Palçıq içində yaşayan Emma (Fotolar)

Əslində çox zəngin musiqiçisinin qızı olan Emma Orbaç az qala əsl qəsrdə, şahzadələr kimi böyüyüb. Valideynləri onu ölkənin ən bahalı məktəbinə göndəriblər. O düz iki prezident qızı ilə bir sinifdə oxuyub. Sonra Oksford universitetini bitirib. Emmanın qazandığı bu təhsil və təcrübə ona bütün ömrünü elə şahzadə kimi yaşamağa imkan verə bilərdi. Lakin 13 ildir ki, 58 yaşlı üç uşaq anası Emma Velsin qərbində az qala palçıq içində yaşayır. Emma elektrikin olmadığı evdə yaşayır. Hətta daimi suyu da yoxdur. O televiziyadan və radiodan uzaqdır.
Qadın demək olar ki, orta əsrlərə qayıdıb. Baxmayaraq ki keçmiş əri Culian və uşaqları şəhərlərdə bahalı evlərdə yaşayırlar, Emma bu palçığın içində yaşamaqdam məmnundur. O ağac qırır, tərəvəz əkir, yeddi cücə, üç keçi, iki at və iki pişik saxlayır. Evini isə at təzəyindən tikib. Özü də öz əlləri ilə. Emma deyir ki, uşaqlıqdan maddiyyata həvəsli olmayıb: "Uşaq olarkən biz maddiyyata önəm vermirdik. Adətən çöllərdə olurdum. Çiçəkləri və təbiəti sevirdim. Qardaşım və mən bəzən yeməyimizi ağaclarda yeyirdik. Əsl azadlığım vardı. Bu gün həyatımdakı hər şey məni xoşbəxt edir. Meşədə yuxudan ayılır gözəl ağacları görmək; ay və ulduzlara baxmaq çox gözəldir. Təbii dünya ilə əsl əlaqəm var".
Emma çayda çimir. Deyir ki ayda bir dəfə çimmək ona bəs edir.
Emma inşaatçı əri Culianla Oksfordda tanış olub. Onlar beş il Bradford-on-Avonda yaşayıblar. İki qızları olub, indi onlardan birinin 31 , digərinin 25 yaşı var. Oğlanlarının isə 29 yaşı var. Bir səhər Emma yuxudan oyanıb ərinə deyir ki, gedək Velsə kommuna quraq. Cütlük uşaqlarını məktəbdən götürüb hippi kommunasına qoşulurlar. Onlar Kardiqan ərazisində bir neçə hektar ərazi alırlar. Lakin bu da Emmanı qane etmir. O maksimum təbiətə yaxın yaşamaq istəyir. 1999-cu ildə meşədə ilk palçıq evini tikib köçür. Lakin əri onunla getmək istəmir və onlar ayrılırlar. Emma deyir ki, ayrılıq onun üçün çətin olub. Lakin zarafat da edir ki, əri onunla ayrılanda ilk sözü "axır ki normal həyat yaşaya bilərəm" olub. Belə ki, əri illərdir onun üçün elektriksiz ibtiadi həyat yaşamışdı.

Palçıq içində yaşayan Emma (Fotolar)Palçıq içində yaşayan Emma (Fotolar)Palçıq içində yaşayan Emma (Fotolar)Palçıq içində yaşayan Emma (Fotolar)Palçıq içində yaşayan Emma (Fotolar)Palçıq içində yaşayan Emma (Fotolar)Palçıq içində yaşayan Emma (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 1715   Tarix: 22 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti