2013-cü ildə ən populyar peşə hansı olacaq?

2013-cü ildə ən populyar peşə hansı olacaq?Peşə seçimi insanın həyatında ən önəmli amillərdən biridir.Bununla insanlar həyatlarında həm sonrakı iqtisadi vəziyyətlərini, həm ətraflarındakı mühiti seçmiş olur, həm də seçdikləri peşənin onlar üçün hansı imkanlar yaradacağını düşünürlər.

Beləliklə, peşə seçimi insanın bütün həyatına təsir edən, gələcəyini müəyyənləşdirən, təsadüflərə buraxılmayacaq qədər önəmli bir qərardır. Ona görə də bu seçimi edərkən çox düşünmək lazımdır.

Hansı peşələrə ehtiyac var?

Ancaq o da bir faktdır ki, bu gün məşhur olan peşələr zaman keçdikcə dəyərini itirir. Texnologiya, bazar mühiti davamlı dəyişir, xidmət sektorunun önəm qazanması, kompüterin bütün sektorlarda hakim olması yeni peşə sahələrinin ortaya çıxmasına səbəb olur. Amerikada aparılan bir araşdırma bəzi peşələrə hər zaman ehtiyac olduğunu, bəzilərinin isə zamanla öz yerini başqa peşəyə verdiyini ortaya çıxarıb.

Dünyada ən bezdirici və dözülməz peşələr də açıqlanıb. Belə ki, fast-food hazırlamaq, barmenlik, çağırış mərkəzlərində çalışmaq, nəşriyyat işi kimi sahələr ilk 4 sıradadır.

"Career Builder və Economic Modelinq Specialists İntl." tərəfindən reallaşdırılan araşdırmaya görə, 2013-cü ildə əsas peşə texnologiya və mühəndislik sahələri olacaq. Mühasibat, nəzarətçi və marketinq kimi peşələri olan şəxslərin 2013-cü ildə şanslı olacaqları bildirilir. Ümumilikdə 18 peşəyə ehtiyac daha çox olacaq. Siyahıda 2013-cü ilin ən məşhur peşəsi kimi proqram tərtibatçısı yer alıb. 2010-cu ildən bu peşəyə ehtiyac 7 faiz artıb ki, 2013-cü ildə ən çox ehtiyac tələb olunan peşələr sırasındadır. İkinci sırada olan mühasibat və nəzarətçilik şirkətlərin maliyyə vəziyyətlərinin yoxlanması və vergilərin düzgün ödənməsi ilə bağlıdır ki, onlara ehtiyac 3 faiz artıb. Üçüncü yerdə olan marketinqə isə ehtiyac 10 faiz artıb. Digər yerləri isə kompüter sistemləri analitiki, insan resursları, təhsil, avtomobil, sənaye mühəndisi, ictimaiyyətlə əlaqələr, logistika mütəxəssisləri və s. tutur.

Texnologiyanın inkişafı bəzi peşələri öldürür

Bütün dünyada olduğu kimi, ölkəmizdə də peşələrin populyarlığında mövcud dəyişikliklər özünü göstərir. Bir sıra peşələr var ki, son illər daha da geniş yayılıb, digərləri isə - əksinə. Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov Milli.Az-a bildirdi ki, hazırda dəbdə olan peşələr sırasına İKT liderlik edir:

"Bu, nisbətən geniş və çox işçi sayı tələb edən iş yeridir. Bank, maliyyə və sığorta sektorunda peşəkar işçilərə tələb artmaqdadır, belə iş yerlərində əmək haqqı nisbətən yüksəkdir və bəzən minimal sosial paket təqdim olunur. Mühəndisliyin ayrı-ayrı istiqamətləri də populyarlaşmaqda davam edir. Bunlar əsasən neft mühəndisliyi, cihaz, elektroenergetika ilə bağlı olan sahələrdir".

S.Məmmədovun sözlərinə görə, dəbdən düşmüş və ya lazımsız peşələr ən çox nəşriyyat, mətbəə işlərinə aiddir. O da vurğulandı ki, 20 il əvvəl lazım olan peşələrin bir çoxuna artıq ehtiyac qalmayıb və texnologiyanın inkişafı bu sferada peşələri öldürməkdə davam edir. Ölkəmizdə bir vaxtlar daha çox dəbdə olan həkim və müəllim peşəsinə gəldikdə isə hüquqşünas deyir ki, həkim peşəsi hörmətini itirməyib, əksinə, gəlirli iş yeri sayılır. Müəllimlik isə əvvəlki kimi hörmətli olmasa da, nüfuzunu itirmiş peşə də deyil.

İnsanlar hansı peşəyə üstünlük verirlər?

Sosioloq Əhməd Abbasbəyli isə deyir ki, müxtəlif təşkilatlar tərəfindən bu sahədə qeyri-dəqiq fikirlər, monitorinqlər açıqlanır. Lazımi araşdırmalar aparılmadığından dəqiq nəticələr ortaya qoymaq mümkün olmur və ölkədə peşəkar sosioloqlar olsa da, konkret olaraq bu mövzu ilə bağlı onlara sifariş olunmur. Bəzi adamlar bu məsələyə peşəkar yanaşaraq digər araşdırmalarla müqayisəli şəkildə hər hansı mövqe ortaya qoya bilirlər.

Sosioloqun fikrincə, populyar peşələr dünyada iki istiqamətdə - çox qazanan və tələb olunan peşələrə ayrılır:

"Təbii ki, insanlar daha az stres olan, rahat, təhlükəsizlik şəraiti təmin edilən və daha çox pul qazanmaq imkanı olan peşələrə üstünlük verirlər. Son dövrlər texnologiyanın inkişafı da bu sahədə öz təsirini göstərir. Populyar peşələr içərisində proqramçılıq əsas yeri tutur. Ölkədə qanun da qəbul olunub ki, hər bir struktur öz saytını yaratmalıdır, əhaliyə elektron xidmət üçün də kifayət qədər proqramçıya ehtiyac olacaq. Bu gün bir sıra dövlət strukturlarının, o cümlədən, bələdiyyələrin əksəriyyətinin saytı yoxdur".

Ə.Abbasbəyli bildirdi ki, dünyanın hər yerində populyar olan və qazanc gətirən peşələrdən biri hüquqşünas peşəsidir. Onun sözlərinə görə, Azərbaycanda bu peşə populyar olmaqla yanaşı, onların işlə təminatında problemlər var: "Ümumiyyətlə, dünya praktikasında dövlət məmurları o qədər də populyar peşə sayılmır. Qərbdə insanlar daha sərbəst, gəlir gətirən işlərlə məşğul olmağa üstünlük verirlər. Amma bizdə əksinə, insanlar daha çox dövlət qulluğunda çalışmağa üstünlük verirlər və gələcəkdə də bu davam edəcək".

Sosioloq digər bir populyar peşənin xarici dil mütəxəssisi olduğunu və buna ehtiyacın getdikcə artacağını deyir: "Məsələn, bu gün ofisiant işi üçün elan verərkən belə, xarici dil bilməsi şərt kimi qoyulur. Nəzərə alsaq ki, gələcəkdə Avropa Olimpiya Oyunları Azərbaycanda keçiriləcək, buna tələb arta bilər".

Bizdə birmənalı olaraq populyar sahə şou-biznesdir

Sosioloq deyir ki, tədricən həkimlərə tələb arta bilər. Bu gün özəl, tanınmış klinikaların, səhiyyə texnologiyasının inkişafını, müasir tipli klinikalarda çalışanların maaşının yüksək olmasını nəzərə alaraq bu sahəyə marağın kifayət qədər olması şübhəsizdir. Eləcə də ailə həkimlərinin tətbiqini nəzərə alsaq, daha da inkişaf edə bilər. Ə.Abbasbəylinin sözlərinə görə, dünyada elə peşələr var ki, məşhur olsa da, Azərbaycanda belə deyil: "Məsələn, ABŞ-da ən çox yayılmış peşələrdən biri sığorta agentidir ki, ölkəmizdə bu populyar deyil, amma gələcəkdə ola bilər ki, populyarlaşsın. Bundan başqa, piar-menecer adlanan peşə var ki, çox tələb olunandır. Bizdə hələ o qədər də populyar deyil, amma gələcəkdə perspektivi olmalıdır".

Sosioloqun fikrincə, Azərbaycandakı tikinti bumu burada çalışanların peşə yönünün artmasına gətirib çıxarmalıydı: "Amma bizim araşdırmalarımız göstərir ki, tikinti şirkətlərində çalışanların heç də hamısı mütəxəssislər deyil. Ancaq bu istiqamətdə işlər gənclərin tikintiyə, memarlığa marağının artmasına gətirib çıxarır. Təbii ki, neft ölkəsi kimi bu sahədə çalışanların əmək haqlarının yüksək olması ilə bağlı 2013-cü ildə də bu sahəyə maraq göstərən insanların sayı kifayət qədər olacaq. Bundan başqa, kulinariya ilə bağlı peşələrlə bağlı maraq ola bilər. Ölkədə şadlıq evlərinin sayının çoxluğu, telekanallarda kulinariya verilişlərinin olması bu sənətə müəyyən insanların marağını artırıb".

Sosioloq onu da bildirdi ki, bu gün birmənalı olaraq populyar sahə şou-biznesdir və yəqin ki, gələn il də bu davam edəcək, gənclər arasında 5 nəfərdən biri bu sahəyə gələ bilər: "Amma inanıram ki, yaxın gələcəkdə bu sahəyə maraq azalacaq, çünki artıq əhali doymağa başlayıb". Jurnalist peşəsinə gəldikdə isə vurğulandı ki, 90-cı illərdə jurnalistika həddən artıq populyar idi. Bu gün internet resurslarının inkişafı, bu sahədə stabillik onu göstərir ki, bu peşəyə ən azı bugünkündən artıq maraq ola bilər. Qeyd edildi ki, ölkədə idmana diqqət və marağın artması ilə bağlı bu sahə populyarlıq yaşayacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4335   Tarix: 23 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rüfət Mehdiyevin qızı: "Atamla görüşə hazırlaşırdım, cənazəsinə getdim" - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Müəllif - aparıcı Afaq Hüseynovanın təqdimatında efirə gedən verilişin budəfəki sayı tanınmış müğənni Rüfət Mehdiyevə həsr olunub. Verilişdə mərhumun yaxınları onunla bağlı xatirələrini bölüşüblər. Müğənninin qızı Zemfir

14.04.2024 452
.

Sankt-Peterburq turistlər üçün ödənişli olacaq

Aprelin 1-dən Sankt-Peterburq turistlər üçün ödənişli olacaq. Bazar ertəsindən etibarən şəhərdə kurort vergisi tətbiq ediləcək. Güzəştli kateqoriya istisna olmaqla, bütün yetkinlik yaşına çatmış turistlərdən hər gün üçün 100 rubl tutulacaq. Toplanan vəsaitin sonradan turizm obyektlərinin tikintisin

31.03.2024 466
.

Norveçlilərdən qeyri-adi addım: Günün daha iki saat uzadılmasını tələb etdilər

Norveçin Vadso şəhərinin meri Vençe Pedersen bölgədə sutkada 24 saat əvəzinə 26 saatın təsbit edilməsi xahişi ilə Avropa Komissiyasına müraciət edib. O, hətta bununla bağlı planını da göndərib. Merin sözlərinə görə, təklif olunan tədbir sayəsində sakinlər ailələri ilə daha çox vaxta sahib olacaqlar

14.04.2024 398
.

İstanbulda seçici məntəqədə özü ilə gətirdiyi toyuqla səs verib

Türkiyənin İstanbul şəhərində 60-65 yaşlı vətəndaş bələdiyyə seçkilərində səs vermək üçün məntəqəyə çiynində toyuqla birlikdə gəlib. Bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir. Onun məntəqəyə gəlişi seçicilərin marağı və gülüşünə səbəb olub. Qeyri-adi seçici toyuğu

31.03.2024 371
.

İftar süfrəsinə hazırlaya bilərsiniz

"İftar menyusu"nu təqdim edirik:. Cənnət şorbası. Ərzaqlar:. 2 qaşıq kərə yağı. 3 xörək qaşığı qarğıdalı unu. 1 orta kartof. 1 soğan. 2 diş sarımsaq. 2 stəkan toyuq suyu. 4 stəkan qaynar su. 1 çay qaşığı qara bibər. 1 çay qaşığı duz. Üzəri üçün:. 2 xörək qaşığı yağ. 1 çay qaşığı üyüdülmüş qırmız

08.04.2024 521
.

Dünyanın bu bölgələrini yayda cəhənnəm istisi bürüyəcək - PROQNOZ

Qlobal istiləşmə planetimizin ən aktual problemlərindən biri olaraq qalır. xarici KİV-ə istinadən bildirir ki, çinli mütəxəssislərin proqnozuna görə, bu il cəhənnəm istiləri Yer kürəsinin üç regionunu əhatə edə bilər. Nəticələr göstərib ki, Filippin, Benqal körfəzi və Karib dənizi 2024-cü ilin iyun ayın

07.04.2024 646
.

Natiq Şirinovun qızının müzakirələrə səbəb olan gəlinliyi neçəyə başa gəlib?

Uzun müddət sonra şou-biznesdə günlərlə müzakirə olunan toy baş tutub. Bir neçə gün öncə ailə quran Xalq artisti Natiq Şirinovun qızı Sevilin gəlinliyi sosial şəbəkələrdə geniş müzakirə olunub. Kimisi libası bəyəndiyini yazsa da, kimisi həddən artıq qapalı olduğunu bildirib. Gəlinliyi tərzlərinə uyğu

14.04.2024 1249
.

Xoşbəxt insanların hər gün söylədiyi BEŞ İFADƏ

Psixoloqlar deyirlər ki, xoşbəxt insanlar başqalarına paxıllıq etmir və müsbət mənada düşünürlər. xarici KİV-ə istinadən xəbər verir ki, xoşbəxt insanlar müəyyən düşüncə tərzinə malikdirlər və gündəlik həyatda müəyyən ifadələr işlədirlər. Xoşbəxt insanların tez-tez söylədiyi əsas ifadələrdən biri "Mə

04.04.2024 880
.

Şokolad və ondan hazırlanan şirniyyatların qiymətləri bahalaşır - SƏBƏB

Bu il iki dəfə bahalaşan kakaonun qiymətində hələ də yüksələn dinamika müşahidə edilir. Kakaonun bir tonunun qiyməti 10 min dolları keçib. Bu bahalaşma nəticəsində 2024-cü il ərzində və gələn il şokoladın qiymətinin də artacağı gözlənilir. 2023-2024-cü il mövsümündə əvvəlki 12 aya nisbətən kakao istehsalınd

14.04.2024 169