Emin Musəvi Natəvan Həbibinin qalibiyyətinə inanmır (Video)

Emin Musəvi Natəvan Həbibinin qalibiyyətinə inanmır (Video)

Tanınmış teleaparıcı Emin Musəvi vaxtilə xalq artisti Aygün Kazımova ilə Natəvan Həbibinin arasında yaşanan qalmaqaldan söz açıb.

Gün.Az xəbər verir ki, E.Musəvi bir neçə il öncə özünün layihə rəhbəri və aparıcısı olduğu "Nömrə 1" verilişində müğənnilər arasında yaşanan insidentlə bağlı bəzi məqamlara toxunub.

O bildirib ki, ATV telekanalında nümayiş olunan SMS yarışmalı verilişin qalibi Natəvan Həbibi olsa da, daha çox Aygün Kazımovaya səs verilib.

"O vaxtlar mən tamaşaçı kimi Aygün Kazımova ilə Natəvan Həbibi duelindən razı qalmadım. Yəqin bu sözlərimə görə, Natəvan məndən inciməz. Amma bu faktdır ki, səsvermədə tamaşaçılar əslində Natəvanın xeyrinə səs verməmişdilər. Onların sanki əllərinə fürsət düşmüşdü ki, Aygün Kazımovaya qarşı çıxsınlar. Həmin nömrələrdən ibarət siyahıya baxırdıq. Çox maraqlı və yaddaqalan nömrələr vardı. Hətta ümumi tanış və dostlarımızın nömrələrinə də rast gəldik. Bilmirəm, bəlkə də Aygün xanımın kimlərsə problemi vardı. Məhz bununla ondan bir növ qisas aldılar. Bəzilərinin əlinə Aygün Kazımovanı vurmağa fürsət düşmüşdü".

Xatırladaq ki, "Nömrə 1" yarışması zamanı hər iki müğənni birincilik uğrunda söz davasına çıxmışdı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 5073   Tarix: 22 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390