Məktəblərdə yalnız magistr müəllimlərin dərs keçməsi təklif edilir

Məktəblərdə yalnız magistr müəllimlərin dərs keçməsi təklif edilirAzərbaycanda orta məktəblərdə yalnız pedaqoji ixtisaslar üzrə ali təhsilin magistratura səviyyəsini bitirmiş şəxslərin dərs deməsi təklif edilib.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı cümə axşamı Trend-ə bildirib ki, orta məktəblərdə ali təhsilin bakalavr səviyyəsini bitirən şəxslərin dərs deməsi düzgün deyil. Bu məktəblərdə dərs deyən müəllimlərin hamısı magistratura səviyyəsi üzrə təhsil almış şəxslər olmalıdırlar.

"Bakalavr səviyyəsi tam ali təhsil hesab oluna bilməz. Tam ali təhsilsiz insan məktəbdə müəllim kimi necə dərs deyə bilər? Bakalavr səviyyəsini bitirənlər orta məktəblərdə köməkçi psixoloq və nə isə yardımçı kimi işləyə bilərlər. Məktəbdə dərs deyən müəllimlərin hamısı isə ixtisaslaşmış olmalıdırlar", - Naxçıvanlı əlavə edib.

O qeyd edib ki, ali məktəblərdə mühazirə dərslərinin keçirilməsi yalnız elmi dərəcəsi olan müəllimlərə həvalə edilir. Millət vəkilinin fikrincə, orta məktəblərdə də bunun mexanizmini tapmaq lazımdır. Naxçıvanlı deyib ki, hazırda Azərbaycanda orta məktəblərdə işləyən müəllimlər arasında bakalavr səviyyəsini bitirənlər çoxluq təşkil edir.

Qeyd edək ki, İsveçrədə ali təhsilin pedaqoji ixtisaslar üzrə bakalavr səviyyəsini bitirənlər ibtidai, magistr səviyyəsini bitirənlər isə yuxarı siniflərdə dərs deyirlər. Naxçıvanlının fikrincə, Azərbaycanda belə təcrübənin tətbiqi də düzgün deyil. Onun sözlərinə görə, bakalavr səviyyəsini bitirən insanların orta məktəblərin ibtidai siniflərində dərs deməsi düzgün deyil.

"Məgər ibtidai siniflərdə müəllimin zəif olması düzgündürmü? Bütün müəllimin, şagirdin, vətəndaşın əsası ibtidai sinifdə qoyulur. Ona görə də ibtidai siniflərdə çox püxtələşmiş müəllimlər olmalıdır", - Naxçıvanlı əlavə edib.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3059   Tarix: 18 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292