Dünyada getməyin məsləhət olmadığı 10 şəhər: Sumqayıt ikincidir -( Foto)

Yer üzündə gəzməli və görməli çox yerlər var. Bundan başqa dünyada elə yerlər də var ki, orada olmaq ümumiyyətlə məsləhət deyil.

ABŞ-ın "Blacksmith Institute" fondu dünyanın insan həyatı üçün ən təhlükəli olan 10 şəhərinin siyahısını çıxarıb. O şəhərlərin siyahısını sizə təqdim edirik:

1. Ukrayna, Çernobıl

Bu günə qədər bu şəhərdə baş vermiş nüvə fəlakətindən 5,5 milyon insan zərər çəkib. 1986-cı ilin 26 aprelində, Çernobıl AES-də baş vermiş partlayış XX əsarin ən böyük fəlakətlərindən biri kimi yadda qalıb. Pasrtlayış zamanı Hirosima və Naqasakiyə atılan bomalardan yüz dəfə artıq şüalanma baş verib.

2. Sumqayıt, Azərbaycan

Sumqayıt - keçmiş SSRİ-nin ən böyük və ən zəhərli kimya sənayesi komplekslərindən biri bu şəhərdə yerləşir. Hazırda şəhərin əhalisi 300 min nəfərdən çoxdur. Ağır metallar, neft məhsullarının emalı zamanı atmosferə düşən zəhərli maddələr insanların sağlamlığında ciddi problemlər yaradıb. Şəhərdə sümük iliyi xəstəliyi xüsusi ilə geniş yayılıb.

3. Vapi, Hindistan

Bu şəhərin ətrafında 1000-dən çox istehsalat müəssisəsi yerləşir. Şəhərdə suyun tərkibindəki civənin həddi normadan 100 dəfə artıqdır. Hava isə ağır metallarla doludur. Xraniki xəstəliklərdən əziyyət çəkənlərin sayı 70 min nəfərdən artıqdır.

4. Tyanjin, Çin

Tyanjin - Çinin qurğuşun istehsalı paytaxtı kimi tanınan bu şəhər, ölkənin ən çirkli və havası zəhərli şəhərlərindən biri sayılır. Atmosferdəki qurğuşun miqdarı normadan 10 dəfə artıqdır. Şəhər kənarında yetişdirilən bitkilərdəki qurğuşun miqdarı isə normadan 24 dəfə çoxdur.

5. Sukinda, Hindistan

Bu şəhərdə Hindistanın ən böyük xrom yartaqları və şaxtaları yerləşir. Müəssisələrin əksəriyyəti tullantılarını çaylara göllərə axıdırlar. Şəhər əhalisi 2 milyon yarımdan çoxdur. Əhalinin demək olar ki, 90%-i ankoloji xəstəliklərdən əziyyət çəkir.

6. Norilsk, Rusiya

Norilsk Rusiyanın ən çirkli şəhərlərindən biri hesab olunur. Şəhərdə ağır metalların emalı ilə məşğul olan çox iri zavodlar yerləşir. Bu zavodlarda mis, qurğuşun, nikel, selen və sink emal adilir. Şəhərin əhalisi 134 min nəfərdir. Şəhər əhalisinin böyük bir hissəsi müxtəlif xəstəliklərdən əziyyət çəkir. 2001-ci ildən şəhərə xarici vətəndaşların girişi qadağandır.

7. Linfan, Çin

Linfan Çinin kömür sənayesinin paytaxtı sayılır. Atmosferdəki kömür tozu, kükürd və başqa zərərli maddələrin həddi normadan bir neçə artıqdır. Şəhərdə 200 mindən çox ağ ciyər xəstəsi yaşayır. Pnevmoniya, ağ ciyər xərçəngi və bronxit xəstəlikləri şəhərdə tüğyan edir.

8. La-Oroya, Peru

Şəhərin əhalisi 35 min nəfərdir. Əhalinin 95%-i qanda qurğuşun miqdarının kəskin yüksəkliyindən əmələ gələn xəstəliklərdən əziyyət çəkir. Bu şəhərin ərazisində ABŞ-a məxsus mis, qurğuşun və sink çıxaran şaxtalar möcuddur. Şəhərdə turşulu maddələr qarışıq yağışlar yağır.

9. Kabve, Zambiya

XX-ci əsrin əvvəllərində Kabvedə zəngin qurğuşun və admium yataqları tapılıb. Şəhərdə bu metalların çıxarılması və emalı üçün müəssisələr tikilib. Hazırda havanın çirkliliyi normadan 4 dəfə artıqdır. Şəhərdə 250 mindən çox qan zəhərlənməsi xəstəliyindən əziyyət çəkən insan var.

10. Dzerjinsk, Rusiya

1930 - 1998-ci illərdə bu şəhərdə 200 min tondan çox kimyəvi tullantı basdırılıb. Bu tullantılara ən zəhərli olan neyrotoksinlər də daxildir. Şəhərdəki hava çirkliliyi insan həyatı üçün yaranacaq təhlükə normasını 17 milyon dəfə aşır. şəhərin 300 min əhalisi var. Orta yaş həddi 45 yaşdır.Dünyada getməyin məsləhət olmadığı 10 şəhər: Sumqayıt ikincidir -( Foto)Dünyada getməyin məsləhət olmadığı 10 şəhər: Sumqayıt ikincidir -( Foto)Dünyada getməyin məsləhət olmadığı 10 şəhər: Sumqayıt ikincidir -( Foto)Dünyada getməyin məsləhət olmadığı 10 şəhər: Sumqayıt ikincidir -( Foto)Dünyada getməyin məsləhət olmadığı 10 şəhər: Sumqayıt ikincidir -( Foto)Dünyada getməyin məsləhət olmadığı 10 şəhər: Sumqayıt ikincidir -( Foto)Dünyada getməyin məsləhət olmadığı 10 şəhər: Sumqayıt ikincidir -( Foto)Dünyada getməyin məsləhət olmadığı 10 şəhər: Sumqayıt ikincidir -( Foto)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4125   Tarix: 23 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189