Robot restoranına xoş gəlmisiniz (Fotolar)

Bu restoranda siz canlı gülüş və ya xidmətə rast gəlməzsiniz. Belə ki, restoranda robotlar çalışır.
Çinin Heylongiyanq əyalətində 20 robotun çalışdığı Robot restoranı fəaliyyət göstərir. Robotlar vermişel bişirir, nahar hazırlayır, müştərilərə xidmət göstərir, hətta onları əyləndirirlər. Müştəri restorana daxil olanda onu robot qarşılayır və deyir: "Əziz yer adamı, salam. Robot restoranına xoş gəlmisiz". Yeməklər sifariş ediləndən sonra isə mətbəxdəki robot aşpaz onları hazırlayır, ofisiant isə daşıyır. Müştərilər yemək yeyərkən müğənni robot da mahnı oxuyur.

Artıq restoran bütün dünyada məşhur olub. Keçən ilin iyununda açılmasına baxmayaraq artıq xeyli sayda müştəri də yığa bilib. Baş mühəndis Lui Haşenq deyir ki, restorana düz 500.000 funt sterlinq pul qoyublar. Hər robotun qiyməti isə 20.000-30.000 funt sterlinq arasındadır. Robotlar iki saatlıq enerji yığdıqdan sonra fasiləsiz beş saat işləyə bilirlər. Komputer otağındakı işçilər isə robotları idarə edirlər. Restoranda 30-a yaxın yemək verilir. Hər yeməyin orta qiyməti 4-5 funt sterlinq arasındadır.

Robot restoranına xoş gəlmisiniz (Fotolar)Robot restoranına xoş gəlmisiniz (Fotolar)Robot restoranına xoş gəlmisiniz (Fotolar)Robot restoranına xoş gəlmisiniz (Fotolar)Robot restoranına xoş gəlmisiniz (Fotolar)Robot restoranına xoş gəlmisiniz (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 897   Tarix: 20 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler