Hürrəm Sultan sinəsi çöldə qalan qadın

Hürrəm Sultan sinəsi çöldə qalan qadın

Türkiyənin ən məşhur müğənnilərindən biri Yıldız Tilbe populyar "Muhteşem yüzyıl" serialını sərt tənqid edib.
Milli.Az bildirir ki, müğənni Twitter akkauntunda yazıb:
Sultan Qanuni Süleymanın yazdığı tək bir şeir dilimizə tərcümə olunarsa, mən və başqa mahnı sözləri yazanlar utanardılar. O şeirlərin dərinliyi, yüksəkliyi başqadır. Qanuni ilə Hürrəmin eşqi də fərqlidir. Kaş ki, serialda bu eşqdən olduğu kimi bəhs olunsaydı... Seriala baxan hər kəs aşiq olar, sevməyi, sədaqəti öyrənərdi", - Tilbə yazıb.

Müğənni daha sonra bildirib ki, Hürrəm Sultan əslində gündə 5 dəfə namaz qılan, saçının telini başqa adamın görmədiyi qadın idi.

Serialda isə Hürrəm Sultan sinəsi çöldə qalan qadındır. Biabırçılıqdır. Onun əmri ilə tikilən yetimxanalar, mədrəsələrin sayı-hesabı yoxdur. Serialda isə deyəsən, Osmanlı səltənətini Qədim Roma İmperiyası ilə qarışdırırlar. Böyük osmanlı övladlarının, əxlaq abidəsi olan qadın və kişilərin, Allahdan qorxan padşahların tam tərsinə təqdim edilməsi çox pisdir. Bunları başqası etsəydi, hirslənərdik. Serialı çəkənlərin niyə belə etmələri anlaşılmazdır", - Tilbə yazıb.

Tilbə daha sonra bildirib ki, özü barədə serial çəkilməsini yasaqlayır: "Mənim haqqımda serial çəkilməsini istəmirəm - nə indi, nə 100 il sonra. Ayşədən bəhs edib Mariyanı təqdim etmək olmaz, deyilmi?

Milli.Az
f Paylaş
Bölmə: Maraqlı Müəllif: Yildizim Oxunub: 8322 Tarix: 28.01.2013
Sebet.az onlayn magaza

Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər