Andiçmə mərasimində prezidenti öpdü (fotolar)

Barak Obama andiçmə mərasimindən sonra xanımı Mişeli öpüb. Obamalardan başqa, Ağ evdə keçirilən andiçmə mərasimində vitse prezident Coy Biden və xanımı Cill də olublar. Sonra Obamalar Milli Muzey binasına gediblər ki, onları dəstəkləyən insanlarla birlikdə mərasimi qeyd etsinlər.
Mişel Obama əynindəki qara rəngli paltarla qlamur görünüb. Cill Bidenin isə əynində qalın boyunbağı və mavi rəngli paltar olub.
Obama ona dəstək olub, səs verənlərə minnətdarlıq bildirərək deyib ki, onun ikinci and içmə mərasimi ölkənin və vətəndaşların bayramıdır, seçki nəticələri deyil.
Obama bildirib ki, onun daha yaxşı işləyib, daha vacib qərarlar əldə etməsi üçün xalqa ehtiyacı var.
Barak Obama xanımının saçlarını da tərifləməyi unutmayıb.
- Onun saçlarını xoşlayıram. Yaxşı görünür. O həmişə yaxşı görünür.
Obamanın and içmə mərasimi Ağ evdə olduqca sadə mərasimlə qeyd edilib. Gülümsəyən prezident and içdikdən sonra qızı Saşaya dönərək "mən bunu etdim" deyib. Onu da qeyd edək ki, bu gün prezidentin daha kütləvi və xalq üçün olan and içməsi keçirilməlidir. And içmə mərasimində çox saylı insanların iştirakı gözlənilir.
Andiçmə mərasimində prezidenti öpdü (fotolar)Andiçmə mərasimində prezidenti öpdü (fotolar)Andiçmə mərasimində prezidenti öpdü (fotolar)Andiçmə mərasimində prezidenti öpdü (fotolar)Andiçmə mərasimində prezidenti öpdü (fotolar)Andiçmə mərasimində prezidenti öpdü (fotolar)Andiçmə mərasimində prezidenti öpdü (fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 2363   Tarix: 22 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti