Bu ada min illərdi görənləri heyran edir (Fotolar)

Sokotranın "Əjdaha qanı ağacı" kimi qəribə ağacları olan torpaqlarına xoş gəlmisiniz. Buraya gələn insan özünün ya yad planetdə, ya da Yer tarixinin başqa bir erasında olduğunu təsəvvür edir. Sokotra 4 adadan ibarət adalar qrupunun bir hissəsidir və coğrafi olaraq, Afrikada 6-7 milyon il əvvəl ayrılıb. Səthini dar sahil düzənlikləri, mağaralarla dolu olan əhəng yaylaları və dəniz səviyyəsindən 1525 metrə qədər yüksələn dağlar təşkil edir.

Sokotra 4 adadan ibarət kiçik Yəmən arxipelaqıdır. O, Ərəb yarımadasından təxminən 350 kilometr cənubda yerləşir.
Qalapaqos adaları kimi burada 800-dən çox son dərəcə nadir flora və fauna növləri var. Bunların üçdə biri endemikdir, yəni dünyanın başqa heç yerində yoxdur.
Sokotra 800 cinsdən çox bitkinin evidir. Onlardan 240-ı endemikdir və yəqin ki, hələ nə qədər bitki növü kəşf olunmamışdır. İqlimin çox sərt, isti və quru olmasına baxmayaraq, dünyada ən heyranedici bitkilər burada "yaşayır".
Əjdaha Qanı ağacı (Dracaena cinnabari) Skund dağlarının qarşısında görünür.Ağacın adının belə olmasının səbəbi isə odur ki, odunun gövdəsi yaralananda həmin yerdən tünd qırmızı məhlul axır. Bunu da əjdaha qanına bənzədiblər.

Budaqlar elə səpələnib ki, aşağıdan baxanda çoxlu uçan nəlbəkilərə oxşayırlar, yuxarıdan isə göbələyə bənzəyirlər.
Burada Səhra Qızılgülü (adeniumobesium) də olur. Çiçəkləyən fil ayağına bənzəyir.

Sokotra Əncirağacı (Dorsteniagigas) isə çox qəribə şişkin gövdəyə malikdir. Onlar Sokotra adasının əhəng daşı divarlarına qalxan insan hissələrinə bənzəyir. Bu ağac da endemik bitkilərdəndir.

Bu ada min illərdi görənləri heyran edir (Fotolar)Bu ada min illərdi görənləri heyran edir (Fotolar)Bu ada min illərdi görənləri heyran edir (Fotolar)Bu ada min illərdi görənləri heyran edir (Fotolar)Bu ada min illərdi görənləri heyran edir (Fotolar)Bu ada min illərdi görənləri heyran edir (Fotolar)Bu ada min illərdi görənləri heyran edir (Fotolar)Bu ada min illərdi görənləri heyran edir (Fotolar)Bu ada min illərdi görənləri heyran edir (Fotolar)Bu ada min illərdi görənləri heyran edir (Fotolar)Bu ada min illərdi görənləri heyran edir (Fotolar)Bu ada min illərdi görənləri heyran edir (Fotolar)Bu ada min illərdi görənləri heyran edir (Fotolar)Bu ada min illərdi görənləri heyran edir (Fotolar)Bu ada min illərdi görənləri heyran edir (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 5247   Tarix: 22 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti