinizsə, bu heç də uyğun zaman deyil.

Birincisi, yeni başlayan sürücülərdə yol-nəqliyyat hadisəsinə düşmək riski daha çoxdur, hansı ki, hamilələr üçün nəinki, arzuolunmazdır, həm də çox təhlükəlidir. Yeri gəlmişkən, avtomobil idarəsi üzrə hamiləliyin dövrlərinə müddət qoyulmur. Burada yalnız özünüzü necə hiss etdiyinizə fikir verməlisiniz və sözsüz ki, ginekoloqunuzun məsləhətlərini dinləməlisiniz. Əgər sizdə erkən və ya gec toksikoz, qan azlığı, uşağın düşmə təhlükəsi, qıcolmalar və ya sağlamlıqla bağlı hansısa problemlər varsa, sözsüz, nə özünüzü, nə də körpənizi təhlükə altında qoymamağınız yaxşı olardı. Hamiləlik problemsiz keçsə də, bu vəziyyətinizlə bağlı yolda baş verə biləcək bir sıra vəziyyətləri də nəzərinizdən çıxarmamağınız lazımdır.

Unutmayın ki, hamiləlik vaxtı yuxululuq, yorğunluq hissi və diqqətin dağınıqlığı tez-tez rast gəlinən hallardır. Sürət rejimlərini yoxlayın, yoxlanılmış marşrut xətlərindən istifadə edin, uzun məsafəyə gedən zaman arada yolda dayanın və fasilə edin.

İkincisi, əyləşdiyiniz oturacağın tam rahat olmasına diqqət yetirin. Altınıza balaca yastıq qoymağınız məsləhətdir. Oturacağın söykənəcəyini bir az arxaya itələyin ki, sükanla sizin aranızda 10-15 sm məsafə yaransın.

Bundan əlavə, təhlükəsizlik kəmərinə xüsusi diqqət yetirmək lazımdır. Onun öz əsas funksiyasını – təhlükəsizliyi təmin etməsi üçün düz bağlamaq lazımdır. Kəmər qarının altından və üstündən keçməlidir. Üzərindən keçməsinə əsla yol verməyin. Gələcək analar üçün xüsusi kəmər də əldə etmək olar. O, kifayət qədər rahatdır və zərbələrdən yaxşı müdafiə edir. Belə kəmərin əsas fərqi ondan ibarətdir ki, 4 yerdən bərkidilir və elastikdir. Yeri gəlmişkən bu kəmərdən sərnişin oturacaqlarında da istifadə edə bilərsiniz. Mütləq avtomobilinizdə tibbi dərman qutusu olmalıdır. Unutmayın ki, hamiləlik dövründə hər dərmandan istifadə etməyə də icazə verilmir.

Fövqəladə hallar üçün əlinizin altında naşatır spirti, steril bint və pambıq, yod, zelyonka və bu tip hallar üçün həkiminiz əvvəlcədən məsləhət verdiyi dərmanlar olmalıdır.
Yola çıxarkən özünüzlə içməli su, şirə, qoz, peçenye və s. götürün. Mobil telefon götürməyiniz isə mütləqdir! Avtomobil idarə edən zaman stresdən qaçın. Əgər özünüzü narahat hiss edirsinizsə, maşını saxlayan və tam formada hazır olana kimi dincəlin".
Sizə rahat və maraqlı yollar arzulayırıq və müəyyən qədər də pozitiv həyat!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6208   Tarix: 28 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051