Avtobuslara yeni cihaz quraşdırılacaq

Avtobuslara yeni cihaz quraşdırılacaqBu cihaz bütün sərnişindaşıma vasitələrinə yerləşdiriləcək. Tapoqrafın işləmə mexanizmi ondan ibarətdir ki, maşın işə düşən kimi bu cihaz qeydə almağa başlayır. Tapoqlafla avtobusun nə vaxt, hansı sürücü tərəfindən işə salındığı, sürücünün nəqliyyat vasitəsini neçə saat idarə etdiyi, saatda neçə km sürətlə hərəkət etdiyi, harada nə qədər dayandığı, bir sözlə hər şey qeydə alınır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına görə, hər gün dünyada 3 mindən artıq insan yol qəzalarında ölür. İldə bu rəqəm 1,5 milyona bərabərdir. 50 milyon insan isə yol qəzalarında xəsarət alır. Qəzaların əksəriyyəti inkişaf edən ölkələrdə baş verir. Təşkilatın hesablamalarına əsasən, bəşəriyyət inkişaf getdikcə qəzaların sayı da artacaq. 2030-cü ildə dünyada qəzalarda ölənlərin sayı 2 milyonu aşacaq.

Rəsmi statistikaya əsasən, Azərbaycan yol-nəqliyyat hadisələrində ölənlərin sayına görə Avropa və dünyada öncül sıralarda gedir. Təkcə 2011-ci ildə baş verən 2970 yol qəzası zamanı 1052 nəfər ölüb, 3232 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yerli ekspertlər də magistrallarda törədilən qəzalara daha çox yüksək sürət, manevr qaydalarının pozulması, içkili halda avtomobili idarəetmənin səbəb olduğunu deyir.
Amma bu yeni quraşdırılacaq tapoqraf çox ümidverici görünür. Sürücülərin avtobusları bu dərəcədə yüksək sürətlə sürmələrinin qarşısını ala bilər. Təbii ki, burada o cihazlara Nəqliyyat Nazirliyi tərəfindən nəzarət olunmalıdır. Hər gün o cihaz aparatla yoxlanılmalıdır. Amma Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov xəstə olduğunu üçün ANS PRESS-in suallarını heç cür cavablandıra bilmədi.

Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov isə ANS PRESS-lə söhbətində bu tapoqrafların avtobuslarda tətbiq olunmasını yüksək qiymətləndirdi. Onun sözlərinə görə, bu sistemdə avtobusların təhlükəsizlik baxımından sərnişinlər üçün törətdiyi təhlükə bütün nəqliyyat vasitələrini üstələyir.

Ekspertin fikrincə, bunun səbəbi nəqliyyat sahəsinə nəzarətin olmamasıdır: "Buna nə sahibkarlar, nə Nəqliyyat Nazirliyi, nə digər aidiyyatı orqanlar nəzarət edə bilirlər".

Digər tərəfdən Məzahir Rüstəmov bu sahədə başqa bir problem- sürücülərdən tələb olunan plan məsələsinin olduğunu dedi. Ekspert hesab edir ki, artıq plan ləvğ edilməli, bütün avtobuslarda tapoqraf cihazı quraşdırılmalı, sürücü ilə əmək müqaviləsi bağlanmalıdır: "Sürücülərə optimal variantda maaş verilməlidir. Bu təhlükəsizlik nöqteyi nəzərdən bütün riskli halları aradan qaldıracaq".

Eyni zamanda nəqliyyatda tapoqraf cihazları qurularsa, insan həyatı üçün əsl təhlükə yaradan "plan"ların da ləvğ olunmasına yardım edə bilər. Məzahir Rüstəmovun sözlərinə görə, məsələnin həlli kimlərinsə maddi marağına da toxunur.

"Çünki burada bank hesablaşması aparılacaq. Sahibkar da nağd pul ala bilməyəcək. Eyni zamanda biri-birilərindən asılı olan qurumlar da onlardan asılıdır. Yaxud da sürücü 500 manat deyil, 1000 manat qazanmaq istəyir. Burada çox amillər var. Ən pisi isə odur ki, ən sonda çətin vəziyyətdə sərnişin qalır",- deyə nəqliyyat eksperti Məzahir Rüstəmov bildirdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3712   Tarix: 17 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423