Qız oğlanı döyüb, videonu youtube-a qoydu (Video)

Qız oğlanı döyüb, videonu youtube-a qoydu (Video) Şotlandiyalı yeniyetmə qızın məktəbli oğlanı döydüyünü göstərən və youtube portalında yayımlanan video barədə cinayət işi açılıb, polis araşdırma aparır.

Publika.Az xəbər verir ki, Youtube portalında yerləşdirilən videoda görmək olur ki, təxminən 14 yaşlı yeniyetmə qız məktəbli oğlanın başına dəfələrlə vuraraq ona təhqiramiz sözlər deyir.

Hadisənin Vişavda yerləşən, katolik əsaslı Müqəddəs Aidan məktəbinin iki şagirdi arasında baş verdiyi deyilir.

İki dəqiqəlik videodan məlum olur ki, qız məktəbli oğlanı pul verməyə məcbur edir. Videoda qız oğlana deyir ki, "bax heç o danışa da bilmir", oğlan isə cavab verərək, qızlara əl qaldırmadığını deyir, sonra qız onu ağır sözlərlə təhqir etməyə başlayır.

Məktəbin mətbuat xidməti video ilə bağlı hər hansı şərh verməyəcəyini deyib.

Hadisə dərs saatlarında baş verib. Polis bildirib ki, artıq cinayət işi açılıb, araşdırma aparılır.

Məktəbin daxili nizamnaməsində isə qeyd edilib ki, bütün şagirdlər bir-birinə hörmətli davranmalıdır. Əks təqdirdə kobud şagirdə qarşı cəza tədbirləri görüləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 7494   Tarix: 18 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740