Kosmonavtların meşədə yaşamaq uğrunda mübarizəsi (Fotolar)

Dünən üç kosmonavt - rus, alman və amerikalı Moskva yaxınlığında qarlı meşənin içində qəzalı eniş edib.

Bu cümlə bir az standart lətifənin başlığına oxşadı, amma əslində zarafat deyil.Beynəlxalq Kosmik Stansiyanın gələcək heyyəti yaşamaq uğrunda mübarizə aparır. Rusiyadan Maksim Surayev, Almaniyadan astronavt Aleksandr Gerst və ABŞ-dan astronavt Rid Uayzman əldə olan vəsaitlərlə iki gün meşədə qalmalıdır.

Üçlüyə xüsusi ekspertlər nəzarət edəcək. Çünki bu uçuşdan əvvəl keçirilən ən ağır məşqlərdən biridir. Kosmonavtlar artıq paraşütdən viqvam (Şimali Amerika hindularının göndən qayırdıqları koma) düzəldə, içəridə ocaq qalaya biliblər, hətta peçenye və su ilə nahar da ediblər.

Bu imtahandan sonra onları yaralıya ilkin yardımdan sınaq gözləyir. Onların Beynəlxalq Kosmik Stansiyaya ekspedisiyası isə 2014-cü ilin mayında olacaq.

Kosmonavtların meşədə yaşamaq uğrunda mübarizəsi (Fotolar)Kosmonavtların meşədə yaşamaq uğrunda mübarizəsi (Fotolar)Kosmonavtların meşədə yaşamaq uğrunda mübarizəsi (Fotolar)Kosmonavtların meşədə yaşamaq uğrunda mübarizəsi (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 3000   Tarix: 26 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti